Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət alıb-vermədən yaşamağın yolunu nədə görürsünüz?

Kontekst

«Əbu Bəkr»in yerləşdiyi məhəllənin sakinləri danışdı

«Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram»

08.09.2008
«Əbu Bəkr» kimi tanınan məsciddə partlayış törətməkdə ittiham edilən radikal dini qruplaşmanın lideri İlqar Mollaçıyevin öldürüldüyü bildirilir. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbər verilir ki, Dağıstan ərazisində keçirilən əməliyyat zamanı Mollaçıyevin daha iki silahdaşı da öldürülüb.
 
Buna qədər isə Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin şimalında oxşar əməliyyatlar keçirirdilər. Bu əməliyyatlar zamanı da bir Azərbaycan əsgəri və radikal dini qruplaşmaya mənsubluğu bildirilən üç silahlı şəxs həlak olmuşdu. Mollaçıyevin öldürüldüyü haqda xəbərləri Qusar rayon Prokurorluğundan da təsdiq edirlər.
 
Ötən həftə Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda «Əbu Bəkr» kimi tanınan məscidin partladılmasında məhz əslən Zaqatala rayonundan olan, özünü «Dağıstan camaatının əmiri» elan edən İlqar Mollaçıyevin dəstəsi şübhəli sayılırdı.
 
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, bu hadisələrin həm açıq, həm də pərdəarxası izahatı var. Onun sözlərinə görə, həm Azərbaycanın şimalında, həm də qonşu Rusiyanın cənub əyalətlərində dini radikalizm gücləndiyindən hər iki ölkənin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatları buna cavab kimi başa düşmək olar. Ancaq İ.İsmayıl bölgədə dini radikalizmin Rusiya-Gürcüstan münaqişəsindən dərhal sonra baş qaldırmasını təsadüf saymır. Onun fikrincə, Bakıda və Azərbaycanın şimalında gərginlik yaradan qüvvələr bilərəkdən və ya bilməyərəkdən Rusiyanın maraqlarına xidmət edə bilər:
 
«Hadisənin görünməyən tərəfi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İlqar Mollaçıyevə sifariş vermək və ya onun dini hisslərindən istifadə edib gərginlik yaratmaq olardı. Sonra da o aradan götürüldü…»
 
«Əbu Bəkr» məscidi ətrafında isə yeni gərginliklər yaranmaqdadır. Qəzetlərin yaydığı məlumatlara görə, məscidin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dən çox sakini imza toplayaraq bu məscidin birdəfəlik bağlanması tələbi ilə ölkə rəhbərliyinə müraciət ediblər. Ancaq biz həmin məhəllədə olarkən sakinlərin bir çoxu imza kampaniyasına qoşulmadıqlarını bildirdilər:
 
- Ad və soyadları yazır, sonra da özləri sakinlərin yerinə imza atırlar. Biz məscidin bağlanmasının əleyhinəyik.

 
- Allahın evidir, mən də məscidin bağlanmasına pis baxıram.
 
- Mən də bu kampaniyaya qoşulmamışam. Bir müsəlman kimi məscidin yenə fəaliyyət göstərməsini istəyirəm.
 
Ancaq bu məhəllədə məscidin fəaliyyətindən narazılıq edən insanlara da rast gəlmək mümkün idi. Onlar isə narazılıqlarını belə ifadə edirlər:
 
- Mənim iki nəvəm var. Aparıb Sabunçuya qoymuşam. Azan səsindən qorxurlar. Çox bərkdən oxuyurlar.

 
Məscidin imamı Qamət Süleyman isə imza kampaniyasını onları istəməyən bəzi qüvvələrin sifariş etdiyini düşünür. Onun sözlərinə görə, şadlıq evlərinin səs-küyündən narahat olmayan insanların azan səsindən narazı qalmaları başa düşülən deyil:
 
- Ölkədə həm gərginlik yaratmaq, həm də prezidentə qarşı narazılıq törətmək istəyirlər. Bizimlə indiyə qədər məhəllə sakinləri arasında heç bir narazılıq olmayıb. Əksinə həmişə onların hörmətlərini saxlamışıq.
 
Qamət Süleyman imza kampaniyasının arxasında hakimiyyət orqanlarının dayanması haqda fikirlərə inanmır. O, ümid edir ki, istintaq başa çatan kimi məscidin fəaliyyəti bərpa ediləcək.
 
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da hesab edir ki, indiki vaxtda məscidin qapadılması ölkədə radikal meylləri daha da gücləndirər. Onun fikrincə, indi sovetlər dönəmi olmadığından məscidlərin zorla qapadılması çox acı nəticələr verə bilər.
Bu forum dayandırılıb
    Növbəti 
Səhifə (3)
Kimdən: Muselman Şəhər: BAki
17.09.2008 11:07
Assalamu aleykum.qardashlar her sheyi Qametin ustune atmayin, Allah o qardashdan razi olsun, here oturub isti evinde rahat yatir o qardashi ise rahat nefes almaqa da qoymurlar,bir de onun bu qeder muselmanin artmasinda rolu var, xata her kesde var, guya siz pak ve muqeddessiz?Biz insanlarin xetasini aqartmaqa yox onlara komek edib silmeye gelmishik budur islamin gozelliyi, o qardashin heyatini elinden almaq isteyirler sizlerse burda qehremanliqdan danishirsiz, kimdi bu qeder tezyiqe meruz qalan kimdi burda devet eden, kimdi sixilan? siz? siz kefdesiz hele..Allah sene komek olsun Qamet, Allah seni qorusun!Insahllah yaxshi olacaq, sebr ele!

Kimdən: iskəndər Şəhər: baki
15.09.2008 16:52
Bəzi polislaərin yadina salmag lazımdiki onlar xalga qulluq etmalidilar .Diyasan yaddlarindan chixib...

Kimdən: VATAN Şəhər: www.vatanbaku.tk
15.09.2008 14:42
Baxın bu kimi məsələlər bizə kim olduğumuzu unutdurmaq üçündür.Azərbaycan torpaqlarinin əsl sahibləri siz unutmayın ki, bu dunyada çox quvvələr sizin TÜRK mədəniyyətinizi yox etmək üçün çalışır.Din, insan ilə allah arasında olan bir vasitəsi olmaqdan çıxarsa təhlükəli olar.Bizim mədəniyyətimiz ən ucadadir! bu günkü azərbaycan gəncliyini zəhərləyən bütün vasitələrin qarşısının alınmasına tərəftaram

Kimdən: Global Jehad
14.09.2008 23:00
Allahu akbar!Qamətin bu fəsad dəvəti uzun sürə bilməzdi.Həqiqi sələfiliyin yolu açılır.Allaha həmd olsun.Allahuakbar!

Kimdən: enshteyn Şəhər: Balaca Azerbaycan
14.09.2008 13:22
sagol e Meherrem :))) hahahaha. full
ele sen deyendiki var. yegin novastroyka tikilecek. prostaki, variantdida ishledirler :)
amma zarafat bir yana delixanadi, gelini delixanadan birge qacaq :)))

Kimdən: pasha Şəhər: almaniya
14.09.2008 12:26
Asalamualeykum.inshalah meschid acharlar,eyer achmasalar hökümet üchün bu xeyirle neticelenmez.minlerne insanin namaz gildigi meschidi baglamaga bu insanlari hokumete gardashi goymagdir.Abu-bakr kimi meschidlerin inshalah sayi chox olsa vetenimizde edalet olar.rushvet azalar,korupsiya azalar.Bezi insanlara Azerbaycanda dinin ,edaletin yayilmasi ziyanlainadir,ona göreki onlar axireti düshuünmürler ve sheytanin dostlaridirlar.Sebirli olun ve dua edün.ve haggi taptalan gardashlar mübarize aparsinlar.Allah Bizimledir.asalamualeykum

Kimdən: chingiz Şəhər: isvec
14.09.2008 00:08
Reslullahin zamaninda sunni shia olmayib.Abdulvahab alim deyil ishgacilara garsi mubariz olub.Nesli S-Arabistanda hakimdirler,neft milyardlarina malikdiler,dunya energi oyununun meharetli oyuncularidirlar, lazim olanda elmsiz terefdarlarindan istfade edirler.Allahin elm sifeti,alim adi var. Beshikden gebre kimi elmlenmek,elm daliyca Cine get hedislerini bile-bile bashivizi dinin zahiri-sac saggal,1400 il evvelin gardirobu ile gatmag cehaletdir. Molla dininden islam dinine kecin ,cehennem odunu bu dunyada söndurun. Muselmanligi deyil islami anlayin. Yuxaridaki tanridan özuvuzdeki Allahi taniyib(elmle-irfanla)iman edin(emene billahi),axirete(Allahin evvel axir ismi var-axir yani sonsuz heyata iman )getirin. Iran mollalari ermenilere yardim gösterirler ki,Qarabaxda mescitlerde heyvan saxlasinler.
Sagi mehebbetle el uzat meye Bogushur sunniler shiyer deye - Cami meslekini sorsalar de ki, Men ne sunniyem ne de ki k shiye. Guranin sirri Fatihede,Fatihenin sirri BismiAllahda,BismiAllahin sirri B de.(hezret Ali) iblisin yer uzunden insanilerin iciden Ademi tanimamasi(onu torpagdan yaradilmish yer uzunde gan töken tayfadan blmesi)onu cennetden govdurdu-geza geder ve tövhid barede elmsizliyi.Allah Ademi insanilerden secib beyninde esmail- husnasini acdi.Insaniler indi de var,onlar insana zahiren benziyirler-yemek ucun yashiyirlar(ruhsvet alirlar,alcaglig, ikiuzlilik edirler,haramlarindan sedege payliyirlr,bezileri Hecce gedirler ve sair.Adem nesli-insanlar Allaha yaxinlashmag ucun Resulullaha verilene elmle anlamaga calishirlar.

Kimdən: Abdulvahhab
13.09.2008 21:08
Təəsüfki Qamətgili nə baş verir günahı ancaq xavaric dedikləri insanlarda görür.Tutaq ki Azərbaycanda heç bir nəfər də 2xavaric" yoxdur.Guya sizin işiniz yağ kimi gedəcək?Deyirsiz müsəlmanlar zəifdir,hələ nəsə edə bilməzlər.Siz buna nəsə bir hazırlıq görürsünüz?Əvvəl-axır müsəlmanların çoxalmasından və güclənmsəindən narahat olan islam düşmənləri zülmlərini artıracaqlar.Bu bütün tarix boyu belə olub.Yoxsa ki günahı başqa yerlərdə axtarmaq lazım deyil.

Kimdən: meherrem Şəhər: baki
13.09.2008 18:42
qardasmescidin yerine hansisa memurun gozu dusub,evvel axir orani sokub,yerinde goydelen tikecekler.

Kimdən: Siddiq Şəhər: Istanbul
13.09.2008 15:27
Ebu bekr de partlayisi ALLAHa secde eden kimse etmez,ALLAHin evini muselmanlar arasinda bele qarisiqliq yaratmaq, kimese radikal demek ve bu mescidin oz seytani emellerine zerer geler deye baglanmasini isteyenler ,qarsidan gelen seckilerde ozune inam artimaq meqsediyle edibler.Yeni melumdu kim edib ve musalmanlardan basqa cur can qurtarmaq mumkin deyil.Mescidin sesi ancaq seytani ve onun xidmetcilerini narahat eder,o mescidin yerinde reqs ya musiqi mektebi olsaydi yeqin nevelerin aparib ora qoyardilar ve hele sabuncudaki nevelerinde getirib orda oxudardilar,.Qametin muselmanlari firlatmasina baxmayaraq,haqqi gizletmesine baxmayaraq ALLAHin evinin baglanmasina 1 muselman kimi hec vaxt razi olmaram.
    Növbəti 
Səhifə (3)
Şriftin ölçüsünü dəyiş - +