Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Qarabağ

«Rusiya dağılmamış Qarabağ məsələsi həll olunmayacaq»

Politoloq Vəfa Quluzadə

22.10.2008

Dinlə

Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın əvvəllərində Moskva görüşü keçirilə bilər. Söhbət təbii ki, Qarabağ münaqişəsinin həllinə dair müzakirələrdən gedir.

Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli hesab edir ki, Rusiyanın münaqişəni həll etmək imkanı var:

«Bu dövlət son dövrlər fəallığını artırmaqla nümayiş etdirmək istəyir ki, yaratdığı problemi özü də həll etməyə qadirdir».

Ekspert düşünür ki, Gürcüstan hadisələrindən sonra beynəlxalq aləmdə Rusiyanın təcavüzkar imici formalaşıb:

«İndi Rusiya bu neqativ imici pozitiv bir hadisə ilə kompensasiya etmək üçün Dağlıq Qarabağda fəallığı artırır».

Politoloq Vəfa Quluzadə isə deyir ki, əslində Rusiya Gürcüstan hadisələrindən sonra ABŞ və Fransanın Qarabağ probleminin həlli məsələsində təkbaşına vasitəçilik etdiklərini, bu işə yavaş-yavaş Türkiyənin də qoşulduğunu, özünün isə kənarda qaldığını görür. Ona görə də prosesdən kənarda qalmanı pərdələyib yenidən sülhməramlı dövlət kimi meydana çıxmaq üçün bu addımları atır:

«Ancaq Rusiyanın təcavüzkar dövlət olması məlumdur. Hesab edirəm ki, Azərbaycan həmin görüşdə iştirak etməməlidir. Rusiya Federasiyası dağılmamış Qarabağ məsələsi həll olunmayacaq. Axırda bu məsələni Amerika beynəlxalq hüquqa əsaslanaraq həll edəcək».

V. Quluzadə hesab edir ki, Rusiya bu problemin əyləcidir:

«Bu dövlətin ən böyük amalı nə hərb, nə sülh vəziyyətinin olmasıdır. O da ki, var. Ona görə də Rusiyanın fəallaşması, təşəbbüsü ələ alması yox, kənara çəkilməsi, vasitəçi olmaması önəmlidir».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Nizami Haradan: Baki
06.11.2008 17:48

Vefa Quluzadenin sozlerinde mentiq var. Heqiqetende Qarabagin helli rus ayisindan kecir. Rus ayisi sanki, Gurcustana herbi teziq gostermekle aciqca Azerbaycana mesaj verdi. Ona gorede bele isde rus ayisiyla hesablasmaq gerek. Rusyaninda dagilmasini gozdesek ele ona kimi ozumuzkorupsiyadan dagilacagiq.


Kimdən: Kavkazes Haradan: Azerbaycan
23.10.2008 11:08

Tamamile dogrudur, Rus imperiyasi dagilmasa Ne Checinistan musteqil, ne Osetiya ned Abgaziya nede Qarbag mesemesi hell ounmayacaq. Rus rol gedir guyaki sulhmereamlidir, Eslinde Qabagi ermeni yox Ruslarin ozleri ermeni eli ile isgal edibler,


Kimdən: meherrem Haradan: baki
22.10.2008 23:52

ali qardasim senin vefa quluzade haqqinda dediyin sozler basa dusulecek deyil .cunki v.quluzade rusiysanin altini da bilir ,ustunu da.qaldi ki,qarabax meselesine duzdur,rusiya daqilmayana qeder qarabax meselesinin helli mumkun deyil.


Kimdən: Rza , C. Haradan: washington sheheri
22.10.2008 20:37

Sulh yaratmaq her bir insanin vezifesidir.


Kimdən: Mübariz Haradan: Bonn
22.10.2008 19:58

Ermänistan son zamanlar Rusyadan uzaqlashmaq istiyirdi. Bununda säbäbläri var. Rusya BDT toplulugunda durmadan Azärbaycanin torpaq bütünlüyünü tanidigin deyir. Bizi chox istädiyindän deyil burda chox böyük chixarlardan gedir söhbät.Ermänistan dövläti Osetyaynan Abxazyayi tanimadigini vä Gürcüstanin torpaq bütünlüyünü tanidigini söylüyür. Bu da Rusyayi qani etmir. Äslindä Ermänistan Gürcüstani sevdiyindän ötrü bu beyanatlari vermir Qärb'ä chixish yollari vä Gürcüstan üzärindän ermänistana gämi dashimachiliqi. Birdä än äsasi Ermänistan Abxazya'ynan Osetya'yi tanisa Gürcüstanla Ermänistan arasinda tarix boyunca düshmanchiligin bashlanqicini yaratmaq istämir.Qafqazda täk bashina bir ishä yaramayacagini chox yaxshi bilir. Ikincisi Ermänistanin üstündä ABSH basqisi var. Rusyanin dediklärinän oturub duracaqsansa Qärb ermäni soyqirimni geri alacaq. Bu zamanda ABSH vä Qärbin än böyük düshmani Rusyadir sändä Rusyanin dosdusansa demäli bunlarin düshmanisan. Bundan bir nechä il öncä W.Bush ya bizdänsän ya da düshmansan deylä söylädi. Onu yalniz Müsülmanlar üchün deyil bütün dünyadaki ölkälär üchün söylämishdi.ABSh daki sechgilärdä färz edälim B.Obama qazandi ABSH in Rusyaya qarshi siyasäti däyishäcäkmi. Äsla yox. Prezidentlär gäldi getdidir. Äsas Generallar dävamli ordadirlar. W.Bush vä yaxud B.Obama inanin hech dünyani bälkädä dogru dürüst tanimirlar. Yalniz ABSH Generalari näyin necä olacaginin planlarini prezdentlärin önünä gätirib qoyar oda onu uyqulayar. Bashqa sheylärdä ola bilär ABSH in chixarlari vä äsgäri planlarda choxda Generallara qarshi söz sahibi deyillär. Bizdä bu böyük dövlätlärin oyxunlarina alät olmadan göräsän nechä karli chixa bilärik. Bunu basharan bir kapitan vä basharan xalq lazimdir.


Kimdən: ALI Haradan: Baki
22.10.2008 19:17

Vefe Guluzade her defe danishanda men henmishe fikirleshirem ki goresen ruslar buna ne edibler ki onlarin elinden bele yaniglidir? Yashlandigca mudruklleshmek evezine daha da xarablayir. Yaxshi ki Heyder Eliyev onu ozunden uzaglashdirdi.

İsmarışlar 1-6 (6)