Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

«Qurdlar qapını kəsib»

Frankfurt birjası, 13 oktyabr 2008

07.11.2008

Beynəlxalq Valyuta Fondu deyir ki, dünyada iqtisadi eniş sürətlənir. Fond yarandığı 1945-ci ildən bəri Amerika, Yaponiya və Qərbi Avropa iqtisadiyyatlarına belə bədbin proqnoz verməyib. Bunu Qərb qəzetləri yazır. «Economist» jurnalı isə məqaləsinə belə başlıq qoyub: «Qurdlar qapını kəsib». «Qurdlar» deyəndə, iqtisadi böhran və onun fəsadları nəzərdə tutulur.

Fond nə deyib ki, belə vəlvələ yaranıb?

Düzdür, hələlik Zimbabvenin inflyasiya rekorduna - 213 milyon faizə hələ çox var, ancaq gələn il neftin qiyməti 40 faiz düşəcək. Amerika, Yaponiya və Qərbi Avropanın daxili məhsulu 0,3 faiz azalacaq.

Öz milli pullarına ziyan olsa da, iqtisadiyyatı həvəsləndirməkdən başqa çarəsi qalmayan İngiltərənin və Avropanın mərkəzi bankları noyabrın 6-da bank faizlərini kəskin aşağı saldılar. Düzdür, düşəndən sonra da bu bank faizləri Amerikadakından xeyli yuxarıdır və avronu və funt sterlinqi hələlik dollara nisbətən batmağa qoymur. Ancaq «Wall Street Journal» yazır ki, iki qitə arasında faiz fərqi azalsa, avro və funt düşəcək.

Beynəlxalq Valyuta Fondunun yeni proqnozuna görə, Rusiyada artımın sürəti gələn il 3 faiz azalacaq, Rusiyanı çıxmaqla qalan MDB ölkələrində azalma 5 faiz olacaq. Azərbaycanın da daxil olduğu bu sonuncu qrup ölkələrdə istehsal artımı cəmi 1,6 faiz proqnozlaşdırılır.

Ancaq iqtisadi vəziyyətə nikbin baxanlar da var. Amerikanın «Goldman Sachs» şirkətinin iqtisadçıları «Financial Times» qəzetinə deyirlər ki, ola bilər, dünya iqtisadiyyatı bir, ya iki rüb tənəzzül sərhəddində rəqs edib yuxarı getsin. ABŞ-ın Vaşinqton Universitetindən professor Leo Ribuffo deyir:

«Bu böhranın İkinci Dünya müharibəsindən sonra olan və bir il davam edən tənəzzüldən pis olacağı görsənir. Biz bilmirik, bu, nə qədər pis olacaq. İqtisadiyyat iki ilə dirçələ də bilər».

İtaliyanın «Unicreditbank»ının iqtisadçıları da hesab edirlər ki, aşağı avro, ucuz neft dirçəlişə ümid verir.

Azərbaycan üçün bütün bu proqnozlarda maraqlı olan odur ki, hamı ya böhranla neftin ucuzlaşacağını, ya da ucuz neftlə böhrandan çıxacağını deyir. Yəni neft deyəsən, heç bir halda qalxmayacaq. Eyni fikir avroya aiddir.

«Financial Times» isə yazır ki, hazırda ümidlərlə qorxular yarı- yarıyadır. Çünki belə qorxu da var ki, qlobal iqtisadi eniş kredit böhranının ikinci dalğasını yarada bilər. Və dünya ölkələri gərək yenə də külli miqdarda pul ayıralar.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Hidayet Haradan: Baki
20.11.2008 01:14

Vallah bu neft giymetleri kimi nir oyundur!Neftin istehsal ve istehlakinda ele bir deyishiklik olmaya-olmaya birden bire 30 dollardan 146 dollara nece cixartdilarsa indide bunu ortaya atiblar.Sen vurmadin men yixilmadim! Bu problem hardan cixdi?Eceba Hitlerin vesiyyeti dogrumu cixir???


Kimdən: Elnur Haradan: Bak
08.11.2008 21:19

Heç bir narahatçılığa əsas yoxdur. Onsuz da dünyada baş verənlərin Azərbaycana təsiri olmayacaq. Çünki Azərbaycanda keçmiş siyasi kursun yeni layiqli davamçısı yenidən prezident seçilib.O, İngilis dilini yaxşı bilir, ticarətdə təcrübəsi var, neft pullarını hara və necə xərcləməyi da yaxşı bacarır.
Əgər tutduğu vəzifədən azad olunmasaydı Heydər Babayev bu sözləri söyləyəıcəkdi

İsmarışlar 1-2 (2)