Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Tanınmışlar Rüstəm İbrahimbəyovun müdafiəsinə qalxdı

Tanınmış yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibədə Azərbaycan haqda söylədiyi bəzi fikirlər qalmaqal yaradıb

07.11.2008

«Rüstəm İbrahimbəyovun müsahibəsi Azərbaycanda söz azadlığına dəlalət edir. Yazıçı, kiminsə xoşuna gəlib, gəlməməyindən asılı olmayaraq onu narahat edən problemlər haqqında fikrini bildirib».  
 
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, tarixçilərin və jurnalistlərin ictimaiyyətə müraciətində belə deyilir.
 
Müraciət müəllifləri bildirirlər ki, deputatların məşhur yazıçının tənqidinə həsr edilmiş iclası qanunvericilərin siyasi mədəniyyətinin aşağı səviyyədə olmasının göstəricisidir:
 
«Həmin deputatlar və onların iclasda söz verilməyən digər həmkarları Rüstəm İbrahimbəyovun fikirləri ilə bağlı istənilən çap orqanında və ya mətbuat klublarından birində, istənilən yerdə öz fikrini bildirə bilərdi. Amma ölkənin ali qanunverici orqanının tribunasından yox. Çünki bu halda deputatların fikirləri dövlət tənqidi xarakteri alır, Azərbaycanda insan haqlarının kobud şəkildə tapdanmasına dəlalət edir və ölkəmizin beynəlxalq nüfuzuna ciddi ziyan vurur».
 
Müraciətə 284 nəfər imza atıb. Onların arasında Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, Azər-Paşa Nemətov, Aleksandr Şarovski, Cəmil Quliyev, Ramiz Fətəliyev, Ayaz Salayev və digərləri var.
 
Tanınmış yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibədə Azərbaycan haqda söylədiyi bəzi fikirlər qalmaqal yaradıb. Məsələ parlamentin iclasında müzakirə edilib və İbrahimbəyovun ünvanına tənqidlər səsləndirilib.

/Turan/
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Barat Haradan: Sank Peterburq
30.11.2008 03:06

Azerbaycanimizin ziyalisi,elecede butun cemiyyet kop dumana duwub.Hamimizin Rustami, suni suretde kor duman yaradanlara 'sille'vurdu.


Kimdən: Rafael Haradan: Bakı
09.11.2008 22:04

Kifayət qədər ciddi, eyni zamanda dərin müzakirəyə ehtiyacı olan məsələləri kənara qoyub həqiqəti müzakirə etməyə ehtiyac yoxdur ...


Kimdən: Zakir Haradan: Bakı
08.11.2008 10:04

Vətəndaşa niyə belə düşünürsən demək dövlətin faciəsidir.


Kimdən: Mübariz Haradan: Bonn
07.11.2008 16:47

Iqtdar.
Tänqid istämäzä, säflärini söyläsän näsiyyät dinlämäz, hech kimi hsaba qatmaz. Säflärini görmäk istämäz .Bizä 90 faiz säs veriblär deylä düshünäräk vätänä vä vätänin zänginiklärinä sahiblänirlär. Sanki bunlardan bashqa vätänmizi sevän yoxuymush . Sanki bunlardan daha xidmätkar biriläri tapilmayacaqmish.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
07.11.2008 15:50

Elitadan qalanlari bunlardir onlarda oz imzalarini atdilar.


Kimdən: Natiq M Haradan: Sumqayıt
07.11.2008 15:23

Zərin qədrini zərgər bilər.

İsmarışlar 1-6 (6)