Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Şon Makkormak seçkilərdə bəzi irəliləyişlər olduğunu deyib

Ağ Evin sözçüsü deyib ki, hələlik ATƏT-in qiymətləndirməsi davam edir, ona görə də ümumi  danışır
Ağ Evin sözçüsü deyib ki, hələlik ATƏT-in qiymətləndirməsi davam edir, ona görə də ümumi danışır
Amerika Dövlət Departamentinin sözçüsü Şon Makkormak Azərbaycan xalqını başa çatmış prezident seçkilərinə və bəzi irəliləyişlərə görə təbrik edib.
Gündəlik mətbuat konfransında Şon Makkormakdan soruşublar ki, indiki prezidentin 90 faiz səs yığması onu narahat etmir ki?
Diplomatın cavabı belə olub ki, Azərbaycanda görülməli daha çox iş var, amma bu, irəliləyişdir. «Oradakı müşahidəçilər deyirlər ki, keçən seçkiylə müqayisədə irəliləyiş var».

Ağ Evin sözçüsü deyib ki, hələlik ATƏT-in qiymətləndirməsi davam edir, ona görə də ümumi danışır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçirilib, MSK-nın məlumatına görə prezident İlham Əliyev 90 faizə yaxın səs toplayıb.
This item is part of
XS
SM
MD
LG