Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

«Bakıya Nobel mükafatını gətirmək istərdim»

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunusoğlu

04.11.2008

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunusoğlu belə deyir. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan R.Yunusoğlu uzun illərdir ki, Almaniyada yaşayır. 19 yaşında Azərbaycan Neft Kimya İnstitutunu bitirib, təhsilini Drezden Texniki Universitetində davam etdirən müsahibimiz sonralar elə bu şəhərdə də qalıb: «Bakıya tez-tez gəlirəm. Budəfəki səfərimin məqsədi qaynanam, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın yas mərasimi ilə əlaqədar idi. Əslində, mən Bakıda yaşayıb-yaratmaq istərdim. Amma qismət olmadı. Çox istərdim ki, Azərbaycan üçün böyük işlər görüm, ölkəyə Nobel mükafatını gətirim».
 
Almaniyada gördüyü işlərdən söz açan Rövşən Yunusoğlu Qarabağ problemi ilə bağlı tədbirlər keçirdiklərini, bu haqda ictimaiyyəti məlumatlandırdıqlarını deyir: «Bundan başqa, Azərbaycanın istedadlı insanlarını, dahilərini bütün dünyaya tanıtmağa çalışırıq. Sədri olduğum Dünya Azərbaycanlıları Məclisinin internetdə «Mədəniyyət otağı» fəaliyyət göstərir. 5 ilə yaxındır ki, müzakirələr aparırıq, hər həftə maraqlı söhbətlərimiz olur. Belə müzakirələri davam etdirmək niyyətindəyik».

Dinləyicilərin suallarını cavablandıran Rövşən Yunusoğlu onu da dedi ki, Almaniyaya iş dalınca gələn insanlar «əliboş» qayıtmırlar: «Əgər həmin insan vətəndaşlıq alıbsa və yaxud yaşamaq hüququ qazanıbsa, dövlət ona hər cür dəstək verir. Dili öyrənə, iş tapana qədər hər ay 700 avroya yaxın maddi köməklik edilir».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Ismət Haradan: Bakı
25.11.2008 13:57

Hörmətli Rövşən bəy!
Çox istərdim ki, ölkəmizə Nobel mükafatçısı kimi dönəsiniz. Ancaq mənim üçün o da çox maraqlıdır ki, hansı sahədə Nobel mükafatı almaq arzusundasınız?


Kimdən: sadıx Haradan: bakı
06.11.2008 18:14

Rövşen bey kimi ziyalı hemvetandaşlarımız bizi tanımayanlara bizi tanımaq üçün bir yoldur.Milletimiz haqqında müsbet fikirleşmek üçün bir vasitedir.Sağ olsun.


Kimdən: Arif Haradan: BAKI
05.11.2008 00:43

Teessuf ki, Rashad kimi bohtanchilar milletin problemlerini choxaldirlar. Her deyilen sozu isbat etmek lazimdir.


Kimdən: Cahangir Haradan: Baki
04.11.2008 23:13

Usr usteyirem ay Rashad. bu insan ne etmelidir ki, beyem iqtidar ne isler gorub deye bilersen. Heme bildim ana terbiyesi almayan, orta tehsilli polisler 600 manat emekhaqqi alir, hekim, muallim, alim ise qepik qurus, ya da 1 km asfalt yola 20 milyon pul xarclayir. Bir nece muddetden sonra ise asfalt dagilir. Ne gozel iqtidardir.


Kimdən: Ilqar Haradan: Mastanov
04.11.2008 21:54

Bu Bakida oturan Gambar Azarbaycana hansi xeyir verdiki, gardasi Almaniyada na xeyir veracak. Azadliq radiosu fikir pluralizmi sousu altinda niya bela insanlari tabliq edir? Bir da Gambar yoldasa deyin ki, Nobelin aila uzvlari har il Azarbaycana galir. Istasa man onlari gorusdura bilaram. Hormatla,Ilqar


Kimdən: RASCHAD Haradan: almaniya
04.11.2008 20:04

salam.Duzu Rovsen Qembere gore Almaniyada cox eziyyet cekdim. 3il almaniyada yasadim.O sexs ancaq azerbaycan iqtidarini pislemekle butun hakimiyyetdekielrin seref leyaqetlerini tehqir etmekle mesguldur.Esasende kolnde bonnda hollandiyada mitinqler teskil edir ve almaniyada yasayan butun azerbaycanlialr onlara qosulur.cunki orda yasayanlar hamisi azerbaycani konullu sekidle terk edenlerdir.xahis edirem azeriler muxalifet artiq 0 veziyyetine dusub.Heyatinizi bos bos islere serf etmeyin

İsmarışlar 1-6 (6)