Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

«Hələ də ümid edirəm ki, Azərbaycan bu yolu getməyəcək»

«Mən MTRŞ-nın ilin sonuna qədər xarici radioların tezliklərinin geri alınacağı barədə bəyanatından narahatam»

05.11.2008

Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanda xarici radioların yayıldığı tezliklərin geri alınacağı barədə xəbərlərdən narahat olduğunu deyir. O, «Azadlıq» radiosuna verdiyi müsahibədə hələ də hökumətin bu yolu getməyəcəyinə ümid etdiyini bildirib:

«Mən MTRŞ-nın ilin sonuna qədər xarici radioların tezliklərinin geri alınacağı barədə bəyanatından narahatam. Hələ də bəzi aydın olmayan məqamlar var. Amma mən ümid edirəm ki, Azərbaycan bu yolla getməyəcək. Biz Azərbaycan hökumətilə işləyirik ki, ölkə mediasındakı müxtəliflik mümkün qədər etibarlı təmin edilsin.

Mən onu da deməliyəm ki, Azərbaycanda medianın vəziyyəti məsələsi bizim gündəlikdə ön sırada dayanır. Və biz Azərbaycanda medianın vəziyyətini izləməkdə davam edəcəyik».

Milli Teleradio Şurasının öz planlarını teleradio yayımını Avropa standartlarına uyğunlaşdırmaq zərurəti ilə izah etməsinə gəldikdə, Semnebi bildirir ki, Avropada standartı əksinə, mümkün qədər mediada müxtəlifliyi təmin etməyə yönəlib:

«Məndə olan məlumatlar o qədər ətraflı deyil ki, Avropa ölkələrində tezliklərin istifadə olunması haqqında tam mənzərə yaratsın. Bu məsələdə vacib olan budur ki, medianın ümumi məqsədi olan fikir müxtəlifliyi təmin edilsin. Amma mən Avropa ölkələrində yerli tezliklərdən necə istifadə edildiyini şərh edə biləcək qədər məlumatlı deyiləm».

Milli Teleradio Şurası bildirib ki, gələn ilin yanvarına qədər Azərbaycanda yayılan xarici televiziya və radiolara, o cümlədən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarına verdikləri tezlikləri geri almağı planlaşdırır. Şuranın sədri bildirib ki, Azərbaycanın tezlikləri yalnız ölkənin öz milli yayımlarına aid olmalı və «teleradio yayımı Avropa standartlarına uyğunlaşdırılmalıdır».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-9 (9)
Kimdən: Fariz Haradan: bedbext Azerbaycanli
08.11.2008 00:38

Cenab Semneby deyir ki "biz Azərbaycanda medianın vəziyyətini izləməkdə davam edəcəyik"!

Ay cenab, neyi ilyeceksen? Baglanmagini? Sonra da bir beyanat vererceksen ki, bes narahatliq kechirtdim baglanmaqdan??
Onsuzda bundan basqa hech bir ishe yaramirsiniz. Ancaq, ele bosh bosh beyanatlar, tovsiyeler verib ishinizi bitmish hesab edirsiniz.

Allah Andreas Qrosun atasina rehmet etsin!!


Kimdən: vefa Haradan: baki
07.11.2008 18:41

sen umid etmeyinde ol, hokumet de radyolari baglamaginda.

Gunah bizdedi ki, biz sene ve senin burdaki numayendeliyine guvenirik....


Kimdən: zakir Haradan: baki
06.11.2008 13:09

ay sizi avropalilar-
ele biz bedbextleri umidlendire-umidlendire bu gune siz qoydunuz.
Baki neftinin iyi sizin bashinizi chox gicellendirdi.
Diger sherhchilerin dediyi kimi, get sen de senin ishe yaramaz numayendelerin de pulunuzu qazanin.


Kimdən: sadıx Haradan: bakı
06.11.2008 01:52

söz azadlığı kal armud kimi hökumetin boğazında qalıb.


Kimdən: Shebnem Haradan: baki
06.11.2008 01:39

Bu adamdan menim hech evvelden gozum su ichmir.
Ay qardash, sechki saxtalasjir, Semneby deyir ki umid edirm yaxshi olacaq.
jurnalistleri hebs edirler deyir Umid edirem axiri yaxshi olacaq.
Indi radiolari bagliyrlar, bichaq sumuye dayanib, yene hemin NAGILlari deyir, Umid etdiyinden danishir.

Senin rehberlik etdiyin o Qonshuluq Siyaseti programi deyesen senin "hokumetle qonshuluquna" getirib chixartdi.
Senin buradaki numayenden de, sen de yaxshica yeyin ichin, amma bize Nagil demeyin, ele salmayin bizi o ishe yaramaz beyanatlarla.
radio baglansa indid e bash;ayib Tovsiye vereceksiniz, hansini ki hech hokumet neinki oxumur, hech gozucu de baxmir.
Ona gore, Piter muellim, bashini ashagi sal pulunu qazan, bize nagil danihma


Kimdən: sebine Haradan: Baki
05.11.2008 20:07

Hokumet bildiyin edir, butun soz azadligini bogur ve Avropa Birliyi chox adi ve ishe yarmayan bir beyanatla ishini bitmish hesab edir.

Ne vaxtadek bu ikili standard davam edecek? Axi ele Avropa Qonshuluq Siyaseti uzre Azerbaycanin Fealiyyet Planinda bashlica meselelerden biri SOZ AZADLIGININ temin olunmasidir.
Semneby de bu proqramlara nezaret eden adam kimi chox passiv ve laqeyd movqe numayish etdirir. nece melumatin yoxdu ki, butun metbuat ele bu meseleni muzakire edir. Ach oxu ve ya senin o fantastik derecede maash alan yerli numayendeliyin mesgul olsun.



Kimdən: Hldayet Haradan: Baki
05.11.2008 18:41

Cenab Piter Semnebi de azerbaycana gelib-geden ecnebiler kimi Baki restoranlarinda icdikleri gehvenin tesirinden sıyasi İMPOTENT ölmush!


Kimdən: Kenan Haradan: Baki
05.11.2008 15:15

ay Piter muellim, axi neye umid edirsiz, deyin biz de bilek. Axi olkenin yegane informasiya nefesliyi kesilir, siz hele de insanin hissleri ile oynayan esassiz beyanatlar verirsiz. Axi bundan da artiq ne olmalidi ki, siz umid etmeyesiniz?? Olkede insanlarin normal derdlerini soyleyecekleri radiolar tehluke qarshisinda siz bizim bashimizin altina yastiq qoyursunuz..


Kimdən: Gulare Haradan: budapesht
05.11.2008 15:11

Ax sizi avropalilar!!!
Bu adam - Piter Semneby - artiq 2 ilden chodur ki bu vezifeye teyin olunub, hele de bu olkede ne bash verdiyini anlaya bilmediyini beyan edir ve UMID EDIR (!).
Bir chox musahibelerinde hele de bu diplomat normal anlashilan movqe ortaya qoymayib.
deyir ki, mende melumatlar o qeder chox deyil. Bes senin baki ofisinde chalishan adamlar hara baxi ve ne ishle meshgul olurlar ki o qeder mevacib alirlar?? Arashdirsinlar ve seni melumatlandirsinlar da.
Sadece istek yoxdu...

ne qeder nala-mixa doymek olar axi??

İsmarışlar 1-9 (9)