Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Kontekst

Obamanın qalibiyyət nitqi Bakıda da alqışlarla qarşılandı

Zalda bircə ABŞ vətəndaşı tapmadıq ki, hər hansı səbəbdən səsini verməmiş ola

05.11.2008

Yaxşı və daha yaxşının mübarizəsi adlanan bu seçki beləcə başa çatdı. Amerikanın ilk qaradərili prezidenti olmuş Barak Obama «Bəli, biz bacararıq», - deyib Birləşmiş Ştatlar üçün Tanrıdan xeyir-dua istədi. Obamanın qalibiyyət nitqini onun tərəfdarları təkcə Amerikada deyil, Azərbaycanda da alqışlarla qarşıladı.

Seçkinin başa çatmaq üzrə olduğu anlarda Bakıdakı amerikalılar və Amerikanın dostları bir yerdə nəticələrin səslənməsini gözləyirdi.

Əvvəlcə elə ondan başlayaq ki, zalda bircə ABŞ vətəndaşı tapmadıq ki, hər hansı səbəbdən səsini verməmiş ola.

ABŞ səfirliyinin ictimai diplomatiya departamentinin əməkdaşı Dmitri Taraxovski qiyabi bülletenini bir-iki həftə bundan əvvəl qeydiyyatda olduğu Mçiqan ştatına göndərib. Departamentin rəhbəri Terri Devidson isə səsini Texasa göndərib:

- Əlbəttə ki, səs vermişəm, mən seçim hüququmdan imkan düşən kimi faydalanıram.

Beynəlxalq Jurnalistlər Mərkəzindən Çak Rays deyir ki, səsini hələ üç həftə əvvəl verib:

- Mən üç həftə bundan əvvəl qiyabi bülletenlə səs vermişəm. Mən Merilend ştatında səs verirəm. Mənim bülletenimi buraya göndərdilər, səsimi verdim, sonra bülleteni geriyə - Merilendə göndərdim.


- Seçiminiz barədə nə deyə bilərsiniz?

- Mən bu gün çox xoşbəxtəm.

Amerika təşkilatlarından birində işləyən Şeldon Markoffsa «səs vermisinizmi» sualının özünə təəccübləndi:

- Əlbəttə, səs vermişəm. Mən demokratam və Obamaya səs vermişəm. Mən qiyabi bülletenimi Nyu Yorka göndərdim. Bu ştatda onsuz da demokrat qalib gələcəkdi. Amma hər səsin öz hökmü var.

Sara Paulsvors Bakıda ingilis dili dərsi deyir:

- Mən keçən həftə səfirlikdə səsimi verdim. Mənə qiyabi bülleten verdilər, səs verdim və bülletenim ştatıma göndərildi. Mənim bildiyimə görə, qiyabi bülletenlər yalnız nəticəyə təsir etmək ehtimalı olanda açılır və sayılır. Amma Obama Pensilvaniyada onsuz da qəti qələbə qazanıb. Odur ki, mən xoşbəxtəm. Hesab edirəm ki, o, real dəyişiklik gətirəcək.

Azərbaycana Sülh Korpusunun könüllüsü kimi gəlib burada qalan Sara hesab edir ki:

- Obamanın əsas uğuru insanları həvəsləndirməsidir. Əvvəllər seçici aktivliyi çox aşağı olurdu. Bu dəfə isə belə deyildi. Kampaniyanın uzun olmasına baxmayaraq, o, adamları yormadı, insanların əsas qayğılarını işıqlandırdı.

Amerikalı hüquqşünas Ann Pasko ümid edirdi ki, onun doğma ştatı Kaliforniyadan olan 55 seçmənin səsi məhz Barak Obamanın qələbəsini təsdiqləyəcək. Belə də olub. O da, başqaları kimi səsini qiyabi bülletenlə verib.

Budur, Kaliforniyadakı «exit-poll»un nəticələri açıqlanır və artıq Obamanın bütün ştatlar üzrə qalib olduğu aydındır.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu seçkinin tarixi əhəmiyyəti barədə:

- Senator Obama indicə dediyi kimi, bu tarixi seçki onu göstərdi ki, Birləşmiş Ştatlar azadlıq, bərabərlik, imkanlar və tükənməz ümid ölkəsidir. Amerikalı kimi mən qürur duyuram ki, bizim iki çox güclü namizədimiz var idi. Və onlar aylarla sürən debatlar zamanı özlərinin ölkənin gələcəyi ilə bağlı fikirlərini ortaya qoydular və Amerika xalqı öz seçimini etdi.


Çak Rays da başqaları kimi sevincini gizlətmir:

- Fantastik nəticələrdir. Mən səkkiz ildir ki, bu ümidlə yaşayırdım.

İndi amerikalıların qayğılarından biri həm Konqresdə, həm də Ağ Evdə hakim olacaq demokratların aşırı hakimiyyətdən başını itirməməsinə nəzarət etməkdir:

- Biz səkkiz ildir ki, elə bundan əziyyət çəkirdik. Respublikaçılar həm Konqresi əllərinə almışdılar, həm də icra hakimiyyətini. Razıyam, bir partiya bu qədər nəzarətə sahib olmamalıdır. Çünki bu, korrupsiyaya səbəb olur. Görək nə olur. Məncə, Barak Obama çox iş görməlidir. İndi onun üzərində böyük bir yük var. Əgər uğurlu olmasa, çox sayda adamı məyus edəcək. Bir sözlə, yükü ağırdır, amma çəkməlidir.

Sara:

- Məncə, bu, mümkün deyil. Dəyişikliklərə nail olmadan mütləq hakimiyyətdən söhbət belə gedə bilməz. İlk növbədə İraqdan çıxmaq və islahatlar lazımdır.

Şeldon:

- Olmayacaq, həddindən artıq çox şəffaflıq var. Onlar tarixdən dərslərini alıblar. Hər halda, ümid edirəm ki, belədir.

Çak Rayssa deyir ki, onun yeni prezidentdən gözlədikləri var:

- Mən arzu edərdim ki, Quantanamo bağlansın, Mən istərdim ki, Birləşmiş Ştatlar beynəlxalq hüquqa daha çox riayət etsin. Bəzən biz elə işlər görürük ki, bu, bizim başqa ölkələrdən istədiklərimizlə o qədər də uyğun gəlmir.

Az qala yadımdan çıxmışdı. Amerika demokratiyasından, imitasiyada da olsa, mən də bəhrələndim. «Sabahın xeyir, cənab prezident» adlı tədbirdə şəffaf qutuya gələn qonaqlar da bülleten ata bilərdi. Əlbəttə bu, səfirliyin əməkdaşı Dmitri Taraxovskinin dediyi kimi, sadəcə zarafat idi:

Dmitri Taraxovski:

- Bu, sadəcə əyləncədir. Necə deyərlər, yalançı seçki. Biz sadəcə azərbaycanlı qonaqlarımızın seçiminin necə olacağını öyrənə bilərdik.

Səfirliyin digər əməkdaşı isə deyir ki, azərbaycanlı qonaqlar bu seçkidə də çox passiv imişlər, xeyli hissəsi səs verməkdən imtina edib. Beləliklə, azərbaycanlı seçmənlər də öz sözünü belə dedi:

31 səs Obama
16 səs Makkeyn
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-8 (8)
Kimdən: Haci Haradan: Abu Dhabi
13.11.2008 18:36

Mende oz novbemde Obamani tebrik edirem ve onunyeni dunya duzeninde chox ishler gorejeyine inaniram.Obama chox islahatlar ved etdi.ishide chox Ona respublikachilardan chokmush budje ve Irag problemi galdi.bunu ilk anlamda chozejek.Sizlere bir shey demek isterdim biz o azerbayjan olarag o geder demokratik islahatlar ve koklu deyishiklikler etmeliyik ki,o zaman orda Demokratin ve ya respublikachinin olmasini hiss edek


Kimdən: Natiq M Haradan: Sumqayıt
12.11.2008 17:45

Obama haqqında İran mətbuatında yazılanları kim oxuyub? (Hədislərdə deyilir ki, qiyamətə yaxın qərbdə qara dərili biri hakimiyyətə gələcək və dünyanın ən böyük ordusuna rəhbərlik edəcək-və s.)


Kimdən: Ramin Haradan: USA
12.11.2008 01:09

Ilqarin dushuncasinin basha dushmak olar. Obama Ermani lobbisi qarshisinda soz verdi ki Ermanilarin tarafinda olacaq va Ermani soyqiriminin taninmasinda alindan qalacayini edacak. Amma ham ABS-da, ham da dunyanin basqa olkalarindaki expertlar deyir bunu ham Bill Clinton,George Bush, John Kerry, mah da Barack Obama edib. Amma hec biri Ermani soyqirimini tanimayib, na da tanimayacaqlar, cunku ustlarina lacaq riski va tazyiqi cox basha dushurlar. Ona gora man onun sozlarini cox ciddi almazdim. Ayar Azerbaycanlilarin burada guclu lobbisi olsaydi, bizim isytadiyimizi uzumuza deyacakdi. Galan ilin yazinda har shey ashkar olacag. McCainin secilmasi na Amerikaya na da Azerbaycana bir xeyir gatiracakdi chunki McCain Bush administrasiyasinin davamchisi olacagdir, va Iraqdaki muharibanin tarafdari idi. Savad va uzaqgoranliya gora, Obama an yaxshi sechim idi, ham ABS uchun, ham da dunya uchun. O ki galdi Bonnlu Mubariza, xatrina daymasin amma fikir veriram ki har yaziya bir miz qoyursan, menali va ya menasiz. Adam konstruktiv bir sarh yazar, bilmadiyin sheylardan danishmaga ehtiyac yoxdur. Obama hayatinda bir dafa da olsun Makkanin bombalanmasi haqqinda bir shey demayib, hec vaxt da deyan adam deyil. Onun atasi Kenyali musluman olub, ozu Indoneziyada yerlashan madrasada dars alib, va cox ildir ki ozunu rasmi xristiyan sayir. Bombalama masalasini yalniz Pakistana aid edib, onu da yalniz Pakistan ordusunun kontrol eda bilmadiyi talibanparast erazilari(vaziristan, pehsvar, patani va pashtun erazilar) narada tutub. Tayyib Erdogan isa nainki oz adini, ham da Turkiyanin adini batira batira gedir. Ona gora xahish olunur ki bosh bosh har movzuya fikir yeritmayasan! Barack Obama = Change we can believe in! Peace at home, peace abroad!


Kimdən: Ilqar Haradan: Baki
08.11.2008 19:44

Sözsüz ABŞ-da əsl demokrotik seçkilər keçirildi.Azərbaycan üçün isə Makkeynin prezident olması daha sərfəli idi.O Rusiyanin Qafqazdan çıxmasını qəti şəkildə bildirirdi.Rusların Qafqazda qalması isə Azərbaycan xalqı üçün yaxşı heçnə vəd etmir.


Kimdən: Emin Haradan: Baki
05.11.2008 23:20

Cenab Barack Obamani urakdan tabrik edir, ona novbati 4 il arzinda ham ugur, ham da emin amanliq arzu ediram. Bu tarixi bir gun naticasi ila isa butun Amerika xalqini urakdan tabrik edir, onlarinin seciminin hem ozlari, ham da Azerbaycanlilarin galacayi uchun xeyirli olacagina umud ediram. O gun olsun ki Azerbaycanda da bu cur shaffav, aktiv va demokratik sechki kechirilsin.


Kimdən: Mübariz Haradan: Bonn
05.11.2008 23:13

Azärbaycanda Barach Obamaya chox güvänänlär biraz gözdäsin göräcäklär. Bir däfäsindä Barach Obama Mäkkä'yi bombaladacagini söylädi. Mäkkä'yi bombalamaq istäyän biri görün Qarabag mäsäläsindä sizi nä hala salacaq. Mänim üchün qardash Türkiyä var vä birdä Türki'yänin bash Naziri TAYYIB ÄRDOGAN.


Kimdən: meherrem Haradan: baki
05.11.2008 22:13

mene bele gelir ki,azerbaycanlilar iktidardan qorxub ses vermeyibler.


Kimdən: süzen Haradan: içerişeher
05.11.2008 20:18

Amerika xalqını ürekden tebrik edirem. Sağ elleri bizim başımıza. Biz de bacarak.

İsmarışlar 1-8 (8)