Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Rubrikalar / Təbriz Ekspress

Tələbələri Təbriz həbsxanasına gətiriblər

8 azərbaycanlı tələbə

01.10.2008
İranda həbs olunmuş 8 azərbaycanlı tələbə fəal ETTALAT-ın Təbrizdəki həbsxanasına göndərilib, təkadamlıq kameraya salınıblar. Ailələri ilə görüşlərində bildiriblər onlar həbsxanada işgəncəyə məruz qalırlar.
 
Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib. Amma, bundan sonra bir neçə tələbə fəal da saxlanılıb.

2008-ci iyul ayından başlayaraq İranda azərbaycanlı tələbə fəalların silsilə həbsləri həyata keçirilib. Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Komitəsinin məlumatına görə, onlar İran konstitusiyasına müvafiq olaraq ana dilində təhsil hüququnun tələb edir, azərbaycanlıların mədəniyyət və tarixi günlərinin keçirilməsini istəyirlər.

Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib
Həbs olunanlardan Səyyad Radmehr Təbriz universitetinin mexanika mühəndisliyi fakültəsinin tələbəsidir, onun dostları Feraz Zahtab və Aydın Hajey hüquq fakültəsində oxuyur və İslam Tələbə Assosiasiyasının üzvləridirlər, onların hamısı 2008-ci ilin iyulun 17-də həbs olunub. Bununla yanaşı təhlükəsizlik qüvvələri onların və yaxınlarının evlərində axtarışlar həyata keçiriblər.

Digər tələbə Dariuş Hatəmi isə iyulun 17-də həbs edilib. Avqustun 13-də saxlanılan tələbə fəal Əmir Mərdani tutulduqdan sonra ailəsi ilə telefon danışığında deyib ki, o, təhlükəsizlik orqanları ilə əməkdaşlıq təklifini rədd etdiyi üçün dözülməz işgəncələrə məruz qalıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə İrandakı həbsləri pisləyən bəyanatlar verib və hökumətdən fəalları azad etməyə çağırıb.  
Bu forum dayandırılıb
     
İsmarışlar
Kimdən: Sevil Şəhər: Meşgin ( Xiyo)
02.10.2008 20:21
Eşqi Boyuklərin, dərdi də Boyuk,
Dağlari Eridən, iğid Er Gerək,
Sənə Oz Evin Ocağin Boyda Yox
Azerbaycan Boyda Bir Sənger Gerək.
(Xəlil riza uluturk)

Kimdən: Savalan Şəhər: ərdəbil
01.10.2008 22:45
Bu Həbslər heçdə bizi tutduğomuz yoldan dondərə bilməyəcək,Ola bilərki iranin diktatur hakimleri həbs-işgəncə-surgun...bir sozlə zurla muvəqqəti nailiyətlər əldə edə,Ama Bunu bilməlidir ki Guney Azərbaycan Milli Hərəkəti Bir Ideolojia deil boşa çixa,Bəlkə Bu Bir millətin insan haqlarinin berpasi yolunda gedən bir hərəkətdir.Hakimiyyətin Basqilar Bizi daha Mubariz Yolumuzda İnamli Edir.Bir Gun Gulər Azərbaycan...Yaşasin Azadliq, Yaşasin Azadliq Radiosu ki Guney Azərbaycanlı Milli Fəallara Olan Basqilara Yad Qalmaibdir.

Kimdən: Konul Şəhər: Los Angeles
01.10.2008 21:18
Men iranda yashayan AZERBAYCANLILARIN gosterdiyi qeyrete HEYRANAM... 100 iller kechse bele MUBARIZElerini davam edirler... halbuki GARABAGHIMIZ daha bu yaxinlarda "elden gedib", artiq yaddan chixmaq uzeredir.

CENUBI AZERBAYCANLI QARDASHLARIMIZ, az qalib artiq , GUNEY ve QUZEY- SHIMALI ve CENUBI AZERBAYCAN INSHALLAH ki birlesib bir BUTOV AZERBAYCAN'a donushmesine.

Kimdən: Araz
01.10.2008 16:27
Men bir güneyli telebeyem. Azadliq raduosundan bu xeberleri yaydığığ üçün teşekkür edirem. Guzeyde olan bütün medyalaradn xahiş edirik ki xeberleri vaxtında yaymaqla güneli öyrencilere yardım etsinler. www.oyrenci.com

Kimdən: Mübariz Şəhər: Bonn
01.10.2008 14:57
Iran chox xalqlar yashayir. Ancaq son illärdä Iran Islam Cumhiriyäti Iran'da yashiyan millätimizä qarshi chox särt davranir. Nädän? farsizimi qabul etmädikläri üchünmü?
Yoxsa Rus dostariynan anlashib Azärbaycanmizi iki yerä bölüb yarisi bizim yarisi dostumuz sizinmi siyasäti izdiyir.
Män heyrätä düshüräm hansi farsnan daishirsansa Baki'nin onlarin shähäri olduqlarini söylüyürlär vä Azärbaycanda bunlariniymish kimi görürlär.
inanin istiyir yüksäk tähsilisi olsun istiyir hech mäktäb oxumamish hamsida eyni fikirdädirlär. Deyiräm gälin dost olaq qardash olaq ancaq ayri Dövlät olaq deyirlär yox . Bizim dediymiz dedikdir sözmüzdändä dönmärik.
Hälä bunlar yetmämish kimi . Deyirlär siz farsiniz . Bax deyiräm Azäri türkcäsindä bizim dilimizdä äl ayaq bash göz sach vä sairä sözdärdir sizdä nädir. Hech bunlarin dilläri Azäri türkcäsinän nä uzaqdan nä yaxindan hech bir älaqäsi yoxdur. O zaman deyirlär siz Shiä'siniz . Söylüyüräm azärbaycanin 40 faizi Sünnüdür o zaman bizim yarsimiz äräbmidir.Bu däfädä az qalir adamnan dalashsinlar.
Biz müsülmanlar göräsän nä zaman biri birimiznän danisha danisha anlasha biläcäyik?

     
Şriftin ölçüsünü dəyiş - +