Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

İqtisadiyyat

Azərbaycana xarici investisiyalar azalıb

MDB ölkələrində birbaşa xarici investisiyaların böyük hissəsi neft sektoruna yönəldilib

25.09.2008

Ötən il də Azərbaycana yatırılan birbaşa xarici investisiyaların əksəriyyəti neft sektorunun payına düşüb. BMT-nin Dünya İnvestisiya hesabatında belə deyilir. Sənəddə qeyd olunur ki, 2007-ci ildə Cənub-Şərqi Avropa və MDB ölkələrində birbaşa xarici investisiyaların həcmi artaraq 86 milyard dollara çatıb.

Ancaq sərmayələr əsas etibarı ilə neft sənayesinə yönəlib. Bununla belə hesabatda yazılır ki, əsas xarici investisiyalar Rusiyaya, Qazaxıstan və Ukraynaya yönəlib. Təxminən 86 milyardın 85 faizi bu 3 ölkənin payına düşür. Ənənəvi neft sektoru ilə yanaşı, Rusiyada birbaşa investisiyalar istehlak bazarına, elektrik stansiyalarına, Qazaxıstanda isə əlavə olaraq, bank sektoruna yönəldilib.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, Azərbaycana xarici sərmayədarların bəzi hallarda marağının azalması hökumətin apardığı siyasətlə əlaqədardır. Digər tərəfdən idxal-ixrac əməliyyatlarının inhisarda saxlanılması, əhalinin alıcılıq qabiliyyəti və bazar imkanları da investorları diqqətli olmağa çağırır.

İqtisadçı ekspert Sabit Bağırov isə deyir ki, Azərbaycanın qeyri-neft sektoruna sərmayələrin daha az yönəlməsinin əsasında risk amili durur.

Ekspertlər hesab edir ki, Azərbaycanda investisiya mühitini daha cəlbedici etmək üçün bir sıra tədbirlər görülməlidir. Hökumət xarici investisiyaların qorunması haqqında qanuna dəyişikliklər etməli, korrupsiya hallarını aradan qaldırmalı, hamıya eyni cür yanaşmalıdır.
Prezidentin İcra Aparatının Aqrar-siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov isə xarici sərmayədarların Azərbaycana marağının azalması iddiası ilə razılaşmır.

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar iri neft-qaz layihələrində tikinti işlərinin başa çatması ilə əlaqədar olaraq azalıb. Ekspertlər yaxın 5-6 il ərzində ölkəyə birbaşa xarici investisiyaların azalacağını gözləyirlər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Ilqar Haradan: Baki
14.10.2008 17:45

Azerbaycanda neft sektorundan bashqa iqtisadiyyatin diger sahelerine investisiya qoymaq isteyen qerb shirketlerinin sayi demek olar ki, yox derecesindedir.Cunki, bu olkede koprrupsiya cox yuxari seviyyededir. Onlar bu olkeye yatirim qoymaq isteyirler, lakin korrupsiyanin bele seviyyesi onlara bunu etmeye mane olur. Xarici investisiya muasir texnologiya,modern avadanliqlar,cihazlar, muasir zavod ve fabrikler,yeni, dunya standartlarina uygun ish yerleri, yuksek mevacib ve en nehayet keyfiyyetli mehsullar demekdir. Turkiye 80-90-ci illerde mehz rehmetlik Turqut Ozalin olkeye xarici investorlarin deveti neticesinde inkishaf etmeye bashladi.


Kimdən: Mübariz Haradan: Bonn
09.10.2008 18:21

Xarici investiyalarin Azärbaycan xalqina kömäyi olacagini düshünänlärin chox böyük säfi var. Xarici dövlätlärdän investiya yatiranlar qazanc äldä etmäk üchün yatirim edirlär. Buda soyqunun bir bashqa metodudur. Biz xalqimizi soyqunchuluqdan qurtarmaq üchün chalishirkän .Yagishdan chixib yagmura düshmänin hech bir anlami yoxdur. Azärbaycanin yetärindändä chox gäliri var bu gälirläri gäräkli yrlärä yatirtmaq lazimdir.


Kimdən: Ilqar Haradan: Baki
03.10.2008 15:56

Xarici investordan "shapka" isteyen memuru olan bir dovletde xarici investisiya nece arta biler?

İsmarışlar 1-3 (3)