Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

«Azərbaycan Bakının boğazında qalıb»

Rəhman Bədəlov

05.11.2008

«Bakı getdikcə Azərbaycanı udmaq istəyir. Azərbaycan elə bil Bakının boğazında qalıb, ərimir».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan fəlsəfə doktoru, professor Rəhman Bədəlov belə deyir. Tanınmış yazıçı Rüstəm İbrahimbəyovun Bakının indiki vəziyyəti ilə bağlı fikirlərinə münasibət bildirən Bədəlov, Milli Məclisdə aparılan müzakirələri pisləyir:

«Rüstəm İbrahimbəyovun fikirlərini müzakirəyə çıxarmaq Milli Məclisin funksiyası deyil. Əslində, o, düz deyir. Regionlar getdikcə boşalır, mədəni həyatı tükənir. Hamı Bakıya axışır. Paytaxtın son 100 ildə tarixi xeyli faciəlidir. Bu illər ərzində regionlardan Bakıya gələnlər çox olduğu üçün şəhərdə normal urbanistik məkan yaranmayıb. Gələnlər həmin prosesin qabağını alıblar».

Müsahibimiz belə hesab edir ki, cəmiyyət sakit tərzdə, hay-küysüz Rüstəm İbrahimbəyovun dediklərini müzakirə etməli və nəticə çıxarmalıdır:

«Etiraf edək ki, Bakı son 15 ildə simasını dəyişib və kəndə daha çox oxşamağa başlayıb. Mənim evimin yanında toyuqlar qaçır. Əgər şəhərdə uşaq küçədə toyuq görə-görə böyüyürsə, onun şüuru da başqa cür formalaşır. Biz şəhərli psixologiyasını formalaşdırmalıyıq».

Azərbaycandan kənarda yaşamağa məcbur olmuş yazıçı Çingiz Hüseynov da Rüstəm İbrahimbəyovun fikri ilə razılaşır. Deyir ki, Rusiyada olduğu kimi, Azərbaycanda da elita yox dərəcəsindədir:

«Elita kəlməsi vicdan, ədalət sözlərinə bağlıdır. Elita - həqiqət naminə var-yoxundan keçməyə hazır olan deməkdir. Yəni, kütlə deyir belə olub, belə də olacaq. Elita isə deyir ki, belə olub, ancaq belə olmamalıdır».

Çingiz Hüseynov bu məsələnin Milli Məclisdə müzakirə olunmasını gülməli sayır. Hesab edir ki, bu, mübahisə icazəlidir:

«Məqsəd xalqın diqqətini əsas hədəfdən, ölkənin vacib problemlərindən yayındırmaqdır. Azərbaycanda söz, fikir azadlığı, sərbəstliyi əsaslı surətdə pozulub. Siyasi dustaqları olan, jurnalistləri qazamatda yatan cəmiyyət belə müzakirələri necə gündəmə çıxara bilər?»
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (11)
Kimdən: ILKIN Haradan: BAKI
21.11.2008 11:54

Bagishlayin, belke de fikirlerim bu meqale ucun o qeder de seviyyeli olmadi. Nece de olsa mohteshem professorumuzun sozu ile desek "KENTOSHAM". Gelib Bakiya zibil atan, geyimimle Bakinin gorunushunu pozan, davranishlarimla "sheherli psixologiyasini" korlayan "KENTOSH"!
Amma bir soz demek isteyirem, yuksek icazenizle. Bizim kendde elita, ziyali, aydin ve s. benzeri sozler sheherli ve ya kendli demek deyil, insan, amma heqiqi insan demekdir. Bakiya gelen "KENTOSH"- larin 70, belke de 80 faizi sosial ehtiyaclar pillesinin sadece birincisini, yeni, fiziki ehtiyaclar qismini temin ede bilmek uchun gelir. Sizin kimi bashqasinin sozlerini tehrif ediecek derecede "biliklenib", cemiyyeti esl problemlerden uzaqlashdirmaq uchun yox, eziz professor. Bildiyim qederile Rustem Ibrahimbeyov oz meqalesinde, Bakinin "KENTOSH", "QORODSKOY" probleminden chox, cemiyyetimizdeki rushvet, memur ozbashinaligi, dovlet infrastrukturlarindaki "problemsizlik" xesteliyi ve en esasi umumi cemiyyetimizdeki shuur ve davranish noqsanlari barede melumat verib. Raziyam ki, MM bu meselenin muzakiresi yeri deyil ve diger sherhchilerin de fikri ile raziyam ki, elita dedikleri o ziyali tebeqe, sadece guruldamaqla oz vezifesini bitmish hesab etmeli deyil. Danishmagi bax men, "KENTOSH" da bacariram. Eger bu meseleni KIV-de ishiqlandiraraq men elitayam deyirsinizse ish gormelisiniz, ish...Gedib hasarin o uzunden, men de burdayam, men de sizinleyem demekle hech ne deyishmir, bir de hasarin bu uzune gelin, qazanda ne bishir, Siz de dadin.


Kimdən: Şərhsiz Haradan: Baki
10.11.2008 01:39

Riyakarliq ve yaltaqliq zemanesi olan yerde tebii ki,elita üzde olmayacaq.Elita ilk novbede ozune hormet eden kutledi,ozune hormet eden ise yaltaqliq ve riyakarliqdan uzaqdi.Eslinde elita var,Lakin onlarin az bir hissesi uzdedi,yəni ekseriyyeti üzde olan sexsler deyil.Budur göruntu!


Kimdən: Emin Haradan: Baki
08.11.2008 00:48

Elita Bakidan qacib gedib ona gore ki tarbiyasi, qanacagi, tafakkuru, etikasi, estetikasi olmayanlar qalib onlarin bashina mindilar, elinde olan sabitliyi ellerinden aldilar. Ne qeder adam evini, ishini, imkanini itirdi bu rushvatxorluq, qohumbazlir, tanishbazliq ucbatindan. Onlar bu bu cur tarbiyasizliya, darabayliya tab qatirmayib bashlarini goturub qacdilar. Yerlarina galdi qoyun otaran, mentaliteti kendde olanlar. Bir da ki, Na Ibrahimbayov, na da ki Badalov Rusdilli elita haqqinda bir shey dedi. Rarici dil bilmayin hec bir gebaheti yoxdur, sadece olaraq ozunu faxrla Azerbaycanli saysin. Beli Azerbaycanin elitasi var idi, coxsu gachib getdi yuxarida yazilan sabablara gora. Gerida qalan azliq isa sasini cixartmaga gorxur ki birdan onlarin da bashini yeyarlar. Elita axtarmaq istayirsansa, xalqina uchun dogru va durustluyu ustun tutub ozlarini riska atanlara bax: Soz azadligindan istifade etmeye cehd edan shaxslarin zindana atildigini gorandan sonra, kimin ziyali, kimin isa vatan dushmani oldugunu goruruk. O kukla deputatlar isa utansin ki Azerbaycanin heqiqi dushmeni olan indiki rushvetxor, vicdansiz, avtoritar rejimin arxasinda oturub haram corak yeyirlar.


Kimdən: Aydın Haradan: Qazaxstan
06.11.2008 00:33

Mən Azadlıq radiosuna təşəkkürümü bildirirəm, bu mövzuları gündəlikdə saxlamaqla xalqa həqiqəti çatdırır. Məni düşündürən bir neçə sual var. Nəyə görə Azərbaycani dünyadq tanidan taninmiş insanlar bizi bu cür iqtidarın əlində əsir qoyub gediblər. «Elita kəlməsi vicdan, ədalət sözlərinə bağlıdır. Elita - həqiqət naminə var-yoxundan keçməyə hazır olan deməkdir. Əgər bunu bilirlərsə niyə gəlib mənsub olduqları xalqi bu bataqlıqdan çıxartmağa cəht etmirlər. İbrahimbəyov bir müsahibə ilə Azərbaycandakı süstlüyü tərpətdi və coxluğun dəstəyini qazandi.Deməli istəsələr nə isə edə bilərlər. Bizim tariximizdə bunun cox yaxşi nümunəsi var. 1918-ci ildə yaranan ADR məhz dağılmaq məhv olmaq üzrə olan Azərbaycana həyat verdi. Nəyin hesabına? O vaxtkı milli elitanın ortaya qoyduğu istək və iradə hesabina. Onlarin hamisi maddi cəhətdən təmin olunmuş ailənin övladları idi. Hər şeyləri var idi təkcə Dövlətləri yox idi. Onlar "həqiqət naminə var-yoxundan kecdilər" və Dövlətlərini qurdular. Varmi bu gün belə fədakar milli elita? İbrahimbəyov təsdiq edir ki az da olsa var. Bəs hanı? Niyə 15 ildir xalqın başına açılan oyunlara göz yumurlar. Əgər susurlarsa onlara "həqiqət naminə var-yoxundan keçə bilən" sözünü şamil etmək olarmı? Bizim bu günkü cəmiyyətimizin laqeyid olmasının əsas səbəbi elitanın laqeyid olması deyilmi?


Kimdən: Elcin327 Haradan: Baki
05.11.2008 21:47

Har kimdir duz deyir. Ne ferqi var kimdi?


Kimdən: Kamil Haradan: Baki novxani
05.11.2008 21:36

Bezi deputatlar Mehkemenin evezine R.İbrahimbeyovu
Cinayetkar (vetən xaini ) adlandırlar.Menim ucun bu cox maraq kesb edir . Goresen bu
Deputatlar MM –de qanun qebul etmek ucun secilibler, yoxsa Mehkemenin evezine kimi se
Ittiham etmeye? Bunlar nece deputatdırlar ki,Məhkəmənin qərarı olmadan bir insanı çinayət-
Kar elan edirlər.Əgər deputat bu çür hərəkətlərə yol verirsə,o zaman bir vətəndaş kimi hər
Hansı bir məmurdan yaxşı nəyi sə gözləməyə dəyməz.Sizin buna bənzər qəbul etdiyiniz
Qanunlar uçbatından şəxsən mən məmur özbaşnalıgından həddindən artiq əziyət cəkirəm.
Kimə şikayət edirəmsə şikayetimə baxmırlar.Hörmətli bəzi deputatlar “Bəlkə soyuq sudan cıxan insan kimi titrəyib qəlbinizdə olan cirkabı ataraq bu xalq ücün normal insaflı qanunlar qəbul edəsiniz“Həm də elə qanunlar ki,həm xalq bəhrələnə həm dövlət həmdə sizlər.Demək istəyirəm
Ki,qəbul edəçəyiniz qanun Azərbayçan dövlətinin qanunu adlandırılsın,filankəsin yox.


Kimdən: Hidayet Haradan: Baki
05.11.2008 18:36

He bax bele! O kimdir axi?!! Eger yadiniza salsaniz rehmetlik Uzeyır bey O Olmasin Bu olsunda Meshedi ibadin dili ile nece deyirdise "bu savadsizlar hardan basha dushsunler"- Bedel beyin "o kimdir"ide hemin sohbetdir. Yegin o Rehman Bedelovun kasib olmasini bilir ona gore esil indiki azerbaycan "ıntilligenti" kimi deyirki "kasib kishi sende ozunu insanmi sanirsan"?Allah sene rehmet elesın Sabir!Budur indiki Baki "ziyalisinin" anlayishi1


Kimdən: Bedele cavab Haradan: Baki-bash kend
05.11.2008 17:15

Bedel- yazir ki - Bu Rehman Bedelov kimdir axi Azadliq radiosu son nefesinde onu ulduza donderib?

Rehman Bedelov tanrinin verdiyi nuru-edalet ve hegiget isigini icinde gezdirib- pula satmayan Ziyalilardandi. amma siz duz deyirsiz, hormetli Bedel, o ulduz ola bilmez! Ulduz mirt, bazar, shou programlarina cixib, manislarla medeniyyet sohbeti elemeyi jurnalistlik bilen -merifet sayanlardir.

Rehman Bedelovu qiyabi taniyan bir adam kimi Bedel-e cavab..


Kimdən: Yusif Haradan: Şəki/Bakı
05.11.2008 16:49

Kənd xoruzuyla, toyuğuyla,qoyunu -quzusuyla, ağacları ilə gözəldir. Şəhər kosmopolitik yapısı, fərqli-kültürləri bir arada tutması ilə. mədəniyyət deyəndə geyim-keçim, oturma-durma, yemə-içmə, düşüncə tərzi, adət-ənənə ilə ölçülmür sadəcə. mədəniyyət ümumilikdə əxlaq dəyərləri bütünüdür. Yəəni insana kəntli/şəhərli qismində , toyuğu varmi yoxu, şəklində deyil təfəkkür tərzinə görə qiymət vermək lazımdır.
ömür boyu kəntdə yaşıyan biri əgər şəhərə gəlib ta əvvəllərdən şəhərdə yaşayanlara hörmətsizlik etməmək üçün kənd yaşam tərzinə son verə bilirsə əxlaqca üstün biridir. və ya daima şəhərdə yaşayan biri kəndə getdiyində kənd yaşam tərzini sanki hər zaman yaşamış kimi qəbul edə bilirsədə əxlaqlı biridir. Yəni insan kimliyindən asılı olmayaraq qarşısındakıların haqqını yeməməlidir. haqq mal-mülk mənasına gəlmir. məsələn birinin binada bağıraraq danışması digərlərini rahatsız edər yəni bir şəkildə qull haqqı yemiş olar.harda nə cür hərəkət etmək lazım olduğunu bilmək lazımdır.
onsuda yerlilikle başımız beladadır,birde ters başa düşənlər və fürsətçilər kəndli-şəhərli söhbəti salacaqlar ortalığa.
Bakı heç zaman şəhər olmayıb, kənd də olmayıb. yəni nə olduğu bəlli deyil.
Bizim kəntdə sadəcə 3-4 zibilxana var. hər kəs zibilini ora atar. Maşallah küçələrimiz Bakı küçələrindən təmiz.
Bakıda isə hər gün evdən çıxanda 1 ədəd zibil torbası ilə evdən çıxıram və zibil qutusuna çatana kimi ellerim zibillə dolu olur.
yəni öz yoluna, öz blokuna, öz qapısına zibil atan kəntçi ola bilməz, yəni dəniz kənarında 10 milyona villa tikdirib etrafina 8 mt türmə divarı hördürən kəntçi ola bilməz.
vəziyyət elə olub ki bakı ətrafı yol ilə hərəkət etsən dənizə həsrət qalarsan türmə kimi divarlardan.
əxlaqı yoxsa haram yolla yığdığını qorumaq istəyirlər bu divarlarla başını quma soxub gizlənmək istəyən dəvəquşu kimi.
nə isə
epiktetus diye bir yunan filosofu var.
ona zulm edir ağası ram etmək üçün
təpkisi sadəcə qıracaqsan,qırırsan qırdın olmuş



Kimdən: Azeri Haradan: Bski
05.11.2008 16:30

Bakinin problemleri ile deyilenlerle raziyaam amma bununla beraber cenab yazicinin diqqetine catdirmaq isteyirem ki Bakida yasamaq tekce onu kimi rusdillilerin medeniyyetimize beled olmayanlarin haqqi deyil. Digerlerinin de Bakida yasamaq haqqi var. Bunu onlara sizin avropaniz ve amerikanizdan qabaq ALLAH icaze verib. Onlarin toyuq cuce saxlamagi da qebahet deyil her halda sizi kimi it-pisik saxlayib insanliga hec bir xeyir vermemekdense toyuq cuce saxlayib xalqa xeyir vermek daha yaxsidir. Ozunuze gelin cenablar! Sovet dovrunde mehz sizi kimi rusdilli yad medeniyyet dasiyicisi zombiler bize tehqiramiz gozle baxirdilar indi de deyesen siz nostalgiya hissi ile yasayirsiniz. Vetendasa yasayis yeri gostermek sizi kimilerin heddi deyil. Harda isteyirler orda da yasayirlar. Mesele onlara yasayis xidmeti gostermeli olan hakimiyyetin seviyyesizliyinden gedir ki 20 milyon ve daha artiq ehalisi olan seherlerde basqa dovletler problem yasamadiqlari halda Bakida butun Azerbaycan saxlaya bilmek imkani ola ola hakimiyyet hec ehalinin 30 faizine bele normal xidmet gostere bilmir. Problem seristesiz hakimiyyetde ve sizi kimi adi ziyali olub xalqa qarsi fasist movqeyinden yanasanlardadir.Fasistler cemiyyetde karlarin, korlarin bir sozle sikestlerin yasamamasini onlarin yasamaga layiq olmadiqlarini ve mehv edilmelerini buururdular. Cenab yazici sozlerinize fikir verin ozunuzu agilli sayib xalqi tehqir etmeyin.

İsmarışlar 1-10 (11)