Aktual
İsmayıl Hüseynov
«Nabucco»
xocalılar
Baş səhifə
Verilişlər
Multimedia
Tezliklər
Yayım cədvəli
Abunə
Əlaqə
Haqqımızda
Cümə, Yanvar 09, 2009 Bakı vaxtı 03:24
Qısa xəbərlər
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Dünya
Kontekst
İlin yekunları
Təbriz Ekspress
Bloqlar
Podkast
RSS
Dinlə
Canlı efir
Real Audio
Windows Media
Son xəbərlər
Yayım cədvəli
Yardım
Günün SMS-i
«Can Bakı»
«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
Bloqlar
Andiçmə mərasimi üçün qoşma sifarişi
100 il geriyə
«Azadlıq» radiosu və söz azadlığı
«Cəzalandırılacaqlar» və ya dövlət idarəçiliyində səlahiyyət
Bu fani dünyada peyğəmbərlərə də alternativ tapan var
Sorğu
... ... ...
Rubrikalar /
Mətbuat icmalı
Heydər Babayev «vuruldu»
«H.Babayevə bağlı bütün məmurlar və biznes şəbəkəsi tamamilə çökdürüləcək»
01.11.2008
«Azadlıq» qəzeti:
İqtisadi inkişaf naziri Heydər Babayevə qarşı başlanan kampaniya məntiqi sonluqla nəticələndi.
Heydər Babayev yeni formalaşdırılan hökumətdə yer almadı
. 2005-ci ildən iqtisadi inkişaf naziri olan H.Babayev tutduğu vəzifəyə əlvida deməyə məcbur edildi. Onun yerinə isə vergilər nazirinin birinci müavini işləyən, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Şahin Mustafayev təyin edilib.
Ş.Mustafayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çevrəsinə daxil olduğu bildirilir. Elə onun vergilər nazirinin birinci müavini işləməsi də «fövqəlnazir»in komandasında yer almasından xəbər verir.
H.Babayevin «vurulmasına» ən çox çalışan da K.Heydərov idi. Təbii ki, bunun səbəbi H.Babayevin sələfi Fərhad Əliyevin yolunu getməyə çalışması idi. H.Babayev də son vaxtlar «idxal mafiyası»na qarşı mübarizəyə başlamışdı. Bu isə təbii ki, «idxal mafiyası»nın başında dayanan K.Heydərovun maraqlarına zidd idi. Elə bu baxımdan da «fövqəlnazir»in çevrəsi H.Babayevi hədəf götürmüşdü. Hətta iş o yerə çatmışdı ki, K.Heydərovun himayədarlıq etdiyi prezidentliyə namizədlərdən biri efirdən H.Babayevi təhqir etməyə belə çəkinmədi...
«Yeni Müsavat» qəzeti:
… İndi belə anlaşıla bilər ki, hörmətli K.Heydərov öz arzusuna çatıb. Bu yolda iki nazirin başı yeyildi və nəhayət, üçüncüsü K.Heydərovun kadrı olaraq yeni təyinat aldı. Fərhad Əliyevlə bağlı nümunədən bilirik ki, K.Heydərov bu cür savaşlarda çox amansızdır və heç şübhə yoxdur ki, H.Babayevə bağlı bütün məmurlar və biznes şəbəkəsi tamamilə çökdürüləcək, ABU imperatorluğu darmadağın ediləcək. Eyni «divantutma» F.Əliyevin ailəsi, yaxın və uzaq ətrafı ilə bağlı baş vermişdi. Əlbəttə ki, bu məsələdə prezidentin mövqeyi bir nömrəli faktordur - o icazə verməsə, Babayevə dəyməyəcəklər…
H.Babayevin işdən çıxarılması dünən (oktyabrın 31-i) axşam elan olunsa da, artıq onun gələcək taleyi ilə bağlı bəzi məlumatlar yayılıb. Bu məlumatlar sırasında həbsinə hazırlıq getdiyi də var, sabiq nazirin ölkəni tərk etməyə çalışdığı versiyası da. Onun ailə üzvlərinin, demək olar ki, hamısı xarici ölkə vətəndaşıdır və Azərbaycandan sağ-salamat çıxa bilsə, H.Babayev İspaniyaya köçəcək...
«Ayna» qəzeti:
Beynəlxalq Valyuta Fondu
(BVF) neftin qiymətinin düşməsi səbəbindən Azərbaycanın yaxın zamanlarda təhlükə ilə üzləşəcəyini proqnozlaşdırıb...
Azərbaycan üçün neftin qiymətinin kritik həddi bir barel üçün 40 dollar səviyyəsində müəyyənləşdirilib.
Dünya bazarında bir barel neftin qiyməti 111 dollardan aşağı olarsa, bundan İraq iqtisadiyyatı, 90 dollardan aşağı olarsa, İran iqtisadiyyatı əziyyət çəkəcək. Oman üçün kritik göstərici 77 dollar, Bəhreyn üçün 75, Qazaxıstan üçün 59, Əlcəzair üçün 56, Səudiyyə Ərəbistanı üçün 49, Liviya üçün 47, Azərbaycan üçün 40, Küveyt üçün 33, Qətər üçün 24, Birləşmiş Ərəb Əmirlikləri üçün isə 23 dollar təşkil edir.
Hazırda dünya bazarında neftin qiymətinin artıq 62-63 dollar səviyyəsinə düşdüyünü nəzərə alsaq, İraq, İran, Oman və Bəhreynin artıq əhəmiyyətli zərərlə üzləşdiyini görərik. Təhlükə artıq Qazaxıstan və Əlcəzairə yaxınlaşır, çünki həmin ölkələr üçün təhlükəli qiymət 59 və 56 dollardır. Dünya bazarında isə neftin ucuzlaşması davam edir...
«Yeni Azərbaycan» qəzeti:
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Azərbaycanda bitkilik məhsulları istehsalı ilbəil artır. Belə ki, 2003-cü ilə nisbətən 2004-cü ildə taxıl istehsalı 4.9 faiz, bu il oktyabrın 1-nə 20.6 faiz artıb. Mövsüm ərzində 1027.1 min ton və ya keçən ildəkindən 7 faiz çox kartof, 16.8 min ton (23.5 faiz çox) dənlik günəbaxan, 1137.2 min ton (0.9 faiz çox) tərəvəz, 414 min ton (5.3 faiz çox) meyvə və giləmeyvə, 76.1 min ton (7.5 faiz çox) üzüm istehsal edilib.
Hazırda təsərrüfatlarda 2009-cu ilin məhsulunun əsası qoyulur. Bu məqsədlə cari ilin payızlıq əkinləri üçün 4905.3 min hektar və ya keçən ildəkindən 13 faiz çox sahədə şum aparılıb.
Share:
Sharing nədir?
Şriftin ölçüsünü dəyiş
Çap et
Dosta göndər
CANLI EFİR
Real Audio
Windows Media
Peyk yayımı
«Azadlıq» radiosunu peykdən necə qəbul
etmək olar
Ən çox oxunan
1.
Muğam Mərkəzi neçəyə başa gəlib?
2.
Keçmə yarımçıq körpüdən…
3.
Naxçıvanda «psixi dispanser» hədələri səngimir
4.
«30 faiz ucuzlaşma heç nəyi dəyişməyəcək»
5.
«Cəhənnəmi görmək istəyən plaskarta minsin»