Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

«Mən minbaşıyam»

Ölkə üzrə 5 mindən çox seçki məntəqəsində səsvermə səhər saat 8-də başlayıb və axşam saat 7-də başa çatıb

15.10.2008

«Mən minbaşıyam»-, 10 saylı Binəqədi seçki dairəsinin 8 saylı məntəqəsinin qarşısında özünü Məmməd Şərifov kimi təqdim edən şəxs «Azadlıq» radiosunun müxbirinə belə deyib. O, bu seçkiyə 800 adam gətirdiyini söyləyib. Hazırda həmin məntəqədə səslərin sayılması prosesi gedir.
 
Digər əməkdaşımız 17 saylı Yasamal seçki dairəsinin 2 saylı məntəqəsində xeyli sayda beynəlxalq müşahidəçinin olduğunu və bu vaxta kimi ciddi qanun pozuntusunun qeydə alınmadığını xəbər verir.

Ölkə üzrə 5 mindən çox seçki məntəqəsində səsvermə səhər saat 8-də başlayıb və axşam saat 7-də başa çatıb. MSK sədri nəticələrin səsvermə başa çatandan 3-4 saat sonra bilinəcəyini deyib.