Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

Xarici yayımlar ölkədə mühüm alternativdirlər

Jurnalistləri Müdafiə Komitəsi deyir ki, xarici yayımlar ölkədə mühüm rol oynayırlar

04.11.2008

Xarici radiostansiyaların yayımının yerli dalğada dayandırılması azərbaycanlıların əlindən müstəqil xəbəri, müzakirəni alır. Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi belə deyib.
 
Milli Teleradio Şurası bildirir ki, gələn ildən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılacaq. Bu barədə qərar şuranın gələn aykı iclasında verilməlidir.

Jurnalistləri Müdafiə Komitəsi deyir ki, xarici yayımlar ölkədə mühüm rol oynayırlar, onlar mühüm alternativdirlər, çünki yerli xəbər proqramlarında əsasən hakimiyyətin mövqeyi üstünlük təşkil edir.

«Sərhədsiz Reportyorlar» təşkilatı da prezident İlham Əliyevə məktubla müraciət edib. Təşkilat prezidentdən Milli Teleradio Şurasının üç xarici radionun yayımının dayandırılması barədə planlarına müdaxilə etməyi xahiş edir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: terlan Haradan: bakı
04.11.2008 17:32

Yegane yayım vasitesidir ki, cammata heqiqeti eşidib,üreyini boşaltmaq imkanı verir. Onu da elimizden alırlar.Neyleyek Milli yayımdakı ağ yalanları dinleyek?


Kimdən: Kavkazes Haradan: Azerbaycan
04.11.2008 12:50

Bu hecde qeribe bir xeber deyil. Qeribesi budur ki azadli radiosu bu gune qeder faliyyet gosterib. Coxdan "baglamaq" lazim idi. Yaman pis verdis elemisik heqiqeti esitmeye, Gedib seryallara kilipler baxasi Azadliq Radiosuna qulaq asiriq. Internetde Sou ehlinin heyatlri haqqinda melumat almaqdasa Azadliq radiosunu internet seifesine daxil oluruq.
Bize azadliq lazim deyil.
PS: (Ici ozumu yandirir colu ozgeni)

İsmarışlar 1-2 (2)