Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

Abbas Lisani azadlığa çıxdı

Abbas Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir

30.10.2008
İranda azərbaycanlıların hüquqlarının fəal müdafiəçilərindən biri Abbas Lisani azadlığa buraxılıb. Lisani 30 ay idi həbsdə saxlanılırdı. O, 2006-cı ildə Babək qalasına yürüşün, azərbaycanlıların mitinqlərinin təşkilində, İran Milli təhlükəsizliyinə zərbə vurmaqda günahlandırılırdı.
 
Abbas Lisani Ərdəbil və Əhər zindanlarında saxlanılıb, bu ilin martından İran Azərbaycanından 1000 kilometr uzaqda yerləşən Yəzd vilayətinə sürgün olunub.

Beynəlxalq «Amnesty International» təşkilatı Abbas Lisanini vicdan məhbusu hesab edir, onun işgəncələrə məruz qalması ehtimalından narahatlığını bildirirdi.

Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir. İranda 20 milyondan çox, bəzi mənbələrə görə 35 milyon azərbaycanlı var, amma Azərbaycan dilində təhsil verən məktəb yoxdur.
Bu forum dayandırılıb
     
İsmarışlar
Kimdən: Pronobis Şəhər: Napoli
04.11.2008 14:02
Abbas bey, azadligin ureyinde gezdirdiyin guneyli quzeyli butun Azerbaycana nesib olsun.

Kimdən: Səxavət Əlisoy Şəhər: Bakı
31.10.2008 09:36
Abbas bəy azadlığınız mübarək. O gün olsun ki, cümlə Güney Azərbaycan azad olsun

Kimdən: Miraga
31.10.2008 00:24
Yashasin Uca Turk Milleti!
Turk dilinde medrese olmalidi her kese!

Kimdən: Azertürk Şəhər: Baki
31.10.2008 00:21
Guney Azerbaycan milli Herkatina Qüzeyden yardim edilmelidir Qeyri-Hökümet Teshkilatlari vastesi ile.35 milionluq bir xalq tesir altinda saxlanila bilmaz.Bütün Azerbaycan Türkleri Güneyli Qüzeyli Azerbaycanin birleshmesi ve azadligi ücün elinden geleni etmelidir.Hec olmasa bu haqda düshünsünler dushunmek cetin ish deyil.

Kimdən: Savalan Şəhər: Ardabil
30.10.2008 15:55
Guney Azerbaycan Milli Herekatinin Direniş ve Muqavimet Simgesi Olan,Abbas Bey lisani,Nehayetki 30 Ay Hebsden Sonra,Azadliqa Qovuşdu,Bu Munasibetle,Abbas Bey, Onun Deyerli ve Dozumli Aylesini, Oellikle Heyat Yoldaşi, Ruqeyye Xanim Lisanini,Başi Oca Azerbaycan Turk Milletini Urekden Tebrik Edir,Butun Siyasi Mehbuslarimiza Azadliq Arzusila...
     
Şriftin ölçüsünü dəyiş - +