Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:40

İftar qonaqlığında tutulanlardan biri azadlığa buraxılıb

Evin həbsxanasının kameralarından biri
Evin həbsxanasının kameralarından biri
«Media forum» saytı xəbər verir ki, oktyabrın 16-da azərbaycanlı fəal və hüquq müdafiəçisi, mühəndis Həsən Rəhimi ayyarım həbsdə saxlandıqdan sonra mülk girovu münabilində azadlığa buraxılıb.

H.Rəhimi sentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir İran azərbaycanlısının təşkil etdiyi iftar mərasimində tutulmuşdu. Həmin gün 20-yə yaxın fəal saxlanmış, sonradan onların əksəri tədricən azadlığa buraxılmışdı.

H.Rəhiminin Tehranın Evin həbsxanasının 209-cu korpusunda müxtəlif fiziki və psixi təzyiqlərə məruz qaldığı bildirilir.
Sentyabrın 10-dakı iftar mərasimində tutulanlardan dörd nəfəri hələ həbsdədir.
This item is part of
XS
SM
MD
LG