Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

Solana: «Seçkilərdəki irəliləyişi alqışlayıram»

Solana: «Sakit və qaydasında keçən seçkilər çox yaxşı təşkil olunmuşdu»

17.10.2008

Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Havier Solana oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
 
«Azərbaycanda keçirilən prezident seçkilərindəki irəliləyişi alqışlayıram. Sakit və qaydasında keçən seçkilər çox yaxşı təşkil olunmuş, Seçki Məcəlləsinə edilən əlavələr müxalif namizədlərə daha ədalətli şərait yaradırdı».

Öz bəyanatında Solana həmçinin deyir ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərinin həyata keçirilməsi üçün bir sıra zəruri addımlar atmalıdır. Bu addımlar xüsusilə siyasi plüralizmin təşviq olunması, ədalətli seçki mühitinin, daha böyük mətbuat azadlığının yaradılması, azad və sərbəst seçki debatlarının keçirilməsi və səslərin şəffaf şəkildə sayılması istiqamətində olmalıdır.

Havier Solana bildirir ki, Avropa Birliyi gələcəkdə də Az'rbaycanda demokratik institutları dəstəkləməyə və Yaxın Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 0 (0)
Heç bir ismarış yoxdur. Birinci sən yaz
İsmarışlar 0 (0)