Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Cəmiyyət

Əsas Qanun, yoxsa kağız parçası?..

İntiqam Əliyev: «Konstitusiya formal olaraq qəbul olunub və insanlar oradakı çoxsaylı hüquqlardan istifadə edə bilmirlər»

12.11.2008

«Azərbaycan konstitusiyası işlək qanun deyil»-, bu fikirləri Hüquq Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyev deyir. O, 13 il əvvəl qəbul olunan Konstitusiyanın bu müddət ərzində bir kağız parçasından fərqlənmədiyi iddia edir. İntiqam Əliyevə görə, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edə bilmirlər:
 
«O, formal olaraq qəbul olunub və insanlar oradakı çoxsaylı hüquqlardan sadəcə olaraq istifadə edə bilmirlər. Birləşmək, toplaşmaq, mənzil, mülkiyyət, ədalətli məhkəmə araşdırması, azad seçim etmək və s. hüquqların pozulmasından danışmaq olar. Azərbaycan vətəndaşı Fransa, Almaniya, İngiltərə vətəndaşı kimi ölkəsində konstitusion hüquqların qorunması sarıdan qürrələnə bilməz».

İntiqam Əliyev hesab edir ki, elə konstitusiya imkan yaradır ki, hakimiyyət bir nəfərin əlində cəmləşsin. Hüquqşünas prezidentə konstitusiyayla tanınan çoxsaylı səlahiyyətlərə toxunur və bildirir ki, əslində bu səlahiyyətlər məhdudlaşdırılmalıdır.

Müsahibimizin fikrincə, vətəndaşların öz hüquqlarını yetərincə müdafiə etməməsi problemi var və həm də bu hüquqlar kifayət qədər təbliğ olunmur.
Hüquqşünasın konstitusiyanın təbliğ olunmamasıyla bağlı fikirlərini Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov da bölüşür. O hesab edir ki, konstitusiya hüquqlarının təbliği orta məktəbdə daha güclü tədris olunmalıdır:

«Hələ yeniyetmə, gənc ikən hansı insanın cəmiyyətdə hansı hüquqlara sahib olduğunu öyrənməsi sonradan onun vətəndaş kimi formalaşmasına böyük kömək edər».

Amma Ramil Həsənov konstitusiya hüquqlarının kütləvi pozulmasıyla bağlı deyilənlərlə razı deyil. Onun fikrincə, hakimiyyətin bütün qolları öz işlərini məhz Əsas Qanuna söykənən qanunlar üzərində qurduğu üçün onu işlək mexanizm saymaq olar. Ramil Həsənov günahı vətəndaşların öz hüquqlarını bilməməsində görür:

«İnsanların özündən də çox şey asılıdır. İnsanlar öz hüquq və azadlıqlarını yetərincə bilməli və dərk etməlidirlər ki, ondan necə istifadə etməyin formaları və metodları barədə danışa bilsinlər».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Ilqar Haradan: BakıI
13.11.2008 11:02

Konstitusiyadakı qanunların işləməsi üçün ölkədə bu qanunların pozulmasının qarşısını alan güclü ,müstəqil məhkəmə sistemi olmalıdır.Fəhləsindən tutmuş ,prezidentinə kimi hamı bu qanunlara tabe olmalıdır.Bizdə isə qanunların pozulmasının qarşısını alan məhkəmə yoxdur.Ona görə də konstitusiya kağız üzərində qalıb, Vaqif əkə demişkən mağmun günə düşüb.


Kimdən: zakir Haradan: bonn
13.11.2008 04:14

Azerbaycanin konstitusiyasi heqiqeten norml, beynelxalq konvensiyalar uygun shekilde hazirlansa da, eslinde lazimsiz kagiz parchasindan bashqa bir shey deyil.

Orada soz azadligi muhum huquqlarindan biri olsa da ele en chox bogulan huquqlardan biri odur.

Yuxarilar ne dedi odu, kimdi konstitusiya herleyen..


Kimdən: Vaqif Haradan: Mungecevir
12.11.2008 13:46

Ele Konstitusiyani kagiz parcasi hesab edirsiniz ki, magmun gune qalmisiniz...


Kimdən: Hidayet Haradan: Baki
12.11.2008 13:25

Adi vetendash hardan bilsin huquqlari neden ibaretdir. Siz hele daxili ishler nazirliyinin saytina girin gorun oradan bir shey basha dushe bilersinizmi?Hetta hec bir surucu etdiyi xetaya gore hansi cerimeye meruz gala bileceyinide o saytdan tapa bilmez. Saytdada olmasa hec olmasa bu geder xaricden pul alan İnsan huguglarini gorumaga yonelmish cemiyyetlerimiz var onlar vetendashlari bu sahede maariflendirmirler. Bu ishleri gormeye borclu olan bizim Ambusmanimiz var ama onu hec olmasa ondan yaxshidir.Bu istigametde hec bir ish gormur. Buna prezident neylesin.Prezidentde isterki onun vetendashlari ganunlari yaxshi bilsinler.O zaman onunda ishleri normal geder.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
12.11.2008 11:55

Konstitusiya ne olan seydi? O bizde varmi ki? Belkede nese yazilib lakin kagiz uzerinde.....


Kimdən: Elnur Haradan: Baki
12.11.2008 11:43

Konstitusiyanin adi kagiz parcasi oldugunu hakimiyyetdekiler de bilir ve buna gore de 12 noyabr gununu kagiz parcasindan otru bayram kimi qeyd etmekden imtina edib.

İsmarışlar 1-6 (6)