ABŞ-ın yeni prezidenti Barak Obama Avropada raket əleyhinə müdafiə (RƏM) sistemi quraşdırmaq planlarından imtina etməyəcək.
Obama bunu noyabrın 8-də Polşa prezidenti Lex Kaçinski ilə telefon söhbətində bildirib.
Obama həmçinin, 2009-cu ildə Polşaya səfər etmək niyyətindədir.
Bu barədə «
ITAR-TASS»a Polşa Prezidenti Dəftərxanasının nümayəndəsi məlumat verib.
Corc Buş administrasiyası deyir ki, Şərqi Avropada RƏM sistemi xüsusilə İran tərəfdən mümkün nüvə hücumuna qarşı yönəlib. Moskva isə əvvəlki kimi ABŞ-ın planlarını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Rusiya prezidenti D. Medvedev
Federal Məclisə müraciətində bildirib ki, əgər Obama RƏM planlarından əl çəkməsə, Rusiya Kalininqrad vilayətində - Polşa ilə sərhəddə yaxınmənzilli raketlər yerləşdirəcək.