Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

«Azadlıq» bloku MTRŞ-ın bəyanatını pisləyir

AXCP sədri Əli Kərimli

04.11.2008

Üç partiyanın birləşdiyi «Azadlıq» siyasi bloku Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların yerli dalğada yayımının dayandırılacağına dair bəyanatını pisləyib. Bloka daxil olan AXCP-nin sədri Əli Kərimli deyir ki, bu hadisə uzun müddət ölkədə mətbuata qarşı aparılan dövlət siyasətinin davamıdır:
 
«Azərbaycan hakimiyyəti düşünür ki, dünyanın ən nüfuzlu KİV-lərinin də ölkədə fəaliyyətini dayandıra bilər. Heç olmasa, indi Azərbaycan və dünya ictimaiyyəti baş verənlərə adekvat reaksiya verməlidir. Azərbaycan hakimiyyətindən nəinki bu radiolardan əl çəkməsi, ümumiyyətlə azad sözün normal fəaliyyətinə imkan yaratması qəti şəkildə tələb olunmalıdır».
 
MTRŞ bildirir ki, gələn ildən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılacaq. Bu barədə qərar Şuranın gələn aykı iclasında verilməlidir.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu hadisəni neqativ hal kimi dəyərləndirir.

«Sərhədsiz Reportyorlar» təşkilatı isə prezident İlham Əliyevə məktubla müraciətində MTRŞ-ın planlarına müdaxilə etməyi xahiş edir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Nizami Turksoy Haradan: Baki
06.11.2008 15:22

Beli aciq beyan etmek lazimdir ki, bu gun Azerbaycanda azadsoz olan munasibeti artiq birinci defe deyil ki, eyani suretde sahidi oluruq. Azerbaycanda eger azadsoz olan bir-iki kiv orqni varsa onlardan biride Azadliq Radiosudu. Men sexsen oz adimdan deye bilerem ki, bu radionu tez-tez dinleyirem. Biz dinleyicilerin azad ve dolgun informasiya telabatini yalniz ve yalniz Azadliq radiosu odemekdedir. Bu radionun yayimin dayandirilmasi veya olkemizde yerustu yayimina qoyulmus qadaga biz dinleyicileri bir Azerbaycan dovletinin vetendasi kimi cox narahat edir, MTRS`nin bu addimini qinayirir ve Azadsozun bogulmasi kimi qiymetlendiririk. Umid edirem ki, Azadsozun simvolu olan Azadliq radiosunun yayimi InsAllah ki, uzun omurlu olacaqdir. Menim Azadliq radiosunun rehberliyinden xahisim budur ki, hadiselerin gedisatinin nece olmasindan asili olmayaraq Azadliq radiosunun online yayimini daim davam etdirsinler. Cunki, dinleyiciler olaraq ister olkeden isterse de xaricden bu radionun yayimini internet vasitesile daim izleyirik ve xahis edirik ki, bizi AzadSozden mehrum etmesinler. Qoy uca ve moterem Allah teala sizlerin ve bizlerin yardimcisi olsun ve daim haqqi batilden hifz etsin. Allah yardimciniz olsun. Unutmayin ki, biz dinleyiciler daim sizinleyik, tek sozde yox elecede emelde InsAllah. Azerbaycanin "Al Mehdi", Qarabagin Sesi" ve "Turkustan" radiolari daim sizin yaninizdadir.
Hormetle Nizami Turksoy (Baki: 06.11.2008)


Kimdən: kamil Haradan: bonn
04.11.2008 16:55

guya hakimiyyetin chox vecinediki, kim beyanat verdi ve ya kim pisledi.

Neft pullari hokumetin gozun ele ortub ki, hech o gonderilen beyanatlari hech achib oxumur da.

İsmarışlar 1-2 (2)