Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verilişlər / Xəbər-ətər

Növbəti beş ildə bizi nə gözləyir?

Əli Kərimli deyir ki, 2010-cu ilin parlament seçkilərində ciddi mübarizə olacaq

16.10.2008

Dinlə

Oktyabrın 16-da «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramında haqşünas Hafiz Həsənov, politoloq Ərəstun Oruclu, İlham Əliyevin vəkili Musa Qasımlı və AXCP sədri Əli Kərimli bu sual ətrafında müzakirələr aparıblar.
 
Musa Qasımlı deyir ki, növbəti beş ildə xarici və daxili siyasətdəki uğurların davamı gələcək: «Ölkədə yoxsulluq azalacaq, sosial problemlər öz həllini tapacaq». Prezidentliyə namizədin vəkili fikirlərinin təsdiqi kimi bildirdi artıq vaxtı ilə ölkədən gedənlər indi geri qayıdırlar.

AXCP sədri Əli Kərimli mübarizəni bundan sonra davam etdiriləcəyini deyir. O, bildirdi ki, mübarizə aparmaq üçün şans qalır. Belə ki, 2010-cu ilin parlament seçkilərində ciddi mübarizə olacaq.

Hafiz Həsənov və Ərəstun Oruclu isə çox pessimistdirlər. Onlar mətbuat, müxalifəti, QHT sektoru çıxdaş olan cəmiyyətdə iqtidar daha da aqressivləşəcək.

Ə.Oruclu deyir ki, seçkidən sonra ölkədən gedənlər daha çox olacaq, nəinki qayıdanlar: «Bundan sonra vətəndaşlar hansısa dini qruplaşmaya qoşulsalar biz təəccüblənməməliyik».
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: yusif hacili Haradan: baki
16.10.2008 18:27

Azərbaycanda işlərin yolunda getməsi üçün bir xeyli iş görmək lazımdır. Yəni seçimə beş-altı ay qala deyil, hər bir seçimdən sonra nəticə çıxardaraq seçim maratonuna qoşulmaq lazımdır.
dünən seçim oldu hesabda. nə etmək lazımdır. özünü müxalifət adlandıran və ya müxalif fikirli hər bir kəs bir-bir təbliğat kompaniyasına başlamalıdır. sağlam və məntiqə cavab verən faktlara dayanaraq təbliğat aparmalıdır. həm burda məm də azərbaycan xaricində cəm halında yaşayan vətəndaşlarımızın olduğuğu yerdə.
ortalıqda bir ümumi problem var tutaq ki və bu problemdən durmadan şikayət edən fərqli qruplar və ya ictimai birliklər.
1 ci bu birliklər bir -araya gəlib bu ümumi problemi həll etməlidirlər, bunun üçün də bir-birlərinə qarşı toleranslı olmalıdırlar.
2 si problem həll edildikdən 1-2 ərzində yeni demokratik seçki üçün zəmin hüquqi zəmin hazırlamalıdırlar və seçimin nəticəsinə görə hakimiyyət paylaşılmalıdır.
azərbaycan balaca yerdir bu cür yerdə qohumbazlıq yerliçilik çox ola bilər ona görə hakimiyyət də parlament üsul idarə sistemi ilə yönətilməlidir.
prezident idarə sisteminə burada ehtiyac yoxdur.
bu gedər başqa biri gələr ve prezident üsul idarəsi bizim psixalogiyada olan yerlər üçün sadəcə bəla ola bilər. yəni hər gələn qır-saqqız olub yapışar millətin xəttəyindən.

nəticə olaraq,

1.bütün müxalif düşüncələr öz aralarındakı ziddiyyəti bir tərəfə qoyub ümumi problemin həllində birləşməlidir və ümumi problemi həll etməlidir.
2. ümumi problem həll olunduqdan sonra yeni demokratik parlament seçimi üçün hüquqi zəmin hazırlanmalı və 1-2 il içərisində seçimə gedilməli
3. demokratik yolla seçilmiş parlament əsas idari sistem kimi baş naziri və onun kabinetini təyin etməli prezident üsul idarəsi ləvğ edilməlidir.







Kimdən: babek
16.10.2008 18:13

elbete ki dirnag arasi sechginin sonuncu belliydi. avtoritar rejimi devam edecek. yasiziq Azerbaycan.


Kimdən: Azad Haradan: Bakı
16.10.2008 17:08

Növbəti 5 ildə 2013 -cu ildəki Prezident seçkiləriniə daha orjinal planları hazırlanacaq.


Kimdən: Hebibe Haradan: Baki
16.10.2008 16:02

Novbeti 5 ilde cox shey ola biler, hetta hakimiyyet deyishikliyi de...

İsmarışlar 1-4 (4)