Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Can Bakı

Bu yol bizi hara aparır?

«Can Bakı» proqramının qonaqları - filosof Rəhman Bədəlov və şair Rüstəm Behrudi

16.10.2008

Dinlə

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları - tanınmış filosof Rəhman Bədəlov və ünlü şair Rüstəm Behrudi ilə bu suala cavab tapmağa çalışdıq. 
 
Rəhman Bədəlovun fikrincə, hansı yolla gedəcəyimizi düşünən insanlar seçir: «Söhbət ondan getmir ki, hamı filosofların dediyini etməlidir. Məsələ bundadır ki, müxtəlif düşüncəli adamların inteqralı yaranmalıdır. Cəmiyyətdə təzadlar olmalıdır ki, o fikirlər açıq, azad səslənsin. Bu fikirlər məxrəcdə birləşib, yol göstərməlidir. Amma bu yolla həmişə gedə bilməzsən. Əgər bu yolu daim təhlil edə bilərsənsə, yolunu davam edəcəksən».

«Bu nə yoldur gedirəm» şeirinin müəllifi Rüstəm Behrudi isə mövzuya fərqli yanaşır. Onun fikrincə, dünya nə qədər surətlə qloballaşmağa doğru gedirsə, insan da bir o qədər tənhalaşmağa doğru gedir: «Məncə, insan cəmiyyətdən ayrı yaşaya bilər. Fəlsəfədə belə bir anlayış var - özü özündə bir şey olmaq. İnsan özü-özündə bir şeydir. Hətta Allahla, ətraf mühitlə əlaqəsi kəsilsə belə, yaşaya bilər. Yəni, hər bir insan özü getdiyi yolu seçməlidir».

Rüstəm Behrud demokratik quruluşu qəbul etmir: «Təsəvvür edin ki, bir ölkədə seçkilər keçirilir. 100 adam səsvermədə iştirak edir. Onlardan 60-ı bir namizədin lehinə, 40-ı isə əleyhinə səs verir. Təbii ki, çoxluq qalib gəlir. Hökmranlıq çoxluğun əlindədir. Hökmranlıq olan yerdə azadlıq olmur. Deməli, demokratiya düzgün idarə vasitəsi deyil».

Rəhman Bədəlov isə şairin bu fikri ilə razılaşmadı. «Mən demokratiya tərəfdarıyam» – deyən filosof belə hesab edir ki, demokratik ölkədə əsas persona yox, prosedurdur: «Elə etmək lazımdır ki, normal prosedur olsun. Normal prosedurda, hətta pis adam seçilsə belə, yenə üstünlüyü var».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Ilqar Haradan: Baki
17.10.2008 16:47

Cənab Behrudi,siz söz janqlyorluğu ilə məşğulsunuz.Demokratiya yalniz seçkilərdən ibarət deyil.O həmdə,söz və fikir azadlığı ,azad seşim,insan azadlığı,isan hüquqlarının qorunması,vətəndaşların dinindən,irqindən,milliyətindən,tutduqları vəzifələrindən asılı olmayaraq bərabər hüquqlara malik olması deməkdir.


Kimdən: aydin azad Haradan: guney azerbaycan
16.10.2008 22:52

chagirdiginiz qonaqlara gore chox sag olun. mence qonaqlariniz iki shayir ve ya iki filosof olsaydi daha da yaxshi olardi.

İsmarışlar 1-2 (2)