Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

Yeni nazir açıqlama verdi

Nazirlər Kabinetinin binası, 21 iyul 2006

06.11.2008

«Sahibkarlara Kömək Milli Fondunun fəaliyyətindəki nöqsanlar aradan qaldırılacaq. Fondun həyata keçirdiyi layihələr real və effektli olmalıdır. Bu layihələr üzrə verilən kreditlərin şəffaflığı təmin edilməlidir».
 
Bunu noyabrın 6-da İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib. Nazir bildirir ki, sahibkarlara verilən kreditlər regionların inkişafı proqramının həyata keçirilməsinə yönəlməlidir: «İqtisadi İnkişaf Nazirliyinin (İİN) əsas məqsədi sahibkarların işində əsassız yoxlamalar aparmaq yox, onların inkişafına yardım etməkdir. Bu sahədə qanun pozuntuları qısa müddətə aradan qaldırılacaq».

Nazir daha sonra deyib: «Ölkə prezidenti İİN-nin nəzdində fəaliyyət göstərən bəzi qurumların fəaliyyətindən narazıdır. Həmin qurumların rəhbərləri artıq tutduğu vəzifələrdən azad olunublar».

Şahin Mustafayevin sözlərinə görə, nazirlik üzünü sahibkarlara çevirib onlara əməli yardım etməlidir. Bu vaxta kimi nazirlik aparatının strukturlarına daxili nəzarət qurumu olmayıb. O, bildirib ki, qısa müddətə belə bir qurum yaradılacaq.

Bu vaxta kimi Vergilər nazirinin I müavini işləyən Şahin Mustafayev ötən həftə prezidentin sərəncamı ilə İqtisadi inkişaf naziri postunda Heydər Babayevi əvəzləyib.

 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Nizo Haradan: Baki
01.12.2008 16:39

BIr nazirimiz hebse atildi, biri isden cixarildi gorek indi ki, nazirimizi n aciqlamalari ele aciqlama olaraq qalacaq yoxsa heyata kecirilecek


Kimdən: Fanfan Haradan: Paris
12.11.2008 17:14

Vaxtı ilə cənab F.Əliyevə MTN tərəfindən torpa tikmək üçün minlərlə sahibkarları rüşvət vermək adı ilə qorxudaraq onlardan rüşvət yığdılar.Məhkəmədə isə həmin sahibkarlardan heç biri onun üzünə durmadı.İndi də cənab H.Babayevə həmin metodla torba tikirlər. Yenədə sahibkarları qorxudaraq rüşvət yığırlar.


Kimdən: Ilqar Haradan: Bakı
11.11.2008 15:04

Şahin müəllim, özünüzü YAP hakimiyyətinin 1-2 ildən sonra deyəcəyi iqtisadiyyatımız böyük sıçrayışla inkişaf edir və iqtisadi artım 70 faizdən yuxarıdir sözlərindən qoruyun.Əgər bu sözlər deyilsə vəzifədən getməli olacaqsınız,sizdən əvvəlki 2 iqtisadi inkişaf naziri kimi.


Kimdən: Azər Haradan: Bakı
06.11.2008 17:11

Ümid edək ki heç olmasa Şahin müəllim söz verdiyi işləri yerinə yetirə bilsin.Men buna inaniram.


Kimdən: Samir Haradan: Baki
06.11.2008 13:40

Menasiz menasiz danishir.!


Kimdən: Telman Haradan: Baki
06.11.2008 13:01

"Avazi yaxsidi oxudugu quran olsa"

İsmarışlar 1-6 (6)