Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Dünya

Kimin fincanı çox satılsa, prezident də odur

Səs vermək azdır, maska al ki, namizədin seçilsin

04.11.2008

Seçkinin nəticələrini futbolla, satılan maskalarla əvvəlcədən bilməyə nə deyirsiniz? Kimi seçkinin nəticələrini bilmək üçün sorğuların, milyonlarla pul tökülüb aparılan araşdırmaların nəticələrinə baxır, kimi də müxtəlif əlamətləri tutuşdurub özünə nəticə çıxarır.
 
İndi Amerikada kimlərinsə inandığı əlamətlər əsasında bu seçkidə hansı namizədin prezident olacağına baxaq.
 
«Redskin» uduzdu, qalib Obamadır
 
70 ildir ki, ABŞ-da «Redskin» futbol komandasının seçkiqabağı oyununun nəticəsi prezident seçkilərinin nəticələri ilə üst-üstə düşür. Bu komanda uddusa, deməli, seçkinin də qalibi hakimiyyətdə olan partiyanın namizədidir, uduzdusa, müxalifətin namizədi qalibdir.
 
Noyabrın 3-ü axşam keçirilən oyunda «Redskin» 23-6 hesabıyla uduzub. Obama da bu əlamətə inanırsa, ürəyini buz kimi saxlaya bilər.
 
Bukmekerlər – mərc firmaları nə deyirlər?
 
Ənənəvi bukmekerlər deyirlər ki, bu seçkinin favoriti Obamadır. İrlandiyanın mərcləşmə kompaniyası «Paddy Power» artıq Obamanın qələbəsinə pul qoyub. Kompaniyanın sözçüsü Şaron Makhuqh:
 
«Yəqin ki, buna görə, Con Makkeyn bizə təşəkkür etməyəcək. O, daha tez də məğlub ola bilər. Məncə, qələbə Obamanındır».
 
Səs vermək azdır, maska al ki, namizədin seçilsin
 
Əgər mərcləşmə də sizlik deyilsə, onda başqa indikator - siyasi maskalar necə? İnternet yolu ilə maska satan bir şirkətin məlumatına görə, Obamanın maskaları Makkeynin maskalarından 10 faiz daha çox satılıb.
 
Riyaziyyatçıların hesabı
 
Əgər rəqəmlər sizin üçün hər şeydən daha əhəmiyyətlidirsə, onda seçkinin nəticələrini onun əsasında da müəyyən edə bilərsiniz. ABŞ-da universitet professoru Alan Abramoviç bunun üçün bir riyazi model təklif edir. O, bir neçə faktorları, o cümlədən hakim komandanın reytinqini, ABŞ iqtisadiyyatının göstəricilərini əks etdirən rəqəmlərdən istifadə edib bir model hazırlayıb. Onun bu modelinə əsasən, Obama 54.3 faiz səslə Makkeynə qalib gələcək.
 
Kimin fincanı çox satılsa, prezident də odur
 
Əlamətlərə inananların menyusuna daha bir misal. Amerikada kofe fincanı satan bir mağazalar şəbəkəsi də artıq ölkənin gələcək prezidentinin kim olduğunu bilir. Bu mağazada namizədlərin rəngində fincanlar var. Qırmızı rəngdə respublikaçı Makkeynin fincanları, mavi rəngdə isə demokrat Obamanın fincanları. Onların dediklərinə görə, hər 60 Obama fincanı satılanda cəmi 40 dənə də Makkeyn fincanı satılıb. Mağazalar şəbəkəsinin bildirdiyinə görə, bundan əvvəlki iki seçkidə fincanların nə qədər satılması Buşun qələbəsini əvvəlcədən xəbər vermişdi. 
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Nizami Haradan: Zaqatala
07.11.2008 15:29

Amerikada seckiler tam demokratik sekilde
kecib esl secki bax bele olmadir. Goresen biz ne vaxtsa bele seckileri oz musteqil, demokratik olkemizde goreceyikmi?


Kimdən: Arzu Haradan: Bakı
04.11.2008 18:23

Azerbaycanda prezidentin maskasini duzeldeni yox, hetta buna cehd edeni olkeden surgun ederler. elbette ki, en yaxshi halda. bizim demokratiyaya chatmagimiza chox, lap chox var...


Kimdən: Yuxu Haradan: Bakı
04.11.2008 18:20

Amma bizde bu qeder bash sindirmaga, fincan satmaga ehtiyac yoxdur.

İsmarışlar 1-3 (3)