Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

Bütün işsizlər yarmarkaya…

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov

10.11.2008

Noyabrın 20-21-də Əl Oyunları Sarayında Əmək yarmarkası keçiriləcək. Bu barədə «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov məlumat verib. O, paytaxtda fəaliyyət göstərən bütün müəssisə və işsiz şəxsləri bu yarmarkaya dəvət edir.

Müsahibimizin sözlərinə görə, dövlətin Baş Məşğulluq İdarəsinin mərkəzləri təkcə Bakıda deyil, Azərbaycanın bütün rayonlarında, hətta qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdığı regionlarda da fəaliyyət göstərir: «İşə düzəltmənin müxtəlif yolları var. İlk olaraq biz vətəndaşları ixtisasına, bacarığına münasib işlə təmin edirik. İkinci halda müvəqqəti peşələrə cəlb edirik. Yəni, hansısa peşə ilə bağlı vətəndaşa kurs keçilir, sonra onu 2-3 aylıq işlərə düzəldirik. Bu halda, yol xərcini özümüz ödəyirik. Üçüncüsü, vətəndaşa işsizlik statusu təklif edirik».
 
Şahbaz Xələfov deyir ki, 11 gün ərzində əmək yarmarkasında ixtisasına münasib iş tapılmayan insana müavinət verilir. Müavinətin maksimum məbləği respublika üzrə orta əmək haqqından çox olmamalıdır: «Sentyabrda orta əmək haqqı 262 manat idi. Deməli, bu məbləğdən artıq müavinət verə bilmərik. Minimum müavinət isə 24 manat idi, biz bununla bağlı Nazirlər Kabinetinə müraciət etdik. Bundan sonra minimum müavinət 55 manata yüksəldildi.

Müsahibimiz vətəndaşların işlə təmin oluna bilməmələrinin əsas günahını özəl müəssisələrdə görür: «Qanuna görə, özəl müəssisələr vakant olan iş yerləri haqda 5 gün ərzində bizim idarəyə məlumat verməlidirlər. Amma biz müəssisələrlə qanunvericiliyin sərt üzü ilə davranmırıq. Bəziləri də bundan sui-istifadə edərək, vakansiyaları bizə təqdim etmirlər. Əgər həm işsiz vətəndaşlar, həm də işçi axtaran müəssisələr bizə müraciət etsələr, vasitəçi kimi onları calaşdırarıq». 
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Leyla Haradan: Baki
14.12.2008 02:55

Bilmek isterdim ki,novbeti yarmarka ne zaman kecirilecek.
Çünki bundan çox gec xeberim oldu.


Kimdən: nazim Haradan: ishsiz
11.11.2008 03:14

A qardash, niye yalan deyirsiz?

o sergide olan ishlerin ekseriyyeti ve ya hamisi demek olar ki chox az maashli, hem de fehlelik/bagbanliq kimi ishlerdi.

Yaxshi ish olanda pul ile duzeldirler, yeni, rushveti alib duzledirler evvelden. hech sergiye gelib chixmir o ish.
Her gund edyrsiz ki ay 600000 ish bele geldi bele getdi. Hani o gozegorunmez ishler???


Kimdən: Anar Haradan: Baki
10.11.2008 21:59

yaxshi ki aeraport yarmarkasi ve ya diqer Baki etrafi rayonlarda bele yarmarkalar var . yoxsa bu qeder ishcilerin aileleri ne ederdiler, hec tesevvurume bele getire bilmirem...

İsmarışlar 1-3 (3)