Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

Azərbaycan Qafqazda epizodik roldadır

Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər, Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı

23.10.2008

Dinlə

«Qafqaz çox strateji nöqtədir. Bütün super qüvvələr burda öz maraqlarını güdürlər. Təəssüf ki, Azərbaycan indi Qafqazda epizodik roldadır, baş rolda ola bilmir».

Bunu Türkiyədəki «Qafqazlar» simpoziumunun iştirakçısı, Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər deyir. «Azadlıq» radiosu «Can Bakı» proqramının qonağı olan Ramiz Əsgər söylədi ki, nə vaxtsa Azərbaycan regionun baş qəhrəmanı ola bilər.

«Qafqazda indi Rusiyanın, Amerikanın, Avropa Birliyinin, böyüməkdə olan Çinin, İran və Türkiyənin maraqları var. Yəni burda 4-5 böyük aktyor və bir neçə də kiçik fiqurant ölkələr var. İndiki halda biz Qafqazda epizodik roldayıq. Bəlkə Azərbaycanın bəzi tarixi-strateji arzuları həyata keçsə, biz də əsas qüvvələrdən biri ola bilərik».

«Bakı Qafqaz üçün nə önəm daşıyır» mövzusuna həsr olunmuş proqramın digər qonağı Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı idi. Onun fikrincə, erməni dilini öyrənmək, həm də mükəmməl səviyyədə öyrənmək lazımdır.

«İrəvan Dövlət Universitetində də Azərbaycan dili də öyrədilir, orda Azərbaycanşünaslıq kafedrası var. Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu kafedranın daha səviyyəli olmasını istəyib. Ermənistanın prezidenti də Azərbaycan dilini təmiz bilir».

Qafar Çaxmaqlı bildirdi ki, BDU-nun Regionşünaslıq fakültəsində erməni dili tədris olunsa da, orada tələbələrə erməni dilini mükəmməl öyrətmək olmur.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: əfqan Haradan: Azerbaycan
24.10.2008 02:00

Men Ramiz Esgerin fikirleri ile tam razıyam ve inanıram ki, o gün gelecek o zaman Bütöv Azerbaycan olanda! Buna ise tarixi araşdırmalardan geldiyim qenaete göre, azı 10-15 il vaxt qalıb. Azadlıq radiosuna, eyni zamanda Ramiz Esgere uğurlar arzulayıram!


Kimdən: Meetel Haradan: Baki
23.10.2008 16:15

Ay kishi, Gurcustana Avropa Birliyi ve BMT yardim edir.
Azerbaycanin bir eli ele Gurcustanin bashinin ustundedir de. Bu ne savadsiz sozlerdi yazmisan. Deyesen qeybet elemeye cayxana qalmayib


Kimdən: Mübariz Haradan: Bonn
23.10.2008 15:47

BMT Dünya Banki vä birdä Qärb Gürcüstana 4 milyard dollar yardim edäcäkmish. Biz nädän kömäk edä bilmirik Gürcüstana. Gürcüstan bizim üchün chox vacib bir dövlättir. Biz qardash Türkiyä'ylä birläshdiräcäk yolumuz vä bizim lä chox yaxshi kechinän qonshumuz. Yoxsa yenä Rusyami bir sheylär söylädi bizimkilärä. Inanin Rusya o qädärdä chäkiniläcäk bir dövlät deyil. Rusyayi chox gücdü göstärdikläri kimi Rusya gücdü dövlät deyil. Azärbaycan Qafqaz'da hech bir rolda deyil. Biriläri säninlä hesablashmirsa bir düshün gör hardasan Azärbaycan

İsmarışlar 1-3 (3)