Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / İşdən sonra

«Parlamentdəki müzakirə sübüt edir ki, söz azadlığı yoxdur»

Ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov

03.11.2008

Tanınmış yazıçı, dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib. Müsahibənin tam mətnini təqdim edirik:

- Verdiyiniz müsahibə Azərbaycan cəmiyyətində baş verənlərin tənqidi kimi qiymətləndirilir. Bəs yaranan vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Mən dediklərimə aydınlıq gətirmək istəyirəm. Tənqid edənlər deyirlər ki, guya, mən əyalətdən Bakıya böyük insan axınını pisləyirəm. Bu, həqiqət deyil. İş orasındadır ki, dünyanın heç bir paytaxtı əyalətdən gələnlər olmadan yaşaya bilməz. Nəslimin yarısı Şamaxıdandır. Bakı ziyalılarının tam əksəriyyəti əyalətdən gələn insanlar hesabına formalaşıb. Söhbət başqa şeydən gedir. İstənilən demoqrafik proseslər normal gedişata malik olmalıdır. Normal tarixi inkişafa malik olmalıdır. Alov yaxşıdır, su da yaxşıdır. Lakin alov çox olanda, bu, yanğındır. Su çox olanda, subasmadır. Bakıya eyni anda iki milyon adam gəlirsə, bu, demoqrafik faciədir. Biz bunu inkar edə bilmərik. Gələnlər arasında layiqli və şəhərdə yaşamaq ixtiyarına sahib olanlar var. Eyni zamanda, gəlməyə məcbur olanlar da var. Onların günahı yoxdur ki, belə vəziyyətə düşüblər, zəhmətkeş olublar.

Amma nəticə etibarilə, Bakı simasını dəyişdi. Bu, artıq başqa şəhərdir. Bu sözlərimdə dəhşətli və sarsıdıcı nə var ki, anlaya bilmirəm. Ziyalı fəhlə də, kolxozçu da, həkim də, nazir də, yazıçı da, bəstəkar da ola bilər. Ziyalılıq - savadlıq səviyyəsinin göstəricisi deyil. Bu, xüsusi dünyagörüşdür. İçində isə mənəvi ideallar maddi düşüncəni üstələyir. Biz bilirik ki, hazırda Azərbaycanda insanlar vəzifəyə necə yiyələnirlər, nazir, deputat olurlar. Mən demirəm ki, hamısı. Böyük hissəsi. Bu insanlar, hansılar ki, rüşvəti verib götürürlər, ziyalı hesab oluna bilərlərmi? Əlbəttə, yox! Milli elitaya daxil ola bilərlərmi? Yox! Peşəkar olsalar da belə. Peşəkar elita milli elita demək deyil. Buna da onlar incidilər. Çünki xalq rəğbətini qazanan insan vətəndaş xüsusiyyətlərinə malik olmalıdır.

Dediklərimə gəlincə isə, o qısa olduğuna görə tənqidi səslənir. İndi deyirlər «Rüstəm İbrahimbəyov deyir ki, ermənilər Bakıdan getdi, onların yerinə azərbaycanlılar gəldi. Ona görə şəhər həyatının keyfiyyəti aşağı düşdü». Bu, axı cəfəngiyyatdır. Mən tamamilə başqa şey haqda danışıram. Çox sadə fikir var. Normal demoqrafik proses var. Şəhər həyatının nə olduğunu bilməyən iki milyonun birdən-birə gəlməsi onların günahı deyil. Məni günahlandıranlar isə sözlərimi təhrif edirlər. Əslində bu hadisə şəhər dünyagörüşünə ağır zərbədir. Mən bu haqda danışıram.

Keçən əsrin 20-30-cu illərində sovet hakimiyyəti Azərbaycan milli elitasının böyük hissəsini məhv etdi. Keyfiyyətli elita isə 60-cı illərdə formalaşmağa başladı. SSRİ-də baş verən ədalətsizliklərə rəğmən o zaman müsbət məqamlar da var idi. Sovet İttifaqı dağılanda bu elitaya da zərbə vuruldu. Yalnız indi, elitanın formalaşmasının növbəti prosesi başlayır. Amma məsələn, 20 ildir ki, normal kino təhsili olmayan yerdə bu necə baş verə bilər? Hazırda prosesin normal gedişatı pozulub.

- Sonuncu müsahibənizdə qeyd etmisiz ki, «yüksək səviyyədə tanışlığınız var və bir çox problemləri bu tanışlığın köməkliyi ilə həll edə bilirsiz. Lakin milyonlarla azərbaycanlı bu imkandan məhrumdur və reallıq qarşısında acizdir». Nə məsləhət görürsüz? Nə etsinlər?

- Nə etsinlər? Deməli, belə. Mənim müsahibəm Azərbaycanda söz azadlığının mövcudluğunun bariz nümunəsidir. Məni dəstəkləyən və ya tənqid edənlər də sərbəst olaraq öz fikirlərini söyləyirlər. Milli Məclisdəki müzakirə isə, əksinə, söz azadlığının olmamasını sübut edir. Parlament yüksək instansiyadır. Və əgər bu qurum öz iclasını hansısa özəl fikrin müzakirəsinə həsr edirsə, bu, həmin fikrə dövlət münasibətinin göstəricisidir. Azərbaycan həyatını formalaşdıran qurum üzvlərinin qeyri-peşəkarlıq göstəricisidir. Onlar anlamırlar ki, bu, Azərbaycanın imicinə fövqəl zərbə vurur. Əslində mənimlə deputatlar şəxsi, təkbətək polemika təşkil etməli idilər. Amma bunu parlament iclasına çıxarmaq olmaz. Çıxış yolu isə birdir - işləmək, çalışmaq. Mən heç vaxt düşünmədiyimi demirəm. Məsələn, kino sahəsinin inkişaf etdirmək haqda sənədlər var. İnsanlar oxumaq üçün xaricə göndərilirlər. Lakin rüşvətlə vəzifəyə gələnlər, intriqa vasitəsilə inkişafa mane olurlar. Buna görə də, Azərbaycanda təmiz, dürüst insana irəli getmək, layiqli vəzifəyə seçilmək çox çətindir. O, hansısa ailəyə mənsub olmalıdır, hansısa «yerin» nümayəndəsi olmalıdır, rüşvət verməlidir və s. Mən bundan danışıram. Təbii mexanizm pozulub. Onu bərpa etmək lazımdır. Çıxış yolu yalnız buradadır. Bu halda, istedadlı insanlar təhsil ala biləcəklər, savadlı və layiqlilər yüksək vəzifələrə sahib olacaq. Allah qoysa, bunu da yaşayıb görərik.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (41)
Kimdən: NİZAMİ Haradan: GÜRCÜSTAN
10.11.2008 20:32

Rüstəm İbrahimbəyovun dediklərində cox böyük həqiqətlər vardir.Baki dünyada ən böyük kəntdir.


Kimdən: Abdullah Haradan: Baki
08.11.2008 11:05

Mən bu şərhləri oxuyanda fikirləşirəm,görəsən xalq niyə bu qədər sadəlövhdür?Axı,Moskvada ruslar üçün yazib yaradan Rüstəm İbrahimbəyovdan fərqli olaraq bu iqtidarı ifşa edən və heç bir şeydən qorxmayan,həyatlarını təhlükəyə atan,nəhayət Azərbaycandan qaçmayıb onlarla xalqımızın parlaq gələcəyi uğrunda mübarizə aparan qəhrəman oğullarımız var.Rüstəm müəllim bu yumşaq tənqidi fikirlərini indi deyirsə,bizim müxalifətdə olan qəhraman oğullarımız 20 ildir ki bu sözlərdən daha sərtini hər gün deyirlər.Bu formda sizlərdən heç biriniz onlara Allahin sağ olunu da demədiniz.Çox təhsüflər olsun.Mən indi anladım ki, bele millət üçün həyatını təhlükəyə ataraq mübarizə aparmağın heç bir mənası yox imiş.Buradakı şərhlərə qaldiqda isə,yalniz İlqar bəyin fikri ilə tam raziyam.


Kimdən: kifayat Haradan: baki
07.11.2008 12:50

rustem ibrahimbeyov men sizinle raziyam.


Kimdən: Fedai Haradan: Şəki
06.11.2008 17:48

Tural düz söyləddi. İroniyadan başqa heç nə əlavə edə bilmərəm. Biz oturduğu budağı kəsənlərik. Amma bunda hakimiyyəti günahlanndırmayın. Müqəddəss olan bir kəlamı unutmayın - Siz necəsinizsə, elə də idarə olunursuz.


Kimdən: Leyla Haradan: Almaniya
06.11.2008 03:24

Rustem Ibrahimbeyov ziyali kimi xalqin hormetin qazanib.Onu indiki hakimiyyet gozden sala bilmez.Onun dediyi her soz yaziq milletin lap ureyinin derinliyinden gelen sozlerdi. Amma ne edek ki,soz azadligi deyilen anlayis Azerbaycanda ancaq sozdedi. emel ise goz qabagindadi. Men Rustem Ibrahimova ugurlar arzulayiram ve onuntmasin ki, biz azerbaycanlilar onunla fexr edirik!


Kimdən: Tahir Haradan: Naxcivan
05.11.2008 22:01

Rustem Ibrahimbeyov orta esrlerde Nizami qeder indi bize layiqli insan ve yazicidir.Dunya kinosu bizi Rustem muellime gore taniyir.O qiymetli shexsdi. Indi nese deyibse onu ittiham etmek olmaz.O, Rusiyada ve dunyada bizim elitamizdir.Bu gunku kinematoqrafiyamiz az-cox dunyaya cixirsa onun eziyetidir.


Kimdən: Ilqar Haradan: Baki
05.11.2008 17:47

Amma mənə elə gəlir ki, Rusiya Rüstəm müəllim vasitəsi ilə Azərbaycanda yeni müxalifət yaratmaq istəyir və onu İlhamın yerinə gətirməyə çalışır.Artıq nə qərb, nə də ki,Azərbaycan xalqı İlham Əliyevi qəbul etmir.Bax elə buna görə də 2013-cü ilə yeni rusiyapərəst müxalifət lazımdır.Mənim bu sözlərimə sübut Rüstəm İbrahimbəyovun Moskvada oturmasıdır.


Kimdən: Zohrab Haradan: Baki
05.11.2008 16:33

RÜSTƏM İBRAHİMBƏYOV haminin düşündüyünü, amma haminin deyə bilmədiyini deyir,Sağ olsun!!!


Kimdən: Azeri Haradan: Baki
05.11.2008 15:48

Bizde parlament yoxdur, olmayan seyin neyinden inciyesen? Bizde belli hakim mafiyanin ali sovet adlanan binada yerlesdirdiyi kukla siyaset dellallari ve onlarin arasinda xalqa sirinan qondarma muxalifet simalari movcuddur. Bizim sovetden qalma ali sovetin kopyasi olan qurumda da "secilmisler" - agalara xidmet eden qulluqcular var amma bivec formada hec nokerliyi de ferli-basli bacarmirlar. Ozlerini ve onlari ora teyin eden bascilarini addimbasi biabir edirler. Son hadiseler buna subutdur. Orduda 15 ildir bas verenler ve Rustem beyin dedikleri sanki hec olmayibmis kimi ve ya bele bir mesele bunlara aid deyilmis kimi yaxa cirirlar amma oz gozlerinde tiri gormurler, layiq olmadiqlari yerde oturmaqlari bes deyil bir de ziyalilara, video tesvirlere etiraz edirler amma hemin videotesvirlerin sebeblerini ve neticelerini aradan qaldirmagi olmayan agillarina bele getirmirler.


Kimdən: Namaz Haradan: Bakı
05.11.2008 15:10

Bəzən fikrə gedib bu qalmaqallı dünyanı fırtınalı bir okeana,bizə əziz olan bu məkanı kiçik bir qayığa bənzədib qayığın haraya üzməsini,sonu görükən bir sahilə çıxıb-çıxmayacağını qayığın içərisindəkilərdən soruşmağım gəlir.Əfsuslar olsun ki,bunların əksər hissəsi bunu başa düşməyən və ya bu haqqda düşünməyənlərdir.Qayıqda qayığı ünvansız məkana, sonsusluğa sürükləyənlər var, bir də yuxarıda qeyd olunan sakinlər, bir də ürəkaçan,sevindirən həqiqi mənada millətin oğlu,milli elitar təbəqənin üzvü Rüstəm İbrahımbəyov və onun kimiləri,bir də bu çaxnaşmaya səbəbkarın qeyd etdiyi kimi "yolun kənarına sıxışdırılmışlar"-toydan sonra mağara gələn və sağlıq deyən hörmətli Əkrəm Əylisli və onun kimi digər ehtiyacımız olan ədiblər.Mən üzümü bunlara tutub soruşmaq istərdim-bizi qayıq hara aparır?

İsmarışlar 1-10 (41)