Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

Vahid Ələkbərov 8 milyard kasıbladı, ancaq optimistdir

Ələkbərov deyib ki, səhmlərin ucuzlaşmağından istifadə edib, yeni səhmlər almaqla «Lukoyl»dakı payını artıracaq

14.10.2008

İndiki maliyyə böhranı «Lukoyl»un prezidenti Vahid Ələkbərovun var-dövlətini 3 aya 8 milyard dollar azaltdı. Onun «Lukoyl»da payı 20 faizdir, şirkətin səhmlərinin qiyməti isə 58 faiz düşüb. Ancaq Ələkbərov səhmlərini satmaq istəmir, «Röyters» agentliyinə deyib ki, əksinə, səhmlərin ucuzlaşmağından istifadə edib, yeni səhmlər almaqla «Lukoyl»dakı payını artıracaq. O, niyə belə edir? – çünki inanır ki, dünya indiki böhrandan çıxacaq.
 
Amerika maliyyə böhranı ilə mübarizəyə 700 milyard dollar, ardınca Fransa, Almaniya, Britaniya birlikdə bir trilyon dollar ayırandan sonra indi Amerikanın Mərkəzi Bankının sədri Ben Bernanke «The Wall Street Journal»da yazır ki, bu böhranın öhdəsindən gəlməyə Qərbin gücü çatacaq.

İqtisadiyyat üzrə 2008-ci ilin Nobel mükafatı alan Pol Kruqman isə «New-York Times»da yazır ki, dünyanın maliyyə sistemini hələlik də olsa, Britaniyanın baş naziri Qordon Braun xilas etdi. Onun fikrincə, Britaniya Amerikanın iqtisadi rəhbərlərindən fərqli olaraq aydın düşüncə göstərdi. Braunun və onun maliyyə naziri Alistair Darlinqin qətiyyətlə həyata keçirdiyi ideya odur ki, hökumət çökən banklarda həlledici pay alsın. Britaniya hökuməti 3 bankda nəzarət zərfini aldı, indi Amerika hökuməti elan edir ki, vəziyyəti pis olan 9 bankın səhmlərini alır və buna 250 milyard dollar verir.

Kruqman Braunu niyə tərifləyir? – Çünki alternativ ideya çox cəlbedici idi və Amerika Konqresində də bunun xeyli tərəfdarı var. İdeya budur ki, pulu banklara yox, birbaşa ipoteka borcunu ödəyə bilməyənlərə versinlər. Soruşurlar ki, hökumət niyə xalqın pulu hesabına banklara kömək etməlidir? Ancaq Kruqman yazır ki, bu ideya həyata keçsəydi maliyyə böhranı zəifləməyəcəkdi və banklar ümidsiz vəziyyətə düşəcəkdi.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1 (1)
Kimdən: Natiq M Haradan: Sumqayit
16.10.2008 14:40

Azerbaycan hokumeti ilkin olaraq 100.000.000 AZN ayirsa banklar ozlerine gele bilerler. Men ozum bank emekdashiyam,istehlak kreditleri mehdudlashandan beri,bir chox satish menteqeleri muflis olmaq derecesindediler.100-le adam ishsiz qalib ve ya qalacaq.Bu sosial felaketdir,amma qarshisini chox asanliqla almaq olar.

İsmarışlar 1 (1)