Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

Politoloq İ.Məmmədov: «Qərb aciz danışdı»

«Beynəlxalq ictimaiyyət və Azərbaycan böhran içindədir. Amma gələcəkdə güclər nisbətinin dəyişəcəyinə ümid etmək olar»

17.10.2008

«Bu dəfə sualı belə qoymaq olmaz: Qərb seçkiyə obyektiv və ya qeyri-obyektiv yanaşdı, bu dəfə Qərb aciz danışdı». «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının qonağı politoloq İlqar Məmmədov Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatına münasibət bildirərkən belə deyib.

«Acizlik ondan irəli gəlir ki, onların göz yumduğu, yetərincə açıq-aydın dilə gətirmədiyi repressiyalar nəticəsində Azərbaycanda avtoritar rejimə sivil, müasir alternativ yoxdur. Olmayan yerdə kimi və nəyi müdafiə etsinlər?..»
 
İlqar Məmmədov deyir ki, əslində bütün proseslər bir-birinə bağlıdır: «Beynəlxalq ictimaiyyət və Azərbaycan böhran içindədir. Amma gələcəkdə güclər nisbətinin dəyişəcəyinə ümid etmək olar».

Politoloq ATƏT-in hesabat hazırlama metodologiyasının qüsurlu olduğunu iddia edir:

«Düzdür, sənəd faktlarla zəngindir. Amma keyfiyyətli baxış təklif etmir, quru üslubda yazılmış hesabatdır. Beş illik şəraiti, ab-havanı kənara qoyub üç aylıq dövrə rəy yazmaq qüsurlu yanaşmadır. Bunun da nəticəsi olaraq sənəddə çatışmazlıqlar var».

İ.Məmmədov xatırladır ki, 2003-cü il prezident seçkilərində də ATƏT müşahidəçiləri arasında fikir ayrılığı vardı, missiya üzvlərindən üçü hesabatla razılaşmırdı. Bu dəfə də fikir ayrılıqları üzə çıxdı:

«Bu da metodologiyanın qüsurlu olmasıdır. Amma müsbət haldır ki, nöqsanları hamısını sadalayıblar».

Beynəlxalq Seçki Müşahidə Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlib.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: meherrem Haradan: baki
17.10.2008 16:12

ilqar bəyin azadlıq radiosunun reklamlarında səslənən 1 sitatı yadıma düşür.demokratiya bizə qərbdən yox,daxildən gəlməlidir.məncə qərb bu totolitar hakimiyyətə təsir etməsə,bizdə heç vaxt demokratiya olmayacaq.


Kimdən: ilham Haradan: Lənkəran
17.10.2008 14:27

Yerli bir muşahidəci qurupun rahbəri kimi deyə bilərəm ki,get gedə Azərbaycanda demokratik dəyərlərə inam itir .Buna başlıca ikili sdandartlar səbəb olur ,ləmkəranda öz təşəbusu ilə muşahidəcilik aparmaq cox cətinliklə başa gəldi,secki prosesinə gəldikdə kecən seckilərdən hec nə ilə fərqlənmirdi komisiyyalarda neqativ cəhətlər baş alıb gedir secki komisiyya uzuvlari öz salahiyyətlərin nə oldugunu hələdə anlamır ,damkomlar öz işlərində adamları qapı-qapı dalarınca getmaklə seckilərə gətirməklərində,mətəqələrə təhkim olunmuş vəzifəli və nufuz sahibi olanlar isə öz təsirindən istifadə etməkdə davam edirdilər.Butun izibati resurslardan istifadə edib seciciləri seckilərə gətirirdilər

İsmarışlar 1-2 (2)