Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Siyasət

«Qarabağ münaqişəsi ilin sonuna həll edilə bilər»

«Hələ də müharibə çağırışları ilə danışan adamlar var»

20.10.2008

Dinlə

ABŞ Dövlət katibinin müavini Daniel Frid «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində deyir ki, bu ilin sonuna qədər Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın real razılaşma əldə etməsi mümkündür:
 
- Bəli, bu, mümkündür. Amma mümkün olması o demək deyil ki, bu, mütləq baş verəcək. Hər iki tərəfdən çox çətin qərarlar verilməlidir. Əgər bu münaqişəni həll etmək asan iş olsaydı, indiyə qədər çoxdan həll olunardı. 2001-ci ilin ilk həftələrində prezident Buş Heydər Əliyev və Robert Koçaryanı qəbul edib münaqişənin həlli yollarını tapmağa çalışdı. Məncə, fevralda Ki-Vestdə Dövlət katibi Kolin Pauel bu işi davam etdirdi. ABŞ-ın indiki hökuməti hələ ilk günlərindən buna cəhd etdi. Nəticə əldə olunmadı. Amma biz, bu işi bir tərəfə atmadıq. Minsk Qrupunda fransalı və rusiyalı həmsədrlərlə birlikdə bu problemin həlli istiqamətində işləməkdə davam etdik. Biz hesab edirik ki, problemin həlli mümkündür. Amma yenə qeyd edirəm ki, mümkün olması o demək deyil ki, problem mütləq həll olunacaq.
 
- Bu ilin sonuna qədər?
 
- Mən buna ümid edirəm. Bu, əla olardı.
 
D.Frid müharibə çağırışlarına dair sualları da cavablandırıb. ABŞ rəsmisi bildirir ki, Qarabağ münaqişəsinin hərbi yolla həllinə cəhd olunması təhlükəsi həmişə qalır:
 
- Məncə, təhlükə hər zaman qalır. Çünki Gürcüstandakı müharibə hər kəsə göstərdi ki, vəziyyət nə qədər təhlükəlidir. Hələ də müharibə çağırışları ilə danışan adamlar var. Amma müharibə zarafat iş deyil. Bu, çox, lap çox pis yoldur. Məncə, məsuliyyətli adamlar bunu başa düşürlər. Ona görə də indi Qarabağ münaqişəsinin həllində müzakirələrdən daha çox danışmaq lazımdır, nəinki müharibə çağırışlarından.
 
Ermənistan prezidentinin türkiyəli həmkarını ölkəsinə dəvət etməsini cəsarətli addım hesab edən Daniel Frid deyir ki, bu, erməni xalqının öz qonşuları ilə sülh şəraitində yaşamaq maraqlarına uyğun bir hərəkət idi. Hər nə qədər qeyri-populist hərəkət olsa da, Ermənistan prezidenti bu cür addımları öz ölkəsində - müxalifətlə münasibətlərdə, siyasi islahatlar və demokratiya quruculuğu sahəsində də atmalıdır. 
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Maks Haradan: Moskva
20.10.2008 20:54

Metyu Brayza münagisenin Az-nin erazi bütövlüy cercivevesinde hell edilmeli desede,Danial Firid bunu hemde xalglarin öz mügetaratinlarini teyin etme prinsipnide dile getirdi.Seckilerde hakimiyyetin deyismemesi münagise danisiglarinin sert sekilde davami olacag.Mene ele gelir ki konkret olarag Az-n böyük konpramise getmeli olacag.


Kimdən: Mübariz Haradan: Bonn
20.10.2008 19:59

D.Frid'in sözdärinä görä bu ilin sonuna qädär Qarabag mäsäläsi häll olacaqmish. InshAllah Ermänistan bizim torpaqlarmizi shärtsiz sözsüz tärk edärsä älbättäki häll olunacaq. Chox chätin qararlar verilmälidir deylä sölylädiy sözünü iki bashdi olaraq qabul ediräm . Bizim Qarabag'mizdan hech kimä täviz vermäk fikirimiz yoxdur! Ermänistanin arxasinda Rusya dururmush. Bizimdä arxamizda qardash Türkiyä durmush! Äyär Qarabag mäsäläsindä adil häräkt edilmäzsä. Kim gälir gälsin bizi üchün hech färq etmäz gäläcäyi varsa göräcäyidä var. Ordumuzu gücländirib chox dischipilinli orduya malik olmamiz üchün. Qardash Türkiyädä ämäkliyä ayrilan Generallari vätänmizä gätirmäk lazimdir.

İsmarışlar 1-2 (2)