Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Təbriz Ekspress

Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Urmiya universitetinin tələbələrinin etiraz aksiyalarından biri. May 2006-cı il. Qızın əlində tutduğu şüarda yazılıb: Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim

03.09.2008

İranda Azərbaycan mədəniyyətini təbliğ edən milli dərnəklər qurduğuna və türkcə dərgi buraxdığına görə, daha bir tələbə həbs edilib. Bu İsfahan Universitetinin gəmiçilik fakultəsinin tələbəsi Məcid Makuidir. Urmiyə şəhərindən jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna deyib ki, Makuini üç gün əvvəl İranın əmniyyət qüvvələri həbs edib:

«İndiyə qədər onun taleyi lə bağlı heç bir bilgi yoxdur. Bir neçə ay öncə onu may hərəkatının ildönümü ilə bağlı, ana dilində təhsil tələblərinə görə həbs edib ETTELAAT-a aparmışdılar. İndi gələn xəbərə görə, ETTELAAT-ın Urmiya bölməsində saxlanır».

İsmayıl Cavadinin sözlərinə görə, bu, son üç ayda İranda həbs edilən altıncı azərbaycanlı tələbədir. İndiyə qədər tutulan tələbələrin heç birinin taleyi ilə bağlı dəqiq bilgi yoxdur:

«Mənsur Əminiyan, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Əhdidir isə Təbrizdə saxlanır».

Həbs ediləndən sonra onların heç birinə ailələrilə əlaqə saxlamaq imkanı verilməyib. Tələbələrin vəkili də yoxdur.

İsmayıl Cavadi deyir ki, belə ittihamlarla həbs edilənlərə yalnız məhkəmədə vəkildən yararlanmaq hüququ verilir. Bu isə tələbələrin hüquq və azadlıqlarının kobud şəkildə tapdanmasına səbəb olur:

«Mənsur Əminiyan Xoy şəhərində həbsdədir. Ailəsi böyük təzyiqlər altındadır. Eşitdiklərimizə görə, özünün durumu da yaxşı deyil. Onların hamısının suçu universitetlərdə milli dərnəklər qurmaq, ana dilində dərgilər hazırlamaqdır».
Mənsur Əminiyan universitetdə doktorluq mərhələsini başa vurub. Onun yalnız doktorluq diplomu alması üçün bir imtahan qalıb ki, həbs edildiyindən indi bu mümkün deyil.

Son aylarda həbs edilən İbrahim Rəşidinin isə təhsil almaq hüququ bütünlüklə əlindən alınıb. Bunu İran Azərbaycanlılarının Siyasi Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir. Onun sözlərinə görə, İranda türk tələbələr arasında tanınan şair, eyni zamanda insan haqlarının müdafiəçisi İ.Rəşidi ali təhsilini başa vurduqdan sonra doktoranturaya qəbul olmaq istəsə də, hökumət buna imkan verməyib.

İranın Təhsil Nazirliyində Rəşidiyə bildiriblər ki, o, təhsil hüququndan məhrum edilib. Vahid Qarabağlının sözlərinə görə, son bir neçə ayda həbs edilən tələbələrin də bütün haqları əllərindən alınır:

«Onların ittihamı açıqlanmayıb, qohumlarıyla görüşmək imkanları yoxdur, vəkil tutma haqqı verilməyib, ailələrini bilərəkdən nigaran saxlayırlar. Ailələr bu işin arxasınca gedəndə isə onları təhdid edirlər. Bu yaxınlarda Səccad Rabmehrin anasına ETTELAAT-dan telefon açıb xəbərdarlıq ediblər ki, əgər oğlu ilə bağlı xəbərləri mediaya çıxarsa, oğlu daha çox işgəncələrlə üzləşəcək».

Vahid Qarabağlı deyir ki, indi İran Azərbaycanında bütün universitetlərə ETTELAAT-ın nəzarəti gücləndirilib:

«Türk dilində təhsil hüququnu tələb edən, bu məqsədlə vərəqələr yayan, dərgilər çap edən bütün tələbələr xüsusi xidmət orqanının bölmələrinə aparılır».

Hüquq müdafiəçiləri baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirirlər.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-4 (4)
Kimdən: Oğuz Haradan: Xalxal
05.09.2008 23:43

Elyar Bəy Mənim Şəxsən İlham əliyev den Olkedə Azadliqlarin Məhdudlaşdirilmasi və Diktatourluq Şivəsini Hakim Etməsi Oçun Muxalifəm. Ama Onlarin Musbət Addimlarida Olub.İndi Biz Onlarin Dorumun Başa Doşuruk. əliyev hakimiyəti o dorumda deil ki açiq aşkar Guney Azərbaycanda Gedən Milli Mucadilədən Himayə Edə.Biz İsə Bunu Ommamaliq . Nə Varsa Ozumuzə İnanmaliq. Təkcə Deyək Ki Nə Yaxşi Ki Azərbaycan Adinda Olkəmiz - Bayraqimiz Var. Nə Yaxşi Ki Turkiyə Var ...


Kimdən: Elyar Tebrizli Haradan: Canada
04.09.2008 23:13

hormetli Azadiliq Radiosu
Sizce guney Azerbaycan Ne qeder Qorbanilq vermelidir ki ilham Eliyev Cinablari bir gun cisaretle Azerbaycanin Milli menfeetleri ogrundda Bizlerede(Guney Azerbaycan milli Hereketine) Maraq Gostersin , soyumuz, bir ,qanimiz biz,Dilimiz Bir ,Teriximiz ayni olan millete bele bir zulum revadir mi ?!
oyansin Hakemiyet ...ve guneyin 35 milyonun insanin oz qardasi bilsin . Gurcustan kimi olaylardan Azerbaycan Hakemiyeti Ders Alsin ve Bizleri Dayaq Bilsin. olsun ki bizlerin oregimiz Hakemiyetden Qandir . amma Veten Vetendir. ... Hamisi bu eyer anlayan varsa...?!
Elyar Tebrizli-Canada -Victoria
yashasin milli birlik


Kimdən: AzərTürk Haradan: Quzey Azərbaycan
04.09.2008 09:09

Mollaların bu hərəkətləri cavabsız qalmayacaq. Biz türklər özgürlüyümüzü qanla da olsa qazanacağıq. Bu şovinist siyasət Rza Pəhləvi dövründə vüsət alıb. Rza Pəhləvinin bir sərəncamında deyilir: "Soyu türk olan və türkcə danışan şəxsləri dövlət idarələrində məsul vəzifələrə təyin etməmək, mövcud olanları da bəhanə tapıb xaric etmək lazımdır..." (Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səhifə 319). Daim Türkün hesabına böyümüş və inkişaf etmiş farsları yerində oturdub BÜTÖV AZƏRBAYCAN dövlətini mütləq quracağıq. Bu gün Güney Azərbaycanda səslənən "Azərbaycan bir olsun - Başkəndi Təbriz olsun!" devizi mütləq həyata keçəcək. Ey türk oğlu türk bil ki, bu, sənin, mənim və bizim görəvimizdir.


Kimdən: Elmaddin Haradan: Netherland
03.09.2008 22:11

Bir gun oz shovinist hereketlerine gore bashi chalmalilar cavab verecekler. Heyif biz Azerbaycanlilardan ki, 70 il omrumuzu pendir bashlara churutduk, 2 esrde bashi chalmalilara churuduruk ve davam da edirik. Allah bir gun iranlilarin da belasini verecek Inshallah, chox chekmeyecek bu

İsmarışlar 1-4 (4)