Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

«İlham Əliyev 103 faiz səs yığa bilərmi?»

«Bu seçkini nə Vaşinqton tənqid edəcək, nə də Avropa Birliyi»

15.10.2008

«Türkish Daily News» zarafatla yazır ki, İlham Əliyevin seçkini udub-udmayacağı maraqlı sual deyil.
 
Keçən seçkidəki 76 faizdən çox səs yığıb-yığmayacağı da maraqlı deyil. Maraqlı olan budur - İlham Əliyev 103 faiz səs yığa bilərmi?  
 
Qərbin informasiya agentliklərinin Azərbaycandakı prezident seçkisindən verdiyi məlumatlarda bir ümumi fikir var - həqiqi müxalifət seçkini boykot etdiyinə görə, seçki real olaraq alternativsizdir. İndiki prezident İlham Əliyev bu rəqabətsiz seçkini udacaq.
 
Seçkiyə 400 müşahidəçi göndərmiş ATƏT-dən «Assoşeyted Press»ə deyiblər ki, sıravi seçiciyə real seçim imkanı verilmədiyinə görə, onlarda bu seçkiyə maraq azdır. Agentlik xatırladır ki, ATƏT hələ seçkidən qabaq seçki prosesindəki əngəllərə görə, Azərbaycan hökumətini tənqid etmişdi. Məsələn, bu tənqidlərdən biri müxalifətin mitinqlərinə imkan verilməməsi ilə bağlı idi.
 
«Assoşeyted Press» yazır ki, Azərbaycanda bir çoxlarının fikrincə, hakimiyyət seçki yolu ilə formalaşmır, yəni demokratiya deyil, daha çox monarxiyadır.
 
Bakıda Vüqar adlı bir nəfər «Assoşeyted Press»ə deyib ki, «bu, seçki yox, şoudur. Hər 5 ildən bir ortaya yeni adamlar çıxarırlar, ancaq heç kim bilmir ki, onlar kimdir». «Bəs şou kimin üçündür?» Vüqar deyir ki, «Azərbaycanda heç kimin vecinə deyil. Bu şou Avropa Birliyi və Amerika üçündür».
 
Seçkini boykot edən müxalifət Qərbi günahlandırır ki, Azərbaycanda demokratiyanın əzilməsinə görə, iqtidara təzyiq etmir, demokratiyanı sabitliyə və neftə qurban verir.
 
Almaniyanın «DPA» Agentliyi isə yazır ki, Əliyevlərin 40 illik hakimiyyət sülaləsi 5 il də uzanacaq. Agentliyin fikrincə, daha çox apatiya doğuran bu seçkilə bağlı beynəlxalq aləmdə yalnız bir sual var -  yenidən prezident seçiləcək İlham Əliyev Vaşinqtonla Moskva arasında tarazlığı necə qoruyacaq? Bu sual Gürcüstanla Rusiya arasında hərbi münaqişə fonunda daha kəskin şəkildə durur.
 
«Frans Press» isə yazır ki, strateji neft-qaz ölkəsi Azərbaycan Əliyevlərin hakimiyyətində qalır. Və eynilə «DPA»nın söylədiyi fikirləri təkrarlayır ki, bu seçkilə bağlı yeganə qaranlıq qalan odur ki, İlham Əliyev Moskva ilə Vaşinqton arasında - bu təlatümlü sularda Azərbaycan gəmisini necə idarə edəcək?
 
Keçən prezident seçkisində İlham Əliyevin əsas rəqibi olmuş, indi isə seçkini boykot edən İsa Qəmbər «Frans Press»ə deyib ki, «bu, İlham Əliyev rejiminin seçilməsinin imitasiyasıdır. Demokratiya istəyənlərin hamısı seçkiləri boykot edir».
 
«Frans Press»in müxbiri seçicilərə sual verib - onlar kimə və niyə səs verirlər? Fəridə adlı bir pensiyaçı agentliyə deyib ki, İlham Əliyevə ona görə səs verir ki, o, atası Heydər Əliyevin yolunu davam etdirir. 18 yaşlı Samir adlı seçici isə deyib ki, «kimə səs verəcəyini bilmir, çünki namizədlər arasında yeganə tanıdığı İlham Əliyevdir, ona isə səs vermək istəmir. Kiminsə adının qabağına quş qoymaq xatirinə seçkiyə getməyə isə dəyməz».
 
«Frans Press» İlham Əliyev haqda yazır ki, o, 5 il əvvəlki seçkidən daha güclüdür. Çünki bu 5 ildə müxalifəti əzib. Heydər Əliyev onu öz yerinə qoyanda, müxalifətdəkilərin çoxu fikirləşirdi ki, İ.Əliyev hakimiyyətdə çox qala bilməyəcək. İlham Əliyev onların yanıldığını sübut etdi.
 
«Eurasia View» isə yazır ki, Bakıda seçkidən qabaq bir çox adamdan soruşublar ki, seçkiyə gedəcəklərmi? Əsasən gənclər cavab veriblər ki, hələ bilmirlər. Onların gətirdiyi izah isə bu olub ki, əmin deyillər ki, səsləri saxtalaşdırılmayacaq.
 
«Türkish Daily News» güman edir ki, bu seçkini nə Vaşinqton tənqid edəcək, nə də Avropa Birliyi. Çünki hazırda Azərbaycanı öz tərəfinə çəkməkdə Qərblə Rusiya arasında mübarizə gedir. Qərb ehtiyat edəcək ki, seçkinin tənqidi Azərbaycanı Rusiya tərəfə itələyə bilər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (27)
Kimdən: Hidayet Haradan: Baki
22.10.2008 13:34

Bes gerb ne deyir? Gerb deyirki cibim dolsun! Azeride ve gurcude berbad olur-olsun!!!


Kimdən: Rafiq Haradan: Baki
20.10.2008 14:06

103 azdı bizda lap cox olar. Ayıb deyil ?


Kimdən: meherrem Haradan: baki
19.10.2008 13:25

rəşad qardaşım mənə belə gəlir ki,azərbaycanın gələcəyi sizin kimi gənclərin əlində olacaq.axı xaricdə təhsil alan,işləyən gənclərin qanı rüşvət virusu ilə zəhərlənməyəcək.qaldı ki,azərbaycandakı vəziyyətə,azərbaycanı idarə edən ramiz mehdiyevdir.ilham əliyev sadəcə olaraq icraçdır...


Kimdən: p
19.10.2008 01:28

Burda gülməli heç nə yoxdur. 2005-ci il parlament seçkilərində 1500 adamın qeydiyyatda olduğu səsvermə dairəsindən 1800 bülleten çixa bilir, 103% ola bilməz?


Kimdən: Genc Azerbaycanli Haradan: Baki
18.10.2008 22:46

Deyirem bizim millet tarix boyu esaretda qalmaga oyrasib.Indi de Aliyevlerin esaretindeyik.Ele bil yena hami yuxuya gedib.Bir nafar lazimdi hamini oyadsin.Amma o hele yoxdur.


Kimdən: Qara Millet Haradan: AnamAzerbaycandan
18.10.2008 02:15

Untanmirlar, Qara millete eziyyet etdikleri bes doyul!!! indi de onlari mesxereye qourlar. Yazix xalqim, yeqin ne vaxtsa bu sheraitden qeyretli biri (dil Pehlevani yox haa) yetishecek. Eger kim ozunu ele shexs gorurse men, qara milletden salam olsun ona....


Kimdən: vuqar Haradan: baki
17.10.2008 23:46

men bu suala cavab olaraq bildirmek isteyirem ki bu faiz meselesinde 103 yox 500 de ola bilerdi en azindan ona gore ki namizedler secki qabagi kompaniyada 10 faizden yuxari ses yigdigi halda neticelerde 2 faiz gosterildi bu mence mentiqsiz bir seydir


Kimdən: Mugabe Haradan: Harari
17.10.2008 23:09

agar 1998 ilda Heyder Eliyeve agdamlilarin 108 %sas vermisdilar, ogul balaya 103% hecnadi.


Kimdən: Firuz Rza Haradan: Bakı
17.10.2008 16:44

Bu asılıdır cənab R.Mehdiyevin göstərişindən və cənab M.Pənahovun fərasətindən.
Tanrı hər ikisinə uzun ömür versin.


Kimdən: RASCHAD Haradan: DUSSELDORF
17.10.2008 00:53

EZİZ QARDASLARİM
Deyesen siz meni sehv basa dusdunuz men Almaniyada yasamiram sadece isimle elaqeder olaraq muntezem gelib gedirem.Men Azerbaycan Respublikasi Prezidenti yaninda Dovlet idarecilik akademiyasinin beynalxalq muansibetler fakultesinin 3cu kurs telebesiyem ve hal hazirda Berlindeki sefirliyimizde praktikadayiq artiq 4cu defedirşMen sizin bezi yazdiqlarinizla raziyam.Amma men sizleri Azerbaycana devet ederdim ki, burdaki iqtisadi inkisafi gorerdiniz, tembole dunyanin bu avxtinda maaliye bohrani vaxtinda. Babek bey men heckimin seref ve leyaqetine toxunamdim xahis edirem sizde menimle qarsiliqli muansibetde olun.Hekimede qalsa Azerbaycan hekimelri Almanlardan 1000defe yaxsidi.duzdu indi bizde elede cox texnologiyalar yoxdu Almaniyada var.Amma unutmayinki hekimlerimizde onlardan geri qalmirlar.Sadece olaraq tehsilde ve sehiyyede olan rusvetxorluq bunu bele edir.Odaki onu usaqda bilirki rusvetxorluq korrupsiya RAK KREBST xesteliyi kimi bir seydir onu kokunden kesmek olmaz, sadece ona qarsi mubarize aparmaq olar.Azerbaycanda oz elinden geldiyi qeder mubarize aparirşBasqa sozu olan yahoo messengerde online debat apara bielr menimle. raschad066@yahoo.de
TESEKKURLER.SABAH BAKIDAYAM.INSALLAH DEKABRIN 10u YENIDEN BURA QAYIDACAM

İsmarışlar 1-10 (27)