Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

«Siyasi heç kimlər»

Çoxlarının fikrincə, Azərbaycan monarxiyaya daha yaxındır, nəinki demokratiyaya

16.10.2008

«Neftlə zəngin bu kiçik ölkə prezident seçkisi keçirdi, ancaq Bakıda ətrafa baxanda siz deməzdiniz ki, burada prezident seçilir». Dünyanın ən nüfuzlu qəzetlərindən olan «Nyu York Times» belə yazır.

Qəzet bildirir ki, nə plakatlar vardı, nə şüarlar, nə də ki, namizədlər.

Son üç ildə iqtisadiyyatı ildə 28 faiz sürətlə artan, son beş ildə büdcəsi 12 dəfə çoxalan ölkədə bununla belə seçicilər öz səslərini İlham Əliyevə tərəddüdlə verirdilər. Niyə? Qəzet parkda oturan bir müğənninin sözlərini yazır:

«Azərbaycanda pul doğrudan da çoxdur, ancaq bu pul camaata gəlib çatmır».

Məqalənin başqa bir yerində isə deyilir ki, Azərbaycan varlandıqca, demokratiyası bir o qədər azalır.

«Nyu York Times» indiki prezidentin seçki rəqiblərini isə «siyasi heç kimlər» adlandırır. Qəzetin müxbiri seçki günü Bakıda təsadüfi adamlardan soruşub ki, bu namizədlər haqda nə bilirlər, çox az adam nəsə deyə bilib.

Qəzet seçkini boykot edən müxalifətdən İsa Qəmbərin sözlərini sitat gətirir:

«Müxalifəti televiziyalara buraxmadılar, mitinq etməyə qoymadılar, təbliğat kampaniyası 28 günə endirildi. Bu şəraitdə seçkilərə qatılmaq axmaqlıq idi».

Amerikanın «İnternational Herald Tribune» qəzeti də İsa Qəmbərdən sitat gətirir:

«Bu seçki fars və tragikomediya oldu».

Qəzet təhlilçilərə istinadla yazır ki, müxalifətə nə əngəllər törədildisə, seçki günündən qabaq törədildi. Seçki gününün rəvan keçməsi isə Azərbaycan hakimiyyətinə imkan verir ki, Qərbdən özünə sərf edən qiyməti alsın.

Təhlilçilərin fikrincə, buna geosiyasi səbəb də var. Qərb ölkələri bu seçkini tənqid etməyə meylli olmayacaqlar. Çünki İlham Əliyevin üzünü Rusiyaya tutmasını Qərb qətiyyən istəmir.

«Türkish Daily News» isə təhlilçi Leyla Əliyevanın sözlərini sitat gətirir:

«Qərbin Azərbaycanda prioritetləri başqadır, Azərbaycan cəmiyyətinin demokratikləməsi deyil».

«Türkish Daily News» onu da yazır ki, bir çoxlarının fikrincə, Azərbaycan monarxiyaya daha yaxındır, nəinki demokratiyaya.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: Valeh Haradan: Bakı
23.10.2008 09:14

Müxalifətin baykot qərarı millətə xəyanət deməkdir.
Müxalifəti belə qınasanız onlar bəlkə də aktivləşdilər. Amma inanmıram.
Hər bir ölkənin inkişafında müxalifətin böyük rolu var, bizdə isə o aktivlik yoxdur. Tənqiddən başqa heç nə bilmir bizim müxalifət.


Kimdən: Natiq M Haradan: Sumqayit
17.10.2008 10:20

Düz sözə nə deyəsən?


Kimdən: Kavkazes Haradan: Baki
17.10.2008 10:02

Guya The New York Times nese yeni bir kesf edib?
Son üç ildə iqtisadiyyatı ildə 28 faiz sürətlə artan, son beş ildə büdcəsi 12 dəfə çoxalan ölkede maaslar 20 faiz qaldirilib. Corek ise 2 defe bahalsib.Bunun bize ne istisi nede soyugu Ne olub helede yasyiriq,Hec vecimizede deyil. Sesimizi vermisik yuxariya necede isteseler istifade etsinler. Butun gunu konsert show praqramlara baxiriq, Qarabagi unutmusuq, Gorusuz necede "xosbext Milletik"


Kimdən: safat Haradan: baki
17.10.2008 00:36

Azərbayçanda siyasi heçkimləşmə 2003-dən başlayıb hələ bundan sonra bir 10 il-də davam edəcəkdir.

İsmarışlar 1-4 (4)