Aktual
Aşura
qaz böhranı
işgəncə
Baş səhifə
Verilişlər
Multimedia
Tezliklər
Yayım cədvəli
Abunə
Əlaqə
Haqqımızda
Cümə axşamı, Yanvar 08, 2009 Bakı vaxtı 15:18
Qısa xəbərlər
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Dünya
Kontekst
İlin yekunları
Xüsusi reportaj
Bloqlar
Podkast
RSS
Dinlə
Canlı efir
Real Audio
Windows Media
Son xəbərlər
Yayım cədvəli
Yardım
Günün SMS-i
«Can Bakı»
«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
Rubrikalar
100 il geriyə
Şahnaz Qulami 6 ay azadlıqdan məhrum edildi
«Cəhənnəmi görmək istəyən plaskarta minsin»
«Cəzalandırılacaqlar» və ya dövlət idarəçiliyində səlahiyyət
İranda geyim qadağası
Sorğu
... ... ...
İqtisadiyyat
«Hərə özünə gün ağlayanda, hamının günü qara ola bilər»
Amerikada başlamış böhran dünyanın kredit bazarına 1 trilyon 400 milyard dollar ziyan vuracaq
10.10.2008
Elxan Nəsibli
Amerikanın kredit böhranı Avropaya çatanda bu qitənin liderləri elan etdilər ki, bir-birlərinə kömək edə bilməyəcəklər. Bir sözlə hərə özü öz başını saxlasın. «
Financial Times
» belə yazır.
Bu addım 1997-ci ildə Asiya böhranı vaxtı Yaponiyanın baş naziri Riataro Haşimotonun təcili çağırılmış Asiya sammitindəki məşhur çıxışını xatırladır. Haşomoto demişdi ki, Yaponiya bütün Asiyanı xilas edə bilməz, Yaponiya yalnız özü-özünü xilas edə bilər.
«Financial Times» yazır ki, Avropa Yaponiyanın 10 il əvvəl etdiyi səhvi təkrar edir, beləki, qarşılıqlı kömək olmasa, böhran dərinləşəcək. Məsələn, İrlandiya yeganə Avropa Birliyi ölkəsidir ki, bütün bank əmanətlərinə 100 faiz təminat verib, yəni burda əmanətin batması söhbəti yoxdur. İrlandiyanın bu təkbaşına hərəkəti nəticəsində hamı pulunu o biri ölkələrdən çıxardıb, İrlandiyaya qoymağa çalışa bilər ki, bu da Avropa Birliyi ölkələrinin banklarına böyük problem yaradacaq.
Nobel mükafatı laureatı Cozef Stiqlits Avropa Birliyini İspaniyanın orta əsrlərdəki məşhur «məğlubedilməz armada»sına bənzədir. Yüzlərlə gəmidən ibarət bu armadanı tufan məhv etdi, çünki gəmilər koordinasiya olunmurdu.
Bir neçə il idi ki, dünya iqtisadiyyatında 60 illik iqtisadi inkişaf siklinin başa çatdığını və böyük geriləmə olacağını deyən məşhur Amerika investoru Corc Soros bu dəfə «
Wall Street Journal
» qəzetində yazır ki, Amerikanın ipoteka sistemi sarsılıb, buna yenidən baxılmalıdır və Danimarka modeli təklif edilir.
1795-ci ildə Kopenhagendəki böyük yanğından sonra həyata keçirilən bu model indiyə kimi bütün böyük böhranlardan salamat çıxıb. Bu modeldə Amerikadakı kimi hökumət nəzarəti yoxdur, bu sistemdə hər şey aşkardır. İpotekaya pullar isə standart şəkildə müəyyən olunan xüsusi istiqrazların satışından əldə olunur. Evi borca alan şərt deyil ki, banka borcunu qaytarsın, o müəyyən olunmuş sayda istiqraz da ala bilər. Bunun fərqi və üstünlüyü nədir? Evin qiyməti düşəndə istiqrazların da qiyməti düşür və ev sahibi lazım olan sayda istiqrazı daha ucuz alır. Bu sistemdə ev sahibi demək olar ki, heç vaxt böyük zərərə düşmür.
«Financial Times» başqa bir məqaləsində yazır ki, Rusiya hökumətinin banklara kömək üçün ayırdığı 37 milyard dolların köməyi olmaya da bilər. Çünki Rusiyanın iqtisadi-siyasi sistemi elədir ki, bu kömək gedib xırda banklara çatmayacaq.
«
Economist
» jurnalı isə dünyadakı ümumi vəziyyəti belə təsvir edir: «Beynəlxalq Valyuta Fondunun yeni hesablamasına görə, Amerikada başlamış böhran dünyanın kredit bazarına 1 trilyon 400 milyard dollar ziyan vuracaq. Bu, fondun əvvəlki ehtimalından 50 faiz çoxdur. Amerikada ildə 9 faiz sürətilə artan kredit bazarında bu sürət 9 dəfə azalacaq. Kredit azalanda, əhali kredit ala bilməyəndə, mallar satılmayacaq, mal satılmayanda istehsal azalacaq, işsizlik yaranacaq.
Share:
Sharing nədir?
Şriftin ölçüsünü dəyiş
Çap et
Dosta göndər
Yazar arxivi
Avropa Bakı kəndlərini anlamağa başlayır
Saakaşvili alternativlər içində üzür
«Bu qərar ATƏT demokratiyasından ciddi şəkildə geri çəkilmədir»
İndi Azərbaycanı müqayisə etməyə ölkə qaldımı?
İslamı qorumaq lazımdır ya müsəlmanı?
Digər
CANLI EFİR
Real Audio
Windows Media
Peyk yayımı
«Azadlıq» radiosunu peykdən necə qəbul
etmək olar
Ən çox oxunan
1.
Muğam Mərkəzi neçəyə başa gəlib?
2.
Naxçıvanda «psixi dispanser» hədələri səngimir
3.
Keçmə yarımçıq körpüdən…
4.
«30 faiz ucuzlaşma heç nəyi dəyişməyəcək»
5.
«Azadlıq»ın susdurulması azadlığı yaxınlaşdıracaq