Efirdən seçmələr
İz
«Sərbəst insanlar ölkəsində»

 Dinlə

 
 
Sorğu
... ... ...
 
Məzənnə
AZN /
USD
0,8093
 
AZN /
EUR
1,0226
 
AZN /
RUB
0,0294
 
 
 

Rubrikalar / Təbriz Ekspress

İftar süfrəsində tutulanların 9-u hələ də buraxılmayıb

Fəallar Evin həbsxanasının 209-cu bölməsində ETTELAT-a məxsus təcridxanada saxlanırlar

16.09.2008

Sentyabrın 10-da Tehranda İran azərbaycanlılarından birinin evində həbs edilənlərdən 9-u hələ də buraxılmayıb. Bunu «Azadlıq» radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının təmsilçisi Vahid Qarabağlı deyib.
 
Onun sözlərinə görə, həbs olunan tanınmış yazarlar, jurnalistlər və fəallar Tehranda Evin həbsxanasının 209-cu bölməsində - ETTELAT-ın təcridxanasında təkadamlıq kamerada saxlanırlar. Onlara hələ də ittiham elan edilməyib. V.Qarabağlı deyir ki, saxlanan azərbaycanlılar vəkil də tuta bilmirlər.
 
Onun sözlərinə görə, həbsdən buraxılan 10 nəfər də rəsmi ittihamla tanış ola bilməyib. Cənab Qarabağlı deyir ki, həsbdə fəallara təzyiq göstərilib. Bildirilib ki, sentyabrın 10-da onlar Səid Bəhməniyanın evinə siyasi məqsədlərlə yığışıblar.
 
20 nəfərə yaxın İran azərbaycanlısı Tehranda mədəni fəal kimi tanınan Səid Bəhməniyanın evində həbs olunublar. Onların arasında siyasi məhbus kimi tanınan Abbas Lisaninin həyat yoldaşı və uşaqları da olub. Onlar sonradan azadlığa buraxılıblar.