Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Qarabağ

Sərkisyan «Madrid prinsipləri»ndən danışdı

Serj Sarkisyan Dmitri Medvedevlə Qarabağ münaqişəsini müzakirə edib

21.10.2008

Ermənistan Qarabağ münaqişəsinin «Madrid prinsipləri» əsasında həllinə hazırdır. «Turan» «Armİnfo»ya istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
Ermənistan prezidenti deyib ki, münaqişənin həlli problemi onun Rusiya prezidenti ilə danışıqları zamanı müzakirə edilib. Onun sözlərinə görə, Qarabağ problemi güzəştlər əsasında və danışıqlar yolu ilə həll edilə bilər:
 
«Ermənistan danışıqları «Madrid prinsipləri» əsasında davam etdirməyə hazırdır. Bu prinsiplərlə internetdə tanış olmaq olar. Bu sənəd ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qeydiyyata alınıb».
 
S.Sarkisyanın sözlərinə görə, «Madrid prinsipləri» Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququnu və bir neçə digər məqamları qəbul etməyə imkan verən əsasdır.
 
Rusiya prezidenti Dmitri Medvedev isə deyib ki, Cənubi Qafqaz regionunda baş verən hadisələr göstərib ki, istənilən çətin məsələ beynəlxalq prinsiplərə əsasən və danışıqlar əsasında həll edilməlidir:
 
«Ümid edirəm ki, nailiyyətlər əldə etmişik, hər iki tərəf həll axtarmağa hazırdır. İncəlikləri şərh etməyəcəyəm, məhz ona görə ki, bu, danışıqlar prosesidir və onun dəyəri elə incəliklərdədir».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1 (1)
Kimdən: Rafiq Haradan: Baki
21.10.2008 17:24

Yeha novbati hiyla. Ehtiyatli olaq.

İsmarışlar 1 (1)