Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / İşdən sonra

«Bu xalq Mirzə Cəlili daşa tutan xalqdır...»

«İşdən sonra» verilişinin qonağı yazıçı Əli Əkbər Foto: Kultaz.com

29.10.2008

«Niyə məşhur azərbaycanlılar Azərbaycandan kənarda məşhur olurlar?» «Azadlıq» radiosunun «İşdən sonra» verilişinin bu sualına yazıçı Əli Əkbər belə cavab verib:

«Yalnız imperiya məkanında savadlanmış azərbaycanlı məşhurlaşıb. Məsələn Üzeyir Hacıbəyli. O, Sankt-Peterburqda təhsil almasaydı, bəlkə Üzeyir bəy olmazdı. Qara Qarayev nə dərəcədə Azərbaycan bəstəkarıdır? O, Sovet bəstəkarıdır, imperiyanın yetirməsidir. Eynilə də rəhmətlik Müslim Maqomayev».

Əli Əkbərin daha bir fikri: «İstedad işin nəinki 50%, hətta 10%-i də deyil. Akademik təhsil olmadan, savad olmadan, bu istedad intellektualizmlə yoğurulmadan ortaya heç nə çıxmaz, ortaya meyxanaçı çıxar».

Qonaq problemi iqtidar, hakimiyyətdə axtarmağın tərəfdarı deyil. Əsas problemi Əli Əkbər xalqın özündə görür:

«Bu xalq Mirzə Cəlili daşa tutan xalqdır. Və bu xalqın məntiqində, təfəkküründə, beynində zərrə qədər heç bir dəyişiklik baş verməyib. Bu xalq Mirzə Cəlil çıxar - bu gün də tüpürər üzünə. Hələlik isə heykəl qoyur. Bu genetikadır».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (10)
Kimdən: p
29.10.2008 22:53

İnsanlar özlərinə atılan daşa necə də dözümszüdürlər. Məsələ xalqda deyil bəs kimdədir? On gün əvvəl 90% səs qazandıran camaat indi hər gün Sahil metrosundan Bayıla qədər ayaqla getməyə layiqdir ya yox? Dayanacaqlarda duran insanların avtobusa minmək üçün çıxardıqları hoqqanın yanında sirk qələt edir.


Kimdən: Kamal Haradan: Baki
29.10.2008 19:02

Eli Ekberin butun fikirlri ile raziyam. Bu milletin tefekkuru,mefkuresi oyana qalsin,artiq meneviyyatida mehv olub gedib.Inanmirsiniz,gedin Istambulun kuchelerinde azeri qizlarinin hansi hoqqalardan cixdigina baxin.Mehv olub bu millet. Bunlar turk deyiller,sadece turk dillidirler. M Celil azeri deyil temiz turk ovladi olub.Allah hamimiza hidayet versn!


Kimdən: Natiq Cavadli Haradan: Baki
29.10.2008 17:55


Evvala Xalq yoxdur, gelin onu formalasdiraq, sonra danisaq. Hec kutle de yoxdur. Olmayan seyin adindan niye danisib tehqir etmeliyik


Kimdən: Haggin terefdari
29.10.2008 17:54

Istedad intellektualizmle yogrulamadan ortaya hechne chixmaz, ortaya meyxanachi chixar! Aha deyesen rus shovinizmnin qedim sivilzasiyali xalglarin medeniyyetine gisgancligi Eli Ekber kimilerin dilile tezeden aramiza gayidir.
Balasi, get meyxana hagginda arashdirma apar, mutleg meyxanin tarixinin butun rus xalginin tarixinden de gedim oldugunu gorersen.Meyxanani ashagilamag yox, eksine sistemleshdirmek lazimdi.Genc meyxanachilara orta sherg felsefesi, tarix ve s. elmlere yiyelenmesi uchun sherait yaratmag lazimdi.Sende gunah gormurem.Rus kitablarinin yetishdirdiyi mehsullarsiz.Tehsilimiz kokumuzden ayrilib, gerb-rus tefekkurunu ushaglara daha chox ashiliyirsa, Azerbaijanin geleceyi koksuz gerb olacag.


Kimdən: Seymur Bay Haradan: sumqayt
29.10.2008 17:31

Ali Akber meshur bir bankda PR meneceri ishleyir.
eger o bele qeyretli ziyalidirsa xalqi yox ee xalqi talayan korropsioner bankirlerden memurlardan danissin


Kimdən: Neil Haradan: Baki
29.10.2008 17:00

Maraqli fikirler seslendirib Eli Ekber. Mao Zedongun koyneyini geyen , ozune kumir secen "yazicidan' ancaq bunu ghozlemek olar.


Kimdən: Natiq Haradan: Baku
29.10.2008 15:55

maraqli sozler danisib Eli Ekber.
amma o xalqi niye soyur anlamiram
beyem o ozu hakim sulaleye yaltaqlanmaq uchun Mir Calali turk diline tercume etmeyibmi
halbu ki M.Celali yox ele Mirze Celili tercume ede bilerdi


Kimdən: Natiq M Haradan: Sumqayit
29.10.2008 14:30

Əli Əkbərin dedikləri ilə razılaşmaq olar.Məs:Lütfi Zadə.


Kimdən: Turgut Haradan: Baki
29.10.2008 13:07

Eli-Ekberin tefekkuru Mirze Celili dasha tutanlarin mentiqine cox benzeyir. Men onunla razi deyilem - Uzeyr beyin dahiliyi Sankt Peterburqdan cox Azerbaycan musiqisinden behrelenir.


Kimdən: Pronobis Haradan: Napoli
29.10.2008 12:46

Eli Ekber hansi yazisina gore "yazici" olub, milletin adindan danishir? M.E.Resulzade Azerbaycanda tehsil alib ve dahiler dahisidir. Tehsilin keyfiyyeti hec de milletin keyfiyyeti deyil. Gunahi tehsilin kokune balta vuranlarda axtarsin "yazici" Eli Ekber.

İsmarışlar 1-10 (10)