Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

Beynəlxalq müşahidəçilər rəyini açıqladı

Beynəlxalq Seçki Müşahidə Missiyasının mətbuat konfransı, 15 oktyabr

16.10.2008

Dinlə

Beynəlxalq Seçki Müşahidə Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlib.

Bu haqda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) müşahidəçilərinin birgə bəyanatında deyilir.

Missiya bildirir ki, seçki sakit keçib, lakin güclü rəqabətin, media tərəfindən işıqlandırılan aktiv siyasi şəraitin yoxluğu ilə xarakterizə olunub:

«Beləliklə, mənalı və pluralist demokratik seçkinin bütün prinsiplərini özündə əks etdirməyib».

Missiya bəzi müxalifət partiyalarının uzun müddət davam edən maneələri əsas tutaraq seçkini boykot etməsindən təəssüflənir:

«Bu, elektorat üçün mənalı seçim etmək miqyasını daha da məhdudlaşdırıb».

Missiya bildirir ki, seçkinin keçirilməsində nəzərəçarpan irəliləyişlər olub.

ATƏT/DTİHB Müşahidə Missiyasının rəhbəri səfir Boris Frlets: «Ancaq əsas beynəlxalq öhdəliklərin, xüsusilə də pluralizm, ədalətli təşviqat mühiti və mətbuatla bağlı sahələrdə əlavə səylərə ehtiyac var».

AŞ PA nümayəndə heyətinin rəhbəri Andres Herkel isə deyir ki, seçki günü ümumilikdə müsbət dəyərləndirilsə və əhəmiyyətli irəliləyişlərlə qeyd olunsa da, Azərbaycanda mətbuat azadlığı narahatlıq mənbəyi olaraq qalır.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Beguin isə deyib ki, seçki günü aparılmış müşahidə göstərib ki, seçkilər yaxşı hazırlanıb və sakit keçib:

«Ancaq əsas müxalifət partiyalarının seçkini boykot etməsi və real seçki kampaniyasının yoxluğu ilə əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması dərin təəssüf doğurmalıdır».

Missiya bildirir ki, seçki günü xüsusilə səslərin sayılması və hesablanmanın əsas mərhələsində çatışmazlıqlar müşahidə olunub:

«Rəsmilər namizədlər üçün daha yaxşı bərabər şəraitin yaradılmasına çalışıb və seçki ümumilikdə səmərəli şəraitdə keçib».

Müşahidəçilər qeyd edirlər ki, ümumilikdə seçki kampaniyası zəif olub, hazırkı prezident kampaniyanı aparmamaq qərarına gəlib. Digər namizədlər isə aydın şəkildə az ictimai dəstək qazanıblar.

Mərkəzi Seçki Komissiyası seçicilərin ümumi sayından 75 faizinin seçkidə iştirak etdiyini bəyan edib.

Beynəlxalq Seçki Müşahidə Missiyası ATƏT/DTİHB-in 45 uzunmüddətli, 340 qısamüddətli müşahidəçisi, o cümlədən AŞPA-nın 31 deputatı və heyət üzvü və AP-nın 10 nümayəndəsi daxil olmaqla 43 ölkədən gəlmiş 440 müşahidəçidən ibarətdir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-6 (6)
Kimdən: Rafiq Haradan: Baki
20.10.2008 14:09

Hamıya catır da !


Kimdən: Ruslan Haradan: Baki
17.10.2008 09:44

Esas etibariyle dunyada bash veren son hadiseler Azerbaycandaki seckilere birbasha tesirini gosterdi. Bele ki, son zamanlar esasen etiberiyle de dunyadaki maliyye bohrani Azerbaycanin da neft idxalcisi olmasi bezi beynelxalq teshkilatlari Azerbaycanda bash veren hadiselere bigane yanashmaga getirib cixarmishdir. Gurcustanla Rusiya arasinda bash veren son hadiseler men deye bilerem ki, Azerbaycana birbasha tesir gosterdi. Yeni siyasi rejimin desteklenmesi ozu ozluyunde daha cox problemlere getirib cixara biler. Bunlarim hamisi bize aciq ve aydin deyir ki, biz kimdense nese etmek yox ozumuz nese etmeliyik. Men cox tesuflenirem ki, goresen bu saxtakarliqlari edenler, buna sherait yaradan esasen de buna destek olanlar goren ozu ozluyunde dushunurlermi ki, bunlar ne vaxtsa tarix qarshisinda cavab verecekler, bunlarin ovladlari sabah nece bashi uca gezecekler, sabah oz valideyinlerinin etdiklerinden utanc duymayacaqlarmi. Amma bir yandan da adam fikirleshir ki, bunlarin ovladlari da ozlerinden ne ferqlenecekler ki. Bunlarin hamisi cox utanc vericidir.


Kimdən: Cahangir Haradan: Baki
16.10.2008 22:46

Salam. Bir seyi anlamaq lazimdir ki, ne Amerikaya, ne ASBA-ya demokratiya filan lazim deyil. Onlara neft lazimdir nefttt.

Bizim 2 yolumuz var. Ya manqurd kimi basimizi asagi salib tabe olmaq. Ya da ki mubarize aparib olmak. Bali olmak.

Cunki bu iqtidar dunya dagilsa bele hakimiyyeti vermeyecek. Lazim galsa qan da tokecek. Evvelki seckilerde bunun sahidi olduk. Eli Kerimli demisken "Uca milletim" ayaga galxmalidir.

Amma gozel atalar sozu var: Olme esseyim olme yaz geler yonca biter.


Kimdən: kamran Haradan: baki
16.10.2008 19:36

Bele bir hesabatala beynelxalq teshkilatlar Azerbaycanda tam nufuzunu itirdi.
Verecekleri tovsiyyeler de ele kagiz kimi qalacaq hokumetin toz basmish shkaflarinin refinde.
eslinde, men teklif edirem ki, Rusiaya oldugu kimi bizde de ATET/DTIHB ve bu tip tesjkilatlari sechkileri mushahide etmeye buraxmasinlar. Chunki, sonda onsuz da netice deyishmir, mushahidechiler gelib yaxshi yeyib-ichib, gezib dolanib gedirler.


Kimdən: Turgut Haradan: Baki
16.10.2008 19:25

Yene sican-pishik oyunu


Kimdən: Mübariz Haradan: Bonn
16.10.2008 19:08

Män ATÄT in Müshahidä Missiyasi bäyananatini qabul ediräm. Azärbaycanda bu qädär sechginin irällämäsinin säbäbini YAP qarshisinda ciddi bir Müxalifät olmadigina bagliyiram. Göräsän YAP in qarshisinda Azadliq bloqu chixish etsäydi sechgidä bu qädär iräläyish olarmiydi?

İsmarışlar 1-6 (6)