Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

Seçki saxtakarlığı ilə mübarizədə boykotçuların mövqeləri haçalanır

Seçkini boykot edən müxalifət partiyalarının nümayəndələri 150 məntəqədə müşahidə aparıblar

17.10.2008

Dinlə

Həm yerli, həm də beynəlxalq müşahidəçilər prezident seçkisində bir sıra qanunsuzluqlara yol verildiyini bildirsələr də, Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Azər Sarıyev qurumun heç bir yazılı şikayət almadığını deyir. Yalnız seçki günü jurnalistlər MSK-ya iki qanun pozuntusu faktı ilə bağlı xəbər ötürüblər:

«İki dairədən müraciət daxil olub. Birində deyilir ki, müəllimlər seçicilərə hansısa siyahıları imzalatdırırlar, digərində sol əlin deyil, sağ əlin baş barmağına mürəkkəb vurulduğu bildirilir. Əməkdaşlarımızı ezam etmişik məsələləri yerində araşdırırlar».

Seçki günü MSK-nın sözçüsü Azər Sarıyev quruma daxil olan saxtalaşdırma faktları ilə bağlı dörd xəbərdən üçünü «Azadlıq» radiosu əməkdaşlarının verdiyini bildirmişdi. Araşdırmalar zamanı saxtalaşdırmalar təsdiq olunmuşdu.

Seçkini boykot edən müxalifət partiyalarının nümayəndələri 150 məntəqədə müşahidə aparıblar. AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, əsas saxtakarlıqlar günorta saat 12-dən sonra qeydə alınıb. Onun sözlərinə görə, hakimiyyət saat 12-dən sonra seçicilərin seçkiləri boykot etməsindən ehtiyatlanaraq karusel əməliyyatına başlayıb:

«Bu karusel əməliyyatında müəllimlər, həkimlər, ARDNŞ-ın əməkdaşları iştirak edib. Biz hətta avtobusların nömrələrini də götürmüşük. Bakının böyük ticarət mərkəzlərinin işləməməsi, işçilərə çağırış vərəqələrinin arxasına möhür vurdurub iş yerinə təqdim etmələri ilə bağlı tələblərin hamısını qeydə almışıq».

H.Kərimov bildirir ki, yaxın günlərdə pozuntu faktları ilə bağlı konkret sənədlər MSK-ya təqdim ediləcək.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə deyir ki, bu sənədlərin MSK-ya verilməsinə ehtiyac yoxdur:

«Çünki ötən dəfələrdə biz seçki saxtakarlıqları ilə bağlı sənədlərin əslini MSK-ya təqdim etmişdik. Sonradan o sənədlərin heç birini alıb məhkəməyə müraciət edə bilmədik. Məhkəmə sənədlərin surətinin təqdim olunduğunu bəhanə gətirərək saxtakarlıq faktlarının heç birini araşdırmadı. Bu səbəbdən Müsavat Partiyası sənədləri beynəlxalq qurumlara, eyni zamanda mediaya təqdim etmək üçün özündə saxlamaq fikrindədir».

G.Aslanlı da deyir ki, əsas pozuntu karusel əməliyyatı ilə yanaşı seçkiyə gələnlərlə seçki qutularından çıxan bülletenlərin sayındakı fərqlə bağlıdır. Müsavatın nümayəndəsi bildirir ki, bu, karusel əməliyyatında iştirak edənlərə bir neçə bülleten verilməsi kimi izah oluna bilər.

MSK-dan bildirirlər ki, əgər quruma hər hansı şikayət daxil olsa və araşdırmalar zamanı qanun pozuntusu təsdiqlənsə, bu, motivindən və ağırlıq dərəcəsindən asılı olaraq ya İnzibati Xətalar, ya da Cinayət Məcəlləsinin uyğun maddələri ilə nizamlanacaq.

Cinayət qanunvericiliyinə görə, seçki saxtakarlığına yol verənlər şərti maliyyə vahidinin 100 mislindən 500 mislinədək cərimələnməklə yanaşı, həm də 2 illiyə islah işlərinə məhkum oluna bilər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Ilham Məmmədli Haradan: Sumqayıt
30.10.2008 22:25

Cemiyyetde hellini gozleyen problemlerin coxlugu, orta ayliq emek haqqinin Ermenistandan da ashagi olmasi,korrupsiya,kutlevi rushvetxorluq,memur ozbashinaligi ve dunyanin bir cox xalqlarinin /daha cox DEMOKRATIYANIN komeyi ile/ coxdan xilas olduqlari diger eybecerliklerin movcudlugu altinda ezilen xalq hemin problemlerin sebebkari olan rejimin bashinda durani tekrar olaraq seckide 88 faiz sesle qalib etmez.


Kimdən: Mübariz Haradan: Bonn
18.10.2008 22:05

Män shäxsän sechgidä chox saxtadarliq olduguna inanmiram. sechgiyä gälän vä yaxud gätiränlär birinä säs vermäliydi. O da Ilham Äliyev oldu. Yox män istämirdim belä oldu elä oldu. Xeyir elä shey yoxdur .Imza säninmi sänin Imzayi attinmi attin. Demäli sän belä istädin. Hech kimin bashina silah dayayaraq ora gätirdiklärinä inanmiram.


Kimdən: Ruhin Haradan: Almaniya
18.10.2008 04:13

Fikrimcä beynälxalq müshahidäcilär dä bu ölkädä nälärin bash verdiyindän gözäl xäbärdardirlar.Ona görä d bash aghritmagha vä zaman itirmäyä däymäz...

İsmarışlar 1-3 (3)