Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / İşdən sonra

«Prezidentlik müddətinə məhdudiyyət – demokratiya naminə edilir»

«İşdən sonra» proqramının qonağı dövlət hüququ üzrə doktor Fərhad Mehdiyevdir

10.11.2008

«İddia etmək ki, bir millət başqa bir lider çıxara bilməz – bu o millətə qarşı haqsızlıq və hörmətsizlikdir».

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının qonağı dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev belə deyir. Onun fikrincə, prezidentlik müddətinə məhdudiyyət – demokratiya naminə olan addımdır:

«Azərbaycan millətinin liderləri olub və olacaqdır. Bu millət yeni liderlər yaradıb ortaya qoymağa qadirdir. Əgər biz bunun əksini iddia ediriksə, deməli Azərbaycan xalqı millət kimi formalaşmayıb. Millət o varlıqdır ki, onlar milli dövləti qurub ayaqda saxlaya bilsin».

Prezidentə seçilmək üçün daha bir imkan yaradılması ideyasını isə, söhbət zamanı efirə qoşulan deputat Fuad Muradov dəstəklədi:

«Bu ideya əslində son seçkidən sonra gələn məntiqi xətdir. İnsanlar prezident idarə üsulunu dəstəkləyir. İndiki vəziyyətdə uzunmüddətli planlar hazırlamaq çox vacibdir. Biz bu planlar üzərində işləyirik. Amma son sözü insanlar referendumda deyəcək. Cəmiyyətin bütün spektri bu məsələyə münasibətini bildirməlidir».

Parlament haqda danışarkən Fərhad Mehdiyev bildirdi ki, bu qurum siyasi orqan deyil: «Azərbaycanda parlament seçkiləri siyasi partiyalar əsasında aparılmır. Siyasi partiya yoxdursa, demokratiya da yoxdur. Bizim ölkədə isə şəxsi partiyalardı. Bunlara siyasi partiya demək olmaz».

Ekspertin fikrincə, Azərbaycanda proporsional seçkilər olsa, parlament-prezident münasibətləri gərginləşə bilər. Ona görə də, bu sistemi tətbiq etmirlər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Emil Haradan: Baki
12.11.2008 16:06

Biz prezident mexdudiyyetini yox,demokratiyayanin yayilmasini dushunmeliyik!!!


Kimdən: nezaket Haradan: bonn
11.11.2008 03:21

Prezdent hele teze sechilib de 2 ci defe bu vezifeye, bu Siyavush Novruzov niye canfashanliq edir hele besh il bundan sonrasi uchun??


Kimdən: Şərhsiz Haradan: Baki
11.11.2008 00:31

Bu Azerbaycan xalqinin sonuncu sehvi olar.Bu deyisikliye yol vermek olmaz.Bununla biz oz qebrimizi qazmis olaciyiq.

İsmarışlar 1-3 (3)