Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

«Bakıda seçkiqabağı atmosfer hiss olunmur»

Piter Semnebi

06.10.2008

Bakıda seçkiqabağı atmosfer hiss olunmur. Bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi oktyabrın 6-da Bakıda jurnalistlərə verdiyi açıqlamada bildirib:

«Media məsələləri bizim üçün çox vacibdir. Biz vəziyyəti yaxından izləyirik. Seçkilərə gəlincə, mən indi mühakimə yürütmək istəmirəm. ATƏT bu gün ikinci hesabatını açıqlayıb və biz seçkidən iki gün sonra son rəyimizi verəcəyik. Mənim gözümə dərhal dəyən o oldu ki, Bakıda seçkiqabağı atmosfer hiss olunmur. Mən indi gördüyümdən daha artıq siyasi fəaliyyət görəcəyimi gözləyirdim».

P.Semnebi deyir ki, ölkə rəsmilərilə həmçinin Gürcüstandakı müharibənin Azərbaycana təsiri məsələsini də müzakirə edib.

«Əlbəttə ki, Gürcüstandakı münaqişənin Dağlıq Qarabağla əlaqədar vəziyyətə təsiri var. Son hadisələr çözülməmiş münaqişələrin hansı təhlükəni daşıdığını ortaya qoydu».

AB təmsilçisi düşünür ki, münaqişə tərəfləri problemin yoluna qoyulması üçün addımlar atılmasının və səylərin yenilənməsinin zəruriliyini hiss edir. Onun sözlərinə görə, vəziyyət indi xeyli fərqlidir və Avropa Birliyi Gürcüstanla bir neçə həftə bundan əvvəl təsəvvür edə biləcəyindən qat-qat artıq məşğuldur.

Piter Semnebi Bakıya bir günlük səfərə gəlib. O, prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri, Xarici İşlər naziri və ATƏT seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-2 (2)
Kimdən: Ilqar Haradan: Baki
10.10.2008 18:01

Nece hiss oluna biler ki, muxalifet sheher meriyasindan mitinqcin yer isteyir ,o da yox deyir.Zalim oglu ele bil, YOX sozunden bashqa bir soz bilmir.Men muxalifete teklif ederdim ki, mere bele mektub yazsin: Hormetli mer muellim, sheherin merkezinde mitinq kecirsek narazi olmazsinizki.O da sise adeti uzre YOX yazacaq.Onda sizde istediyiniz yerde mitinq kecire bilersiniz.


Kimdən: Rafiq Haradan: Baki
07.10.2008 09:06

Piter Semnebi Siz neca başa duşmursuzki biz odda yanmiriq biza demokratiya lazim deyil.Siz boş danişiqdan na vaxt bezib iş goracaksiniz.Axi bazan soz bitir,iş gorun.................

İsmarışlar 1-2 (2)