Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Xüsusi reportaj

«Burdan korrupsiya iyi gəlir»

Azərbaycanın 2008-ci il dövlət büdcəsindən inzibati binaların təmiri üçün bütünlükdə 450 milyon manat vəsait ayrılıb

07.11.2008

Azərbaycanın 2008-ci il dövlət büdcəsindən inzibati binaların təmiri üçün bütünlükdə 450 milyon manat vəsait ayrılıb. İqtisadçıların fikrincə, təmir sovet dönəmində olduğu kimi, yenə də büdcədə şəffaflığın pozulduğu sahələr sırasında liderlik edir.
 
İqtisadçı Zöhrab İsmayıl deyir ki, dövlət qurumlarının təmiri zamanı böyük yeyintilərə yol verilir:
 
«Hökumət nümayəndələri özləri də deyirlər ki, biz istəyirik ki, dövlət binaları sadəcə yaxşı görünsün. Bu yaxşı görünmək üçün isə çox böyük vəsaitlər xərclənir. Binaların fasadını indi Çindən gətirilmiş materiallarla üzləyirlər. Dövlət qurumları hər kvadratmetr üzlük üçün 600 manat ödəyir. Özəl qurumlara isə eyni üzlüyün döşənməsi 50-60 manata başa gəlir. Burdan korrupsiya iyi gəlir».
 
Dövlət büdcəsindən konkret sahələrə vəsait ayrıldıqdan sonra Nazirlər Kabineti (NK) qərarın icrası üçün sərəncam imzalayır. Araşdırmaçı jurnalist Alı Rza deyir ki, NK-nin sərəncamında heç bir konkretlik olmur. Sadəcə yazılır ki, filan nazirliyin tabeliyində olan inzibati binaların təmiri üçün filan qədər vəsait ayrılsın:
 
«Müəyyən etmək çətindir ki, burada neçə inzibati binadan söhbət gedir. Sənəddə yazılır ki, filan nazirliyə aid inzibati binaların təmiri…Bəlli olmur ki, bu təmir konkret neçə binanı əhatə edəcək. Sonra isə həmin o dövlət qurumunda aparılacaq təmirin məhz bu qədərmi vəsait tələb etməsini də müəyyən etmək mümkün olmur. Bu sahədə şəffaflıq ciddi şəkildə pozulur».
 
Təmiri hansı şirkətin aparması, onun nə zaman elan edilən tenderlə seçilməsi haqda bilgi almaq mümkün deyil. Bizim təmir işləri yenicə başa çatmış Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərindən məlumat almaq cəhdlərimiz də uğursuz oldu. Öyrənmək istəyirdik ki, aparılan təmir işləri nazirliklərdə işin keyfiyyətinə hansı müsbət təsir göstərib. Ancaq hər iki nazirlikdə suallarımızı cavablandırmaq istəmədilər.
 
İqtisadçı Vüsal Qasımlı isə bildirir ki, təmir inkişafın göstəricisidir:
 
«Təmir iqtisadiyyatın ayrılmaz atributudur. Vəsaitin effektli istifadəsi üzərində işlər görülməlidir. Yoxsa, bu elə sovetlər dönəmindən qalma psixologiyaya uyğun olaraq yeyinti vasitəsi kimi dəyərləndiriləcək».
 
V.Qasımlı düşünür ki, bütün hallarda belə, böyük büdcə vəsaitləri xərcləndiyi üçün təmir məsələlərinə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Tenderlərin açıq keçirilməsi, ayrılan vəsaitlərin konkret yönümü üzrə xərclənməsi yalnız bu halda mümkün ola bilər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: Бакинец 201 Haradan: Baki
13.11.2008 14:41

Həəəə bu iy tanış iydi.Ən azından 11 il məktəbdə 4 il isə Universitetdə bu iyi QOXLAMAĞ məcburiyyətində olmuşam.Bu iydən qorunmaq üçün heç əleyhqaz da təsir etmir.Bu iy dünyanın ən qorxunc xəstəliyi olan TAUN "CUMA" virusundan da qorxuncdur.ALLAH SEBR VERSİN!!!


Kimdən: Kavkazes Haradan: Azerbaycan
11.11.2008 17:54

Hecde qeribe iy deyil. Kimin yolu her hansisa dovlet idaresine getse bu iyi hiss ede biler. Bu iy bizim memurlar ucun havadir.


Kimdən: Natiq M Haradan: Sumqayıt
11.11.2008 17:31

Ye ki yeyəsən! Gözləri doymur.


Kimdən: Elnur Haradan: Bakı
08.11.2008 11:03

Azərbaycanda elə bir yer tapmaq mümkündür ki, ordan korrupsiya iyi gəlməsin? Uşaqlar dünyaya borc içində göz açır və qocalar da dünyadan borc içində gedir. Heydər Əliyevin dövründə çiçəklənən korrupsiya İlham Əliyevin dövründə bar verməyə başlayıb.

İsmarışlar 1-4 (4)