Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Xüsusi reportaj

Avropalıların hisli-mazutlu Azərbaycan tərəvəzinə nə ehtiyacı var?

«Yalnız onda Avropa və dünya bazarına Azərbaycandan keyfiyyətli mal çıxarmaq olar»

31.10.2008

Azərbaycan xarici ölkələrə hansı növ kənd təsərrüfatı məhsulları ixrac edir? Kənd Təsərrüfatı Nazirliyində İdarə rəisi Sabir Vəliyev:

 

«Azərbaycandan hansısa Avropa ölkələrinə kənd təsərrüfatı mallarının göndərilməsi ilə bağlı statistikada elə bir məlumat yoxdur».

 

Azərbaycanın kənd təsərrüfatı məhsulları yalnız keçmiş sovet respublikalarından dördünə göndərilir. Bunlar Rusiya, Ukrayna, Belarus və Qazaxıstandır.

 

Bəs bu ölkələrə göndərilən mallar Avropa və Amerikaya niyə ixrac edilmir? Sabir Vəliyev bunu həmin ölkələrin daxili bazarlarının ciddi qorunması və məhsul istehsalının çoxluğuyla izah edir.

 

Almaniyada yaşayan Rövşən Qəmbər «Azadlıq» radiosuna deyir ki, 19 yaşından bu ölkədə olsa da, indiyə qədər cəmi iki növ Azərbaycan məhsuluna - feyxoa və nara rast gəlib. Onun sözlərinə görə, bəzən Almaniyadakı azərbaycanlılarla bu məsələni müzakirə edir, yollar axtarırlar. Amma R.Qəmbərin fikrincə, Avropa bazarına keyfiyyətli mal çıxarmaq üçün ilk növbədə həmin məhsulu istehsal edən yüksək əyarlı mütəxəssis olmalıdır:

 

«Yalnız onda Avropa və dünya bazarına Azərbaycandan keyfiyyətli mal çıxarmaq olar».

 

Bakının Zirə qəsəbəsində bir il əvvələ qədər pomidor və xiyar yetişdirən Zakir İbrahimov isə hesab edir ki, avtomobil şinilə, odunla, keyfiyyətsiz mazutla keyfiyətli məhsul istehsal etmək və onu xaricə göndərmək mümkün deyil. Onun sözlərinə görə, bəzən elə olur ki, əlacsızlıqdan ötən ildən qalan polietilen örtüyünü yandırıb istixananı qızdırırmış. Sonda bu onu bezdirib və hər şeydən əl çəkib:

 

«Elə olub sellofanı yığıb yandırmışam. Amma bizə imkan versələr, dünyanın hər yerinə məhsul göndərərik. İndi yalnız bir neçə varlı adam istixana işlədə bilir».

 

Zakir İbrahimov deyir ki, his, mazut qoxusu gələn pomidor-xiyar avropalıya lazım deyil.

 

Amma hisli-mazutlu olmasa belə, Avropaya Azərbaycandan mal çıxarmaq çətin məsələdir. İqtisadçı Azər Mehtiyev bu fikirdədir. O, hesab edir ki, Avropa bazarlarına gedəcək mal ilk növbədə ekoloji baxımdan təmiz olmalıdır.

 

İqtisadçı bir-iki il əvvəl Azərbaycandan Avropa bazarlarına aparılan fındıqla bağlı qalmaqalı yada salır. Onun sözlərinə görə, həmin vaxt məlum olub ki, Avropaya aparılan fındığın saxlanma şəraiti standartlara uyğun gəlmədiyindən məhsulun keyfiyyətində ciddi problemlər üzə çıxıb. Nəticədə Azərbaycan malı Avropaya buraxılmayıb:

 

«Avropada bazarlar müxtəlif normalarla, sanitar və fitosanitar qaydalarla tənzimlənir. Həmçinin orda bazarlar çox ciddi qorunur».

 

Azər Mehtiyev deyir ki, Avropada kənd təsərrüfatına iri həcmli subsidiyalar ayrılır bu ölkələrdə xidmət mədəniyyəti çox yüksəkdir. Yəni həmin məhsullar istehlakçılara onların zövqünə uyğun təqdim edilir. Bütün bunlarsa Azərbaycanda yoxdur.

 

Eləcə Avropa ölkələrinə mal aparmaq üçün sanitar-gigiyenik standartlara uyğunluğu təsdiqləyəcək sənədlər alınmalıdır. Həmin sənədləri almaq isə indiki məqamda çox çətin məsələdir. Digər tərəfdən, öz daxili bazarını qorumağa çalışan Avropa belə sənədlərin verilməsində maraqlı deyil.

 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-5 (5)
Kimdən: Mübariz Haradan: Bonn
01.11.2008 20:45

Seymur bäy deyäsän siz ishin ich üzünü hälä yaxshi bilmirsäniz. Hisli pasli sheylärä häsrätiymishsän. Özündä almanyada yashiyirsan 200 avrondan kech Azärbaycandaki mähsullardan bir nechädänä gätir vä yoxlad gör hech yeyiläcäk haldamidir. Mäsälän azärbaycandan biri almanyaya qurut qätirirmish. Särhäd polisdäri sorublar bu nädir? . Qurud. Biz deyib bunu yoxlamadan almanyanin ichinä apara bilmäzsän. Bir nechä gün sonra adami chagirib söylüyüblär. Biz bu qurutmudur nädir arashdirdiq tam 12 dänä mikrob taptiq ichindän. Siz bunu yeyirmisiniz. Siz yoxsa elä bilirsiniz Azärbaycandaki mähsullar bu quruddan dahami yaxshidir. Inanmirsaniz Azärbaycanda istesal olunan mähsullardan gätirin almanyada yoxladin. Ondan sonra Azärbaycan xalqinin nä yediyinä nä ichdiyinä shahid olacaqsiniz.


Kimdən: Seymur Haradan: Almaniya
01.11.2008 04:26

Vallahi,billahi o hisli-pasli täräväzin häsrätindäyäm.


Kimdən: Heyder Haradan: Naxcivan
01.11.2008 02:13

Manapolya dediler yadima dushdu; Bizde mali alan da, manapolyacilardir, okeden xaric satanda. Kendli ise, becerdiyi mehsullari rayonda ya , qarni yekeler alir, yada Bakida alverciler. Ne qanun var, ne qayda . Kim ne isteyir onu edir. Ona gorede hec bir usul dogru ishlemir. Serbestliyi anarxiyada gorurler. Serbestlik o demek deyil ki, kimin qolu quvvetli yada hakim elita onun adamidi ne istesen onu etmek olar ?! Bu rejim getmeyince, yani vetene cani yanan iqtidaragelmeyince, bu ele bele de davam edecek. Yaziq xalqim, gor ne gunde yashayiriq.


Kimdən: saleh Haradan: bakı
31.10.2008 21:33

Avropada torpağı ekib beceren, mehsul toplayıb xalqı doyuran kendçinin giymeti var. Bizde ise geri qalmış damğası ile "kendçi" deyib aşağılanırlar.Dövlet çörek yetişdirene şerait yaratmağın evezine onların yerinden yurdundan didergin düşüb Bakıda tikintilerde fehleçilik elemesi mecburiyetinde qoyur.


Kimdən: Mübariz Haradan: Bonn
31.10.2008 21:04

Azärbaycandan avropaya chox keyfiyätsiz mähsullar yolluyurlar. Ilk bashda keyfiyyätti mähsul yolluyurlar gördülär biraz ishdäri achildimi kechirlär Azärbaycandaki variantlarina. Bashdiyirlar köhnä zamani kechmish keyfiyyätsiz mallari yollamaga. Elä bilirlär ki azärbaycanda eylädikläri saxtakarliqlari avropalilarda udacaq .Ticarätnändä mäshqul olan insanlar bälirli insanlardir birdäfä aldatsalarda ikinci däfä aldata bilmirlär vä Avropa bazarlarida Azärbayca'n mähsullarina qapilarini bagliyir. Mähsullari azärbaycandan chixartmagin özüdä böyük bir sorundur. Xaricä satilan mähsullar monopolyanin älindädir. Buna män özüm shahid oldum. Iqtidarin özü chox yaxshi bilir bu monopolyayida yaradan kimdir. Qohumlar tanishdar dostar . Äl äli yuyar äldä üzü. Yoxsa avropaya dünyanin här yerindän meyvä-täräväz vä bütün mähsullar gälirdä bizämi icazä vermirlär.

İsmarışlar 1-5 (5)