Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

«İran insan haqlarına sayğıyla yanaşmır»

«Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var»

«Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var»

11.09.2008
Sentyabrın 10-da Tehranda İran azərbaycanlılarından birinin evində iftar süfrəsinə toplaşan 20 nəfər ETTELAAT-ın həbsxanasına aparılıb. Xəbəri «Azadlıq» radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı verib. Onun sözlərinə görə, həbs edilənlər İran Azərbaycanında tanınan simalar – yazarlar, jurnalistlər və mühəndislərdir.
 
Vahid Qarabağlı: «Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var. İran dövləti dildə müsəlman ölkəsi olduğunu, islamı təbliğ etdiyini deyir, ancaq iftar süfrəsinə toplaşan insanları heç bir səbəb olmadan həbsxanalara aparır. Heç onlara oruclarını açmağa da imkan verilmir».
 
V.Qarabağlının fikrincə, heç bir günahı olmayan insanların, xüsusən qadınların, uşaqların həbsxanaya salınması, onların ailələrilə əlaqə yaratmalarına imkan verilməməsi həm beynəlxalq, həm də İran dövlətinin qanunlarının kobud şəkildə pozulmasıdır.
 
Həbs edilənlərdən bir neçəsinin ailələrilə əlaqə yarada bilsək də, onlar təzyiqlərdən qorxduqları üçün açıq müsahibə verə bilməyəcəklərini dedilər. Yaxınlarının həbs edilməsi xəbərini isə iftar mərasiminə qatılan, ancaq ETTELAAT-ın gözlənilməz hücumu zamanı evdən çıxmağı bacaran bir şəxsdən aldıqlarını bildirdilər. Qohumlarının harada, hansı şəraitdə saxlanması, onlara hansı ittihamın irəli sürülməsindən isə xəbər tuta bilməyiblər.
 
Həbs edilənlərdən yalnız birinin ailə üzvü adının çəkilməməsi şərtilə «Azadlıq» radiosuna müsahibə verib. Müsahibim xarici dövlətlərdən birində təhsil alır. Dediyinə görə, bu, atasının birinci həbsi deyil. Beynəlxalq birliyin İrana təsir imkanlarının olmaması isə onun fikrincə, Tehrana insan haqlarını istədiyi kimi pozmağa imkan verir:
 
«İki il əvvəl də atamı tutmuşdular. Mən təzyiqlərlə üzləşəcəyimdən ehtiyatlanıb İrana gedə bilmədim. Qardaşım işdən ayrılmaq zorunda qaldı. Hər anlamda bizim ailəyə basqı göstərildi. O zaman Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Ordan bildirdilər ki, İran Avropa İnsan Haqları Konvensiyasının yurisdiksiyasında olmadığından bizim müraciətimizə baxa bilməyəcəklər. Ona görə də İran heç zaman insan haqlarına sayğıyla yanaşmır».
 
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının sözlərinə görə, İran Azərbaycanında həbs edilən tələbələrdən 8-i hələ də azadlığa buraxılmayıb. Bəzilərinin həbsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq heç birinə ittiham elan edilməyib. V.Qarabağlı deyir ki, onların tək günahı hökumətin İran Konstitusiyasının 15-ci maddəsinə əməl etməsini istəmələridir. Bu maddə hər bir vətəndaşa öz dilində təhsil almaqla yanaşı, başqa mədəni haqlar da verir: 
 
«Həbs edilənlərin ailələri rəsmi qurumlara müraciət edəndə onlara yalnız bir söz deyilir - sizin övladlarınız bizimlə işbirliyi qurmur, ona görə onları cəzalandırırıq. Onlar ETTELAAT-ın həbsxanalarında təkadamlıq kameralarda saxlanır».
 
Bu arada həbsdə saxlanan 8 tələbənin ailələri İran Ali Məhkəməsinin rəhbərinə müraciət ünvanlayıb. Sənəddə tutulanların hüquqlarına sayğı ilə yanaşılması tələb edilir. Belçikada yaşayan bir qrup azərbaycanlı da Avropa Parlamentinin qarşısında İranda insan haqlarının kobud şəkildə pozulmasına, rəsmi Tehranın İran Azərbaycanında apardığı repressiv tədbirlərə etirazlarını bildiriblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Niact Şəhər: ...Tv
15.09.2008 13:33
Azadliq gunesimi??Bu bizlerde diyesen ele xeyal kimi qalacaq.Xeyir pessimist deyilem. Sadece real dusunende belkede....

Kimdən: Murad Şəhər: Baki
14.09.2008 22:11
Allah qoysa bu yaxinlarda Fars sovinizmi oz layiqli cavabini alacaq.Menim cenubda yasyayan milletim oz AZADLIQINA qovusacaq.Men o GUNESHIN dogmasini sebirsizlikle gozleyirem!AZERBAYCAN hemishe Sizinledir!

Kimdən: əli Şəhər: təbriz
13.09.2008 23:08
bu iran azərilərinin varliqinin səsi di
yaşasin ana yurdum Azərbaycan

Kimdən: Elcin Şəhər: Baki
12.09.2008 00:45
Adam yanib tokulur bizim millat canimiz qanimiz bir olan insanlar qaliblar cinayetkarlarin elinde Bu ruslarla Iranin biza ziyandan basqa xeyri yoxdu

Kimdən: Tural Şəhər: Tehran
11.09.2008 23:24
hazırda İranda öz tarixi torpaqlarında 35 milyondan artıq Azərbaycan türkü yaşayır.

Gune be Gun İranda Azərbaycan türklərinin Arasinda milliyyətçilikin Guclenmesine Şahidiq . Bunun da nəticəsində azərbaycanlılar arasında türk və Azərbaycan kimliyi çərçivəsində yeni bir siyasi hərəkat yaranıb. Güney Azərbaycan Milli Hərəkatı adlandırılan bu hərəkat SSRİ-nin dağılmasının ardından müstəqil Azərbaycan Respublikasının yaranmasıyla daha da güclənib.İndi İse Bu Herekatin Feallari daha iller boyu tapdalanmiş huquqlarini Teleb edirler.Baxmayaraq ki onlari Ailevi bele hebs edirler.Abbas Lisani 30 Aydir hebs dedir, ve onun heyat yoldaşi da bir neçe defe hebse meruz qalib ama onlar oz tutduğu yoldan bir addimda geri oturmaq istemirler. çunku onlar bilirlerki muqedes bir yolda addimlairlar, oz milli * medeni haqlarinin berpasi yolunda.

Kimdən: taymaz Şəhər: tebriz
11.09.2008 22:51
gelecek bizimdir

Kimdən: Mübariz Şəhər: Bonn
11.09.2008 21:52
Bu Farsdar Iranda millätimizä zülm etmäknän elä bilirlär köläläshdirä biläcäklär chox böyük säfdäri var.
Xalqnan savashanlar sonunda savashi uduzmaga mähgumdurlar. Nädän hech düshünmürlär ki biz qomshuyuq orda millätimizä zülümläri artirdiqca bizimdä onlara qarshi nifrätimiz choxalir.