Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Cəmiyyət

«Bu qış qaz problemi olmayacaq»

«Azəriqaz»ın sədri əmin edir ki, bu qış qaz problemi olmayacaq

11.11.2008

«Bu qış havalar kəskin keçsə də, əhalinin qazla bağlı heç bir problemi olmayacaq».

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov deyir ki, indiyə qədər yeraltı qaz anbarlarına 1 milyard 400 milyon kub metr qazın vurulmasına nail olunub. Onun fikrincə, bu çox yüksək göstəricidir.

«İndiyədək belə göstərici olmayıb. Ona görə növbəti qış mövsümündə narahatçılıq olmayacaq, «Azəriqaz»ın yığdığı ehtiyat qazının və həmçinin Dövlət Neft Şirkətindən təhvil verilən qazın hesabına bütün abonentlər fasiləsiz qazla təmin ediləcək».

Onun sözlərinə görə, İran tərəfi Azərbaycanın yeraltı qaz anbarlarından istifadə edilməsi, qış mövsümündə Azərbaycandan qaz alınması məsələləri ilə də maraqlanır.

Ə.Məlikov deyir ki, prezident Naxçıvanda yeraltı qaz anbarlarının tikilməsi barədə də tapşırıq verib. Muxtar Respublikada 300-350 milyon kub metrlik qaz anbarlarının tikinti başlanıb.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 0 (0)
Heç bir ismarış yoxdur. Birinci sən yaz
İsmarışlar 0 (0)