Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Azərbaycan vətəndaşının Rusiyaya qarşı iddiası təmin edilib

Məhkəmə qərar çıxarıb ki, Adil İsmayılova dəyən maddi və mənəvi zərərə görə ona 25 min avro verilməlidir

07.11.2008

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Adil İsmayılovun Rusiya hökumətinə qarşı qaldırdığı iddia üzrə qərar çıxarıb.
Qərarda Adil İsmayılovun pul vəsaitinin müsadirə olunması həddən artıq sərt və qeyri-proporsional addım hesab olunub. Qərarda bildirilir ki, iddiaçı günahını şərti cəza çəkərək yuduğuna görə, onun pul vəsaitinin müsadirə olunması İnsan Hüquqları haqqında Konvensiyaya əlavə Protokolun 1 maddəsinə - şəxsi mülkiyyətin müdafiəsi – ziddir. Məhkəmə Rusiya hökumətini Adil İsmayılova dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün 25 min avro cəzaya məhkum edib.
 
Moskvada yaşayan 71 yaşlı azərbaycanlı Bakıdakı mənzilinin satışından əldə etdiyi 21,348 dollar vəsaiti sərhəddən qanunsuz keçirməkdə ittiham olunub. Rusiyada keçirilən məhkəmə prosesində o ittiham üzrə günahkar bilinərək 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və həmin vəsait müsadirə olunub. Adil İsmayılov vəsaitin müsadirə olunmasını qanunsuz sayaraq, öz iddiasını şəxsi mülkiyyətin qorunması haqqında maddə ilə əsaslandırıb.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1 (1)
Kimdən: hasan Haradan: Bak
07.11.2008 15:21

Görəsən nəvaxtsa Azərbaycanda öz biliyinə,bacarıq və istedadına ğörə heç olmasa nümunə üçün bircə nəfər ən aşağı instansiya hakimi,yəni rayon məhkəməsində hakim olacaqmı?Yaxın 30-40 ildə bunu ğözləməyə dəyməz.

İsmarışlar 1 (1)