Andres Herkel
«Məncə, söhbət tək radiolardan getmir, söhbət həm də mətbuatın azadlığından gedir. Niyə belə kəskin? Çünki media ən problemli sahədir». Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel MTRŞ-ın Azərbaycanda xarici radioların yayımının dayandırılması ilə bağlı bəyanatına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ölkədə azadlığa qoyulan məhdudiyyətlərdən danışılanda, mətbuat çox həssas məsələyə çevrilir: «Düzdür, yayımını dayandırmaq istədikləri xarici radiolardır. Amma hökumətin yerli mətbuatla da problemi var. Beynəlxalq təşkilatların qiymətləndirmələrində də deyilir ki, Azərbaycanda mətbuat azadlığı məhdudlaşdırılıb». AŞ PA həmməruzəçisi «Azadlıq» radiosuna deyir ki, daha uzağa gedib bu radiolara da məhdudiyyət qoymaq səmərəsiz olar:«Ümid edirik ki, bu məsələyə yenidən baxılacaq, radioları eyni tezlikdə saxlayacaqlar». Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli 2009-cu ilin yanvarından «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının Azərbaycanda sərbəst yayımının dayandırılacağını bildirib.
Başqa ölkələrdən və beynəlxalq təşkilatlardan incimək lazım deyil.Onların bir çox nümayəndələri\A.Herkel,A.Qros,S.Gil və b.\Azərbaycanda demokratiyanın və söz azadlığının inkişafı naminə fədakarlıqla mübarizə aparmışlar.Bəs,mövcud rejim tərəfindən öz MİLLİ MƏNSUBİYYƏTİNDƏN UTANMAQ QƏDƏR ALÇALDILAN bu XALQ nə vaxt qəflət yuxusundan ayılacaq,haqqı nahaqdan,xeyri şərdən SEÇƏRƏK mübarizəyə başlayacaq?Hesab edirəm ki,demokratiya və azadlıqları,o cümlədən söz və mətbuat azadlıqlarını heç bir xarici dövlət və ya beynəlxalq təşkilat bizə hədiyyə olaraq bəxş etməyəcəkdir.Bu sahədə əldə etdikləri müsbət təcrübələrini bizimlə bölüşürlərsə qoy sağ olsunlar.
Umid elemekcun cox gecdir, cenab Avropalilar. neujeli bugune kimi hele ANYALAYA BILMEDIZ KI, AZERBAYCAN HAKIMIYYETINE UMID EDEN SHAMSIZ GALAR??? AZERBAYCANDA UMID EVVELCEDEN OLU DOGULUB.