Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

«Azərbaycan neftdən gələn gəlirləri amansız enerjiylə xərcləyir»

«Xəzər dənizində əsl pul yalnız neftdədir…»

30.10.2008

«Xəzər dənizində əsl pul yalnız neftdədir». Qətərin «Əl-Cəzirə» telekanalının müxbiri Həmpiş Makdonaldın seçki dövründə Azərbaycana səfəri ilə bağlı reportajı belə başlayır. Müxbir bildirir:

«Səhər saat 7-dir. Balıq tutmaq vaxtıdır. Amma burda, Xəzər dənizində əsl pul yalnız neftdədir…»

H.Makdonald deyir ki, Azərbaycan üçün gələn beş il ən gəlirli il olacaq. Çünki ölkə neft hasilatının pik dövrünə qədəm qoyur. Mühafizəkar qiymətlərlə hesablasaq, hökumət 100 milyard dollar əldə etməlidir.

«Əl-Cəzirə»nin müxbiri deyir ki, Bakıda o qədər qazma işi aparılıb ki, ətrafdan neft iyi gəlir:

«Amma gəlirin hara getməsi məsələsinə gələndə, bunu öyrənmək çətin məsələdir».

Həmpiş Makdonald tikilməkdə olan Bakı Beynəlxalq Avtobus Vağzalına da baş çəkib. 80 milyon dollar dəyəri olan, beş mərtəbəli kompleks gələn aya hazır olmalıdır. Layihənin meneceri Emil Ələsgərov müxbirə belə deyib:

«Bu layihə Azərbaycan üçün çox vacibdir. Ölkədə hər kəs bu vağzalın açılışını gözləyir. Çox böyük layihədir. Bu, Avropada ikinci ən böyük avtovağzal olacaq. Çox qəşəngdir, bu, xalq, yerli camaat üçündür».

Müxbir vağzalın dəyəri ilə maraqlanıb. Ona «çox bahadır»,- deyiblər.



Həmpiş Makdonald deyir ki, hökumət vağzalın inşası üçün «Bakı-XXI əsr» adlanan şirkətlə müqavilə bağlayıb. Layihənin meneceri Emil Ələsgərov həmin şirkətin direktorudur. Şirkətin sahibinin kim olduğunu soruşanda, menecer sualı Nəqliyyat Nazirliyinə ünvanlamağı məsləhət görüb. Müxbir Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənova müraciət edib. Həsənovun cavabı belə olub:

«Hamı bu şirkətləri nazirlə bağlayır. Hətta vağzalı da nazirin adına çıxırlar. Amma belə deyil».

«Əl-Cəzirə»nin müxbiri bildirir ki, avtovağzalın layihəsi «ZQAN» adlı şirkətin internet səhifəsində çıxır:

«ZQAN»ın Nəqliyyat nazirinə məxsus olduğunu çox deyirlər. Şirkət barədə ictimaiyyətə məlumat verilmir. Odur ki, onun dəqiq kimə məxsus olduğunu öyrənmək çətin məsələdir. Amma üst-üstə düşən maraqlı faktlar var. «ZQAN» sözündəki hərflərə diqqət edək: Z - Nəqliyyat naziri Ziya Məmmədovun adının baş hərfidir, Q - Qətibə, nazirin həyat yoldaşıdır. A - Anar, nazirin oğlunun adıdır, N - Nigar, Ziya Məmmədovun qızıdır».

İqtisadçı Qubad İbadoğlu müxbirə deyib ki, bu məsələlərlə bağlı məlumat almaq olmur:

«Biz informasiya almaqda çətinlik çəkirik».

Həmpiş Makdonald Azərbaycanda şübhəli biznes fəaliyyətiylə bağlı başqa misalların da olduğunu bildirir. O, paytaxtı aeroportla birləşdirən köhnə yola baş çəkib:

«Hökumət aeroporta yeni yolun tikintisini başa çatdırıb. Amma bu köhnə yolu da təmir etmək qərarına gəliblər. Bu layihə üçün 315 milyon dollar xərc çəkilir. Yol isə cəmi 14 kilometrdir. Belə çıxır ki, hər kilometrin bərpası üçün 23 milyon dollar xərclənir».

İqtisadçı Rövşən Ağayev müxbirə deyib ki, beynəlxalq standartlarla götürəndə belə, xərclənən vəsait həddən artıqdır.

«Əl-Cəzirə»nin əməkdaşı deyir ki, Dünya Bankı (DB) Bakının cənubunda 22 kilometrlik yolu maliyyələşdirir. Amma DB-nin 31 milyon dollar xərci çıxır:

«Yəni hər kilometrə milyon yarım. Azərbaycan hökuməti isə artıq mövcud olan yolun hər kilometrinin bərpasına 23 milyon xərclədiyini deyir. Rəsmilər bildirirlər ki, pulun bir hissəsi layihə nəticəsində yerindən olan əhaliyə kompensasiyaya xərclənir. Amma layihənin büdcə sənədləri rəsmilərin dediklərini təsdiqləmir».

Aeroport yolunun bərpasıyla «Azvirt» şirkəti məşğul olur. Həmpiş Makdonald deyir ki, bu şirkətin də Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir. Nazir də, hökumət də deyiləni təkzib edir.

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov isə jurnalistə belə deyib:

«Siz elə bil məhkəmədən gəlmisiniz. Təkrar-təkrar soruşursunuz. Siz jurnalistsiniz, sual verdiniz, mən də fikrimi dedim, mövqeyimi aydın bildirdim. Siz məhkəmə protokolu tərtib etmək istəyirsinizsə, bunu edə bilərik».

«Əl-Cəzirə» telekanalının müxbiri Həmpiş Makdonald repotajın sonunda bildirir ki, Azərbaycan neftdən gələn gəlirləri amansız enerjiylə xərcləyir:

«Amma bu ölkədə, yoxsulluq içində yaşayan milyonlarla adam üçün vacib olan şəffaflıqdır…»
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-7 (7)
Kimdən: Rəşad Haradan: Bakı
07.11.2008 11:08

Deyirem, xalqin servetini bu qeder menimseyirler, gozleri doymur. Her sheyin bir sonu oldugu kimi bu ozbashinaliq ve barbarizm de bitecek bir gun. Darixmayin, tezlikle haminiz bu xalqin qarshisinda cavab vermeli olacaqsiniz!


Kimdən: Nizami Haradan: Baki
06.11.2008 17:14

Meselden biride budur ki, bu nef pullari biz vetendaslara catmaq evezine, evezimizden onunla tikintiler, korpuler ves xercleyirler. Ancaq deyendede deyirler ki, sagolsun hakimiyyet, bunu hakimiyyet eledi deyirler. Demeli, bu neftden gelen pullari oz tikinti sirketleri vasitesile ozununkulesdiriler, loru dilde desek xalqin cibinden goturub oz ciblerine transfer edirler. Elbetde ki, esl qanuni yolla. Bir tikintiye 1mln$ ayrilmaq evezine 2, 3mln$ ayrilir. Amma halbu ki, vaxt gelecek deyilende ki, hani bes xalqin pulu? Bax onda deyecekler ki, sizin pullarnan tikmisik, abadlasdirmisiq sheri. Ne ise az qalib neftin qurtarmaginada az qalib. Esitdiyimize gore yalan olmasin 2018de neftin axirinci pik noqtesi olacaq ve tedricen azalacq.


Kimdən: Mübariz Haradan: Bonn
31.10.2008 19:00

Xalqin pullarinin savrulmasina göräsän dur deyän tapilacaqmi. Yalan özüdä chox böyük yalan. Avropanin än yaxshi avtabanlarina sahib olan Almanyada 1 km yola xärcdänän pul 400 min Avrodur. Män azärbaycanda bunlarin achiqlamalarina görä 1 km bashina 15 milyon dollar hesablamishdim indidä 23 milyon dollara chixardib bu oyunbazdar. Km bashina 600 min Avro versinlär män özüm shäxsän Alman shirkätlärini gedib danishib azärbaycana yollayacan. Özdäri danishsalar dahada chox ucuza gälib bärpa edäcäklär vätänmizin yollarini. indiki iqtidar elä bilir hech kimin hech bir sheydän xäbäri yoxdur. Aärbaycanin yol üzürä anlashdigi cänubu Koreyadir,,demakratik koreya,,.inkshaf etmish dövlätlärin ichindä än ucuza yol chäkändä cänubu Koreya dövlätidir. Istiyirlärsä män bunu dakimentnändä subut edä biläräm.


Kimdən: PowerAZ
31.10.2008 13:08

Hz. Eli (e) yehudi alimleri sual verirler ki, uzunqulaq anqiranda ne deyir? Hz. Eli(e) cavabimda deyir: Uzunqulaq anqiranda deyir ki, Ey rushvet alanlar ve rushvet verenler rushvet ucun o dunyada cox shiddetli bir ezab vardir, rushvet yemekden el cekin. Indi baxin uzunqulaq bunu deyir...


Kimdən: Raqib Haradan: Bakı
31.10.2008 10:42

Alma məzlumun ahını,çıxar ahəstə ahəstə-gözəl deyib atalar.


Kimdən: Adsiz
30.10.2008 20:18

Bu cur vehsiliye qarsi bir munasibet olar. Qeyri legitim hakimiyyetin istefasi. Vessalam. Butun xalq yekdillikle bunu teleb edir. Azerbaycani cehenneme surukleyenleri xalq ve ziyalilar hakimiyyeti tehvil vermeye cagirirlar. Olkede bas verenler buna subutdur. Seckilerde sifarisle ses yigan bu hakimiyyet ozunu 15 il bundan evvel oz totalitar rejimini quranda biabir etmisdi. Indi bas verenler ise bu hakimiyyetin ve onun seviyyesinin guzgusudur. Menim onlara bir sualim ver. Siz haminiz bu dunyadan gedeceksiniz. Xalqin malini ogurlayib hara getmek fikriniz var ? ALLAH sizi kimilere cehennem ved edib. O Dunyada ise sizin rusvet sisteminiz islemir. Sovet hokumeti vehsi bir rejim oldugundan ozu kimi vehsi nesil yetisdirib.Amma indi vehsi totalitar sistem yoxdur. ALLAH ki hemise olub ve olacaq da. O ki sizi xeberdar edib. Siz bu vehsilikleri toretmekle neye arxayinsiniz? Quranda da deyildiyi kimi axi kor gozleriniz gorur ki hami olur olmeyen yoxdur ve yigdiqlarini aparan da yoxdur? Sizin beyniniz seytanin tesiri altinda oldugundan HAQQI gormursuz amma olum ayaginda size o haqq hesab gosterilecek ve bu sizin ucun pis neticelenecek. Yaxsi olar ki indiden istefaya gedesiniz. Azerbaycanda yaxsi atalar meseli var. "Kim ne edirse ozune edir"


Kimdən: Natiq M Haradan: Sumqayıt
30.10.2008 17:27

Qətərli jurnalist kökündən baltalayıb.Amma nə faydası var?

İsmarışlar 1-7 (7)