Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Cəmiyyət

«Müxalifətçi olduğum üçün işdən çıxarılmışam»

İntiqam İsmayılov hazırda işsizdir. Dediyinə görə müsavatçı olduğu üçün onu heç kim işə qəbul etmir

06.11.2008

«Ali təhsilli müəlliməm. Müxalifətçi olduğum üçün işdən çıxarılmışam»-, Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayon Nəhəcir kənd sakini İntiqam İsmayılov belə deyir. O, ali təhsilli müəllim, eyni zamanda ehtiyatda olan hərbiçi olmasına baxmayaraq, heç bir əsas gətirilmədən 2003-cü ildə hərbi hazırlıq fənnindən dərs dediyi Nəhəcir kənd orta məktəbindən işdən çıxarıldığını deyir.
 
Dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də şikayətinə baxan yoxdur. Yalnız onu öyrənə bilib ki, özü yazmadığı «öz ərizəsinə əsasən» işdən azad edilib. Keçmiş hərbi müəllim indi düşüb idarələrə öyrənsin ki, özü ərizəni nə vaxt yazıb və yaxud da kim onun əvəzinə işdən çıxmaq istəyib. Dediyinə görə heç bunu da dəqiqləşdirə bilmir. İdarələrin birində ona öz ərizəsi ilə işdən azad edildiyi bildirilir, digərində isə işində buraxdığı nöqsanlara görə çıxarıldığı söylənilir. İndi qalıb çarəsiz. Kimə inanacağını bilmir. Yalnız onu dəqiq bilir ki, işdən çıxması üçün özü ərizə yazmayıb.

İntiqam İsmayılovla söhbətdə həyat yoldaşı elə Nəhəcir kənd məktəbində texniki işçi kimi çalışan Gülbir İsmayılovanın da işdən çıxarıldığını öyrəndik. Keçmiş müəllimin dediyinə görə Müsavat partiyasının üzvü olduğundan onu belə incidirlər.

Məsələyə aydınlıq gətirmək üçün Culfa Rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. Şöbənin rəhbəri Adəm Qasımov İntiqam İsmayılovun öz ərizəsi ilə işdən azad edildiyini bildirdi.

İntiqam İsmayılov hazırda işsizdir. Dediyinə  görə müsavatçı olduğu üçün onu heç kim işə qəbul etmir. Bir zamanlar dədə-baba yurdunu tərk edənləri qınasa da, indi özü çarəsizlikdən ata yurdunu tərk edib Naxçıvandan köçməyi planlaşdırır.

Qanunsuz işdən çıxarılmasına gəlincə İntiqam İsmayılov deyir ki, bu vaxta kimi etdiyi cəhdlərin nəticəsiz qalmasına baxmayaraq, məsələnin hüquqi yolla həllinə cəhd göstərəcək.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-7 (7)
Kimdən: Elnur Haradan: Baki
07.11.2008 17:00

Azərbaycanda dövlət idarələrinə göndərilən müraciətlər Bermud üçbucağına gedən gəmilərin taleyini yaşayır.


Kimdən: resad Haradan: Gence
07.11.2008 12:04

Genced'de de bele hallar chox olur. Eger muxalifet partiyasinin uzvu ve ya yaxin adamsa muxalifetcci fikirlere o zaman ishden chixmalisan.
Erizeni de ozleri yazib qol chekir senin adindan ki sene "eziyyet" olmasin.
Bir mehkeme ve ya dovlet orqani yoxdu ki gedib derdini deyesen veya shikayet edesen bu qudurqanliqdan, ozabashinaliqdan.
Allah zalima lenet etsin!


Kimdən: Zaur Haradan: kohne Naxchivanli
06.11.2008 21:47

Ay intoqam muellim -

sen xerc chekib Naxchivandan kochmeye telesme, onsuz da sen Azadliq Radiosuna oz derdini dediyin uchun ordaki hokumet seni ozu nece lazimdi "kochurdecek"!!

Allah komeyin olsun ve Allah hech kimi Naxchivandaki memur ozbashinaligina meruz qoymasin!!


Kimdən: ruslan Haradan: Gence
06.11.2008 19:31

demek ki, ishden chixmaq haqda erizeni ya Cin yazib ya da Sheytan ki bu muellimi ishden chaxrdin.
demek hele de Naxchivanda muxalifetchi qalib he?? yeqin bu muellim yaddan chixib, yoxsa choxdan onu ordan kochurtmushduler..


Kimdən: Ramal Haradan: sherur
06.11.2008 19:25

hele de Azerbaycan cemiyyetinde eleleri var ki fikirleshir ki, bes naxchivanli olmaq nese imtiyaz sahibi olmaqdi.

azerbaycanda en agir gunde yashayan region Naxchivandir! Yerli hakimiyyetin en chox zulmune meruz qalan da NAxchivanlilardi.
tam cengellik qanunlari hokm surur ve hech kimi hech kimin erizesini oxumur..


Kimdən: cemale Haradan: Baki
06.11.2008 19:22

Artiq bu Azerbaycanda enene halini alib: eger muxalifetchisense, ve ya hokumeti tenqid edirsense demek sen ACINDAN OLMELISEN ve Senin qohumun, tanishinda senin siyasi baxihslarina gore ya ishin itirmelidi yada her cur mehrumiyyetlere dozmelidi!
Axi ay Azerbaycan hokumeti, bu ancaq avtoritar olkelere mexsus haldi! O bedbext Naxchivanlinin ne gunahin yiyesidi ki, onun ailesi indi maddi cehetden chetinlik chekmelidi ki aile baschisi muxalifetchi olduguna gore?
Ucdantutma hami ele YAP-chi olmalidi???


Kimdən: ramil Haradan: naxchivan
06.11.2008 19:14

Naxchivan 18-19cu esrlerdeki xanliqlar dovrunu xatirladir.
herden men fikirleshirem ki, Xaxchivan deyesen Allah'in da yadindan chixib.
Her cur qeribe ve ecaib hadiseler, ve olmazin zulmler mehz ele orada camaatin bashina getirilir.
meshur mahnida deyildiyi kimi:"Indi hem xani var, hem sultani var bari Naxchivanimin"!!

İsmarışlar 1-7 (7)