Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

«Azərbaycanda bəzi banklar müflis ola bilər»

«Dünyada maliyyə böhranının dərinləşməsindən asılı olaraq bunun təsiri özünü bank sferasında göstərəcək»

08.10.2008

Dinlə

Həsən metronun «Nizami» stansiyasının yaxınlığında, özünün mobil telefon dükanının qarşına kətil qoyub bekar oturub. Dünyada maliyyə böhranı başlayanı onun da müştəriləri azalıb, çünki banklar istehlak malları, eləcə də telefon üçün də kredit vermirlər.

- Əvvəl heç olmasa, gündə bir–iki telefon satırdıq, camaat kreditlə alırdı, indi heç alan yoxdur.
- Yaxşı, bəs necə işlədəcəksiz mağazanı?
- Nə bilim, ümidimiz Allahadır, deyirlər ki, seçkidən sonra bərpa edəcəklər.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Həsən seçkini gözləməsin, Azərbaycan bankları kreditləri dünyadakı maliyyə böhranına görə, dayandırıblar. Məsələ burasındadır ki, Azərbaycanda bankların çoxu özləri xaricdən kredit alırlar, bu pulla kredit verirlər. İndi xaricdəki banklar böhran keçirir deyə, Azərbaycan bankları da kredit verə bilmirlər. Xaricdən borcalma bankları beynəlxalq maliyyə böhranı ilə daha sıx bağlayır. Q. İbadoğlu dünyadakı böhrandan qorunmaq üçün bankların güclənməsini vacib sayır:

«Yaxşı olardı ki, banklar yalnız kassa kimi pul almaq və onu kreditə vermək əməliyyatı ilə məşğul olmasınlar. Bankların özünün investisiya fəaliyyəti olmalıdır. Təəssüf ki, bizim bankları daha çox vəsaitləri borc şəklində götürmək və sonra onu kredit vermək maraqlandırır».

Başqa bir iqtisadçı Azər Mehtiyev isə deyir ki, Azərbaycanda banklar siyasi hakimiyyətin təsiri altındadır, bu bankların müflis olma ehtimalı azdır, amma dünyada maliyyə böhranı uzansa, vəziyyət dəyişəcək:

«Dünyada maliyyə böhranının dərinləşməsindən asılı olaraq bunun təsiri özünü bank sferasında göstərəcək və Azərbaycanda müəyyən bankların müflis olma ehtimalı var».

A.Mehtiyev deyir ki, bu təhlükə daha çox kiçik banklar üçündür.

Bakıdakı iri bankların bir neçəsindən soruşdum ki, maliyyə böhranı onlara təsir edib? Dedilər ki, İqtisadi İnkişaf nazirinin müsahibəsindən sonra mediaya cavab vermək üçün gərək fikirləşsinlər. İqtisadi İnkişaf naziri Heydər Babayev deyib ki, banklar üçün heç bir problem yaranmayacaq, onlar belə şəraitdə işləməyə öyrəniblər. Nazir bildirir ki, neft gəlirləri ölkədə maliyyə böhranı yaranmağa imkan verməyəcək.

Amma Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak «Azadlıq» radiosuna deyir ki, böhran uzunmüddətli olsa, bu, birinci neft gəlirlərinə təsir edəcək:

«Yaxın perspektiv üçün Azərbaycana dünyadan iqtisadi təhlükə yoxdur. Amma əgər dünyadakı iqtisadi tənəzzül uzunmüddətli olsa, neftin qiyməti indikindən daha çox ucuzlaşsa, gəlirlər azalacaq, bu, hər şeydən əvvəl Neft Fonduna təsir edəcək və yəqin ki, dövlət xərclərini yenidən nəzərdən keçirmək lazım gələcək. Hazırda bu xərclər kifayət qədər çoxdur».

Q.Yedjeyçak hökumətin iqtisadi böhrandan qorunmaq üçün qısa müddətli tədbiri kimi Milli Bankın banklara nəzarəti artırmağını göstərir. Uzun müddət üçün çıxış yolu isə iqtisadiyyatın başqa sahələrini inkişaf etdirmək, ölkəni xaricdən pul gətirən neft sektorundan asılı qoymamaqdır.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Mübariz Haradan: Bonn
12.10.2008 17:21

Deyäcäksiniz bu shäxs yazi üstünä yazi yazir. Dünyada olan bitänlär här gün däyishir ona dair xäbärlärdä här däfä chixmadigindan yazi üstünä yazi yaziram.
Bizim alishiq oldugumuz ABSH da bash verän Katirina Tornada firtinalari chixir här zaman. Bu däfä ki firtina yenä ABSH dan chixdi vä bütün dünyayida ichinä alib darmadagin etmäkdädir. Sözün dogrusu Dünyada'ki Bank krizini ilk bashdarda ciddiyä almadim bundan daha öncäläridä bir nechädäfä oldu vä sorunun öhdäsindän gäldilär. Bu däfä ki bu firtinali kriz täk banklari deyil dövlätläridä tähdid etmäyä bashdadi. BMT nin bäyanatina görä Yeni Zelandiya dünyanin än yüksäk säviyyädä yashiyan dövlätiydi. Bu gün Yeni Zelandiyya dövläti iflas etmish bir dövlättir artiq. Almanya dövläti Bank'lara 400 milyard avro kömäk etmäyi qararlashdirmaga hazirlanir. Xanim Merkel dünyada hälä belä bir shey görülmädi deylä bäyanat verir. Dünyanin än böyük mashin fabrikalarindan biri olan BMV belä ishci chixartmaga davam edir. Volvada hämchinin. ABSh dan gälän bu firtina dövlätläri Banklari shirkätläri dünyanin än böyük fabrikalarini belä iflasin äshdiyinä gätirirkän. ABSH Prezidenti W.Bush nä qädärdä desä kömäk özünü uzun müddätdä göstäräcäk . Göräsän nä qädär dogru bir bäyanattir bu? Ish uzun müddätä qaldi isä sonuc dünya üchün chox qorxunc ola bilär. Dünändän etibarän kriz Hindistan Chin vä birdä Säudiyyä Äräbistanada chatti artiq. Bizimkilär bizim neftimiz var bizä kriz toxunmaz deyirlärdi. Säudiyyä här gün dünyaya 12 milyon barel neft satir . Bu necä olur ki bu firtinali kriz Säudiyyäyä toxunurda bunlara toxunmurmush. Rejimin dediyinä görä 12 Milyard Manat büdcäläri var. Bunlarin söylädiyi komik räqäm äräb sheyxlärinin cib xärcdiyinä dänk bir büdcädir. ABSh milyarderi Qatesin pulunun 5 biri Dubay sheyxinin bankdaki pulu Burney dövlätinin sultaninin pulunun 5 dä bir qädär büdcäsi olan bir dövlät necä oldu ki bu krizdän payini almadi göräsän? Öncäki gün Yapon'yanin böyük Sigorta shirkätlärindän biri 1 milyard 500 min Dollar borcdanaraq iflas etti. Bütün dövlätlär krizi önlämäk üchün var gücüynän chalishirlar yenä qabagini ala bilmirlär. Rejim isä hech bir cähd göstärmädän bizä hech bir shey olmur deyirlär. Yalan özüdä chox böyük yalan danishirlar!
Rejim sechgi qabagi ishi achiga chixardib agartmaq istämir. Biraz gözdäyin göräcäksiniz än chox bu kriz bizi vurdu. BMT nin achiqlamasina görä bu kriz än chox yeni inkshaf etmäkdä olan dövlätläri vuracaq.


Kimdən: Mübariz Haradan: Bonn
10.10.2008 23:13

Mänim gözdädiyim sheylär göräsän azärbaycanda gärchäkläshäcäkmi?. Mänim bildiyim haram pullari Allah'i tala darma dagin edäcäyini bäyan edir Qurani Kärimdä. Ingiltärädäki Iran dogumlu birisinin bir gecädä 1 milyard 700 milyon dollar itirmäsi,,halalmidir haramidir bilmiräm,,. Bizim bildiymiz Azärbaycandaki haram pul yiganlarin sonunu gäldimi göräsän?


Kimdən: Natiq M Haradan: Sumqayit
09.10.2008 12:29

Men ozum bank emekdashiyam.Azerbaycanin kommersiya banklari chox zeifdi.Meselen:bizim en guclu bankimiz Beynelxalq Bankdi onun da nizamname kapitali cemi 125 mln $-di.(100 mln AZN).amma Qazaxstanin 3-cu,4-cu yerde olan banklari ABB-dan gucludu.
Bir de ki banklar kapitaldan chox eziyyet chekirler,bir choxu hele sabitlik dovrlerinde de ilin 6-7 ayi kreditleri ya qismen ya da tam dayandirirdilar.Banklara dovlet hokmen yardim etmelidir-Neft Fondundan kommersiya banklarina ilkin olaraq umumi 100 mln AZN guzeshtli kreditler ayrilsin ki banklar ozlerine gelsinler.neye gore banklar Avropadan kommersiya shertleri ile kreditler almaga mehkumdurlar.Kreditlerin mehdudlashdirilmasi onsuz da zeif olan kichik sahibkarlari daha da muflis ede biler.Bu da ishsizlik ve kutlevi naraziliga sebeb olacaq.

İsmarışlar 1-3 (3)